Cedrus atlantica
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü.
Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir.
Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir.
Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.