atəş-od püskürmək

rage and fume (against someone) / to breathe thunder and lightning at someone / to fulminate (against someone) / to curse the life out of someone / to storm against someone метать громы и молнии
Atdığını vurur, tutduğunu qopardır.
atəş pərdəsi
OBASTAN VİKİ
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Od (departament)
Od (fr. Aude) — Fransanın cənubundakı Oksitaniya regionunun departamentlərindən biri. Sıra № 11. İnzibati mərkəz Karkason. Əhalisi 365 854 nəfərdir (vahidlər arasında, 66-cı yerdə, məlumatlar 2010). Od 1790-cı ilin martında Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir. Bu köhnə Langedok vilayətinin ərazisində yerləşir. Departamentin eyni adlı çayı da mövcuddur. Departamentdə 3 rayon, 35 kanton və 438 kommuna daxildir.
Od (dəqiqləşdirmə)
Od
Od (kommuna)
Od (fr. Audes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03010. 2008-ci ildə əhalinin sayı 463 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 282 nəfər (15-64 yaş) arasında 184 nəfər iqtisadi fəal, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,2%, 1999-cu ildə 64.1%). 184 fəal 166 nəfərdən (90 kişi və 76 qadın), 18 nəfəri işsizdir (6 kişi və 12 qadın). 98 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Od Ana
Od Ata
Od Milləti
Od Milləti — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. O, (xəritəyə görə) Avatar dünyasın qərbində yerləşən arxipelaqda yerləşir. Od Dövləti - tamamilə miraslı monarxiyadır. Dövlət xadimi Od Lordudur. Yüz illik müharibənin dövründə Od Lordlar əsas ərazidən başqa Yer Krallığdaki bir neçə koloniya kontrol edirdilər. Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. Yuz illik müharibə ərzində Od Millətin mədəniyyəti çox dəyişilib.
Od gəlini
Od gəlini — Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1927-ci ildə yazılmış 18 pərdəli tarixi faciəsi. Cabbarlının yeni dövrün ilk sanballı əsəridir. Faciə Ərəb əsarətinə qarşı Babək üsyanına həsr edilmişdir. Əsər ilk dəfə 1928-ci ildə Bakıda səhnəyə qoyulub. "Od gəlini" faciəsi IX əsrin aktual hadisələrinə və ərəb işğalçılarına qarşı ümumxalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babəkin mübarizəsinə həsr edilib. Babək tamaşanın baş qəhrəmanı Elxan üçün prototip rolunu oynayıb. Əvvəlcə tamaşa "Babək" adlanırdı, lakin Cəfər Cabbarlı əsərin ideya-tematik çərçivəsini konkret tarixi hadisə ilə məhdudlaşdırmaq istəməmiş, ona daha geniş məzmun verməyə çalışmışdır. Tamaşanın üzərində iş hələ 1925-ci ildə, Cabbarlı bitirib onun ilk variantını teatra təqdim edəndən sonra başlayıb. Həcmi ağır, ideya-bədii cəhətdən natamam olan bu variant nə müəllifin özünü, nə də teatrı qane etmirdi. Ona görə də Cəfər Cabbarlı pyes üzərində işləməyə davam edərək onu xeyli sıxışdıraraq əsərin bədii keyfiyyətlərində ciddi təkmilləşməyə nail olub.
Od iyesi
Od iyəsi
Od məbədi
Od məbədi, İslamdan əvvəl İranda müqəddəs odun yandırıldığı binaya və ya əraziyə verilən addır. Üstü örtülü bir yer tələb etməyən od məbədinin ərazisi, üstü açıq olan xüsusi bir zona və ya təbii qaz sızıntısının olduğu ərazi və ya neftin yandığı xüsusi bir sahə də ola bilər. Bina kimi tikilən od məbədlərinin əsas nümunəsi dörd monolit ayağı olan və günbəzlə örtülmüş bir quruluşda olmasıdır. Tromp keçid elementlərinə yerləşdirilmiş günbəzləri və monolit daşıyıcılarla bu cür od məbədləri, İslam dövründəki günbəz sistemlərinin təkamülünə təsir etmişdirlər.
Od çərşənbəsi
Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsi. Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən. Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib.
Atəş Aslanov
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Mirzəağa Atəş
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Susdurucu atəş
Susdurucu atəş (ing. Supressive fire) — hərb elmində, düşmənə atəş açıb, onu qısa döyüş qabiliyyətini məhrum etmək, döyüşdə meydanının görüntüsünə mane, koordinasiya və idarəedilmə dağınıqlığı hədəfi ilə istifadə olunan taktiki fənd.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Kürd Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Əhməd Atəş
Əhməd Atəş (1917 və ya 1911, Birecik[d], Şanlıurfa ili – 20 oktyabr 1966, İstanbul) — Kürd şərqşünası. Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi. Hasan Ali Yücelin Milli Təhsil nazirliyi dönəmində yayınlanma qərarı çıxan İslam ensiklopediyasının yayın qurulunda Adnan Adıvar ilə çalışmağa başladı. İran ədəbiyyatına ilişkin çalışmalarından ötürü İran tərəfindən ona "Bilimsel Takdir Madalya"sı verildi.
Nejla Atəş
Nejla Ateş (türk. Nejla Ateş; əsl adı Naciyə Batır, türk. Naciye Batır; 7 mart 1932, Konstansa – aprel 2005, İstanbul) — Türkiyə rəqqasəsi və aktrisası. ABŞ-də "Turkish Delight" kimi də tanınırdı. "Kral Riçard və səlibçilər", "Sinbadın oğlu" və "Fanni" filmlərində çəkilmişdir. 1954-cü ilin noyabrında Sentral parkda onun çılpaq heykəli ucaldılmışdır.
Od İçində (1978)
Filmin mərkəzində 1919-cu ildə Azərbaycanın cənub rayonlarında — Muğan və Lənkəranda baş verən dramatik hadisələr durur. Ssenari müəllifi: Əhmədağa Muğanlı Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Tofiq Məmmədov Operator: Vaqif Muradov Qrim rəssamı: V.Arapov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: X.Şirinov, C.Məmmədov, Nadir Əzməmmədov Operator assistenti: A.Əliyev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: V.Vasilyev Filmin direktoru: Əli Məmmədov Yaşar Nuri — Əjdər Viktor Kosıx — Andrey Hacı Xəlilov — Tarıqulu Səməndər Rzayev — Tomar bəy Nikolay Barmin — Arsen İvan Kosıx — Yasovul Hamlet Xanızadə — Rizvan Boris Rudnev — Ulyantsev Alla Panova — Tatyana Anatoli Falkoviç — İlyaşeviç Yuri Sorokin — Suxorukov Muxtar Maniyev — Xoşev Kazım Nəcəfov — Talıb Dadaş Kazımov — Qasım Mübariz Əlixanoğlu — Hüseyn Yalçın Rzazadə — Əmir Tomar Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — dərviş Fikrət Məmmədov — zabit Xanlar Muradov — Jandarm Nadir Əzməmmədov B.Rzayev Valeri Kovtun G.Qurbanova İ.Kaşileviç V.Kondraşev V.Marianbey Y.Ustinoviç Ələddin Abbasov — mirzə Sadıq Həsənzadə — kəndli Gümrah Rəhimov — bolşevik Əliabbas Qədirov — Mirzə (Ələddin Abbasov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — İlyaşeviç (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Həsən Əbluc — Əmir Tomar (Yalçın Rzazadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Yasovul (İvan Kosıx) (titrlərdə yoxdur) Yusif Vəliyev — Arsen (Nikolay Barmin) (titrlərdə yoxdur) Ramiz Məlikov — Andrey (Viktor Kosıx) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Tatyana (Alla Panova) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Arsenin arvadı (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Ulyantsev (Boris Rudnev) ; kadrarxası mətn (titrlərdə yoxdur) Həsən Məmmədov — Suxorukov (Yuri Sorokin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Dərviş (Məmməd Sadıqov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Xoşev (Muxtar Maniyev) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.