Atlas

der; -, Atlanten 1. myth. atlas, atlant; 2. biol. (oberster Halswirbel) atlant, birinci boyun fəqərəsi; 3. geogr. coğrafiya atlası; 4. (-lasses, -lasse) (Stoff) atlas; satin
atlantisch
Atlasgebirge
OBASTAN VİKİ
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Atlas(topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. == Qrafiklər == Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. == Atlasın ümumi tərifi == Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas (dəqiqləşdirmə)
Atlas
Atlas (fəqərə)
Atlas (lat. atlas) — onurğa sütununun ilk və eyni zamanda I boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun kəllənin ənsə sümüyü ilə oynaq əmələ gətirməsi ilə izah olunur.
Atlas (topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. == Qrafiklər == Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. == Atlasın ümumi tərifi == Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Atlas ayısı
Atlas ayısı (lat. Ursus arctos crowtheri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bəzən onları müstəqil növ olaraq qiymətləndirirlər. Onların yaşayış arealı Atlas dağlarından başlayaraq, Mərakeşdən Liviya ərazisinə qədər uzanırdı. Altlas ayıları qənimət olaraq ovlanılır və ya idman yarışlarında öldürülürdü. Sonuncu sərd ovçular tərəfindən Mərakeşin şimalında 1870-ci illərdə öldürülmüşdür. Ondan sonra bu canlılar haqqında məlumat əldə edilməmişdir. Atlas ayıları əsssən tünd qəhvəyi rəngdə oludular. Üstəlik sifət nahiyyəsində ağ ləkələr müşahidə edilirdi. Xəzin qalınlığı 10-12 sm olurdu.
Atlas dağları
Cart Dagları — Afrika qitəsinin Şimal qərbində yerləşir. Atlas dağları Mərakeş, Əlcəzair, Tunis ərazilərindən keçən Böyük dağ sırasıdır. Atlas dağları Afrika materikində yerləşir. Atlas Dağları, Afrika kıtasının kuzeybatısında, Fas, Cəzairr ve Tunis ölkələrindən keçən böyük bir dağ sırasıdır.'Dağ' terminləri bəzi bərbər dillərində Adrar və adrasdır və bu terminlərin Atlas toponiminin qohumları olduğuna inanılır. Dağlar əsasən Afrikada rast gəlinən, lakin bəziləri Avropada tapıla bilən bir sıra heyvan və bitkilərə ev sahibliyi edir. Bu növlərin bir çoxunun nəsli kəsilməkdə, bəzilərinin isə artıq nəsli kəsilməkdədir. Hava ümumiyyətlə sərindir, lakin yayı günəşli olur və orada orta temperatur 25°C-dir == Uzunluğu == Uzunluğu 2400 kilometr olan Atlas dağlarının ən yüksək nöqtəsi Mərakeş dövlətinin cənub qərbində 4167 metr yüksəkliyindəki Toubkal zirvəsidir. Atlas dağları, Şimal-Qərbi Afrikanın Ağdəniz yaxınlıqları ilə Səhra Çölünü ayıran bir divar kimidir. == Yaşayan xalqlar == Keçdiyi yerlərdə ərəblər və bərbər millətləri yaşayırlar. == Yaranması haqqında == Atlas dağlarının yaradılmasının milyonlarla il əvvəl öncəsində Afrika və Amerika qitələrinin ayrılmadan öncə birləşmədən qaynaqlandığı, Şimali Amerikanın Appalaç dağlarının da eyni geometrik hərəkətin nəticəsi olaraq yarandığı təxmin edilməkdədir.
Atlas kinostudiyası
«Atlas» kinostudiyası (ərəb. استوديوهات أطلس‎, ing. Atlas Corporation Studios) — Mərakeşin Varzazat şəhərinin 5 kilometr (3.1 mil) qərbində yerləşən kinostudiya. Kinostudiya 1983-cü ildə Mərakeş sahibkarı Məhəmməd Bəlğimi tərəfindən təsis edilmişdir. «Atlas» kinostudiyası 650 hektarlıq bir ərazidə qurulmuşdur və hal-hazırda ölkənin ən böyük kinostudiyasıdır. Buna görə də kinostudiyanın yerləşdiriyi şəhər – Varzazat «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Atlas silkələndi
Atlas silkələndi (ing. Atlas Shrugged) — Ayn Randın 1957-ci ildə yazdığı roman. Bu, onun ən uzun, həyatda olarkən nəşr olunan dördüncü və sonuncu romanı idi və Rand bu romanı bədii ədəbiyyat sahəsində özünün ən böyük əsəri hesab etmişdir. "Atlas silkələndi" elmi fantastika və romantizm elementlərini ehtiva edir və Randın əsərləri arasında obyektivizmin ən geniş ifadə edildiyi əsərdir. Rand "Atlas silkələndi"-nin ideyasını "insan zehninin var oluşdakı rolu" kimi təsvir etmişdir. Kitab Randın sonralar obyektivizmi inkişaf etdirəcəyi bir sıra fəlsəfi mövzuları, mülkiyyət hüquqları, fərdiyyətçilik, libertarianizm və kapitalizmi araşdırır və Randın hökumətin qoyduğu məcburiyyətlərin yaratdığı uğursuzluqlar kimi gördüklərini təsvir edir. "Atlas silkələndi" əsasən mənfi rəylər alsa da, əsər sonrakı onilliklərdə davamlı populyarlıq və satışlar əldə etdi. Romana müxtəlif libertarian və mühafizəkar mütəfəkkirlərə və siyasətçilərə təsir kimi istinad edilmişdir.
Airbus A400M Atlas
Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi.
Atlas bulud (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. == Sujet == Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.
İstanbul Atlas Universiteti
İstanbul Atlas Universiteti — Türkiyənin Balkan Təhsil Mədəniyyəti və Sağlamlığı Fondu tərəfindən İstanbulda qurulan universitet. Universitet bakalavr, magistr və doktarantura proqramları təklif edir. Universitetdə müxtəlif ölkələrdən tələbələr təhsil alır. == Kampusları == Universitetin şəhərciyi İstanbulun Kağıthanə səmtinin Hamidiye bölgəsində yerləşir. Sahəsi 110.000 m² olan kampusda təhsil və tədqiqatda istifadə olunan laboratoriyalar var. == Akademik strukturu == Atlas Universiteti 6 fakültədə 29 bakalavr proqramı, institutlarda 22 magistr proqramı və 3 doktorantura proqramı və kolleclərdə 13 aspirantura proqramı daxil olmaqla cəmi 67 müxtəlif proqram üzrə təhsil təqdim edir.
Bəsləsən atlas olar tut yarpağından
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.
Buludlu atlas (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. == Sujet == Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.
Atlascopcosaurus
Atlaskopkozavr (lat. Atlascopcosaurus) — Hypsilophodontidae fəsiləsinə aid dinozavr cinsi. Atlaskopkozavrlar Təbaşir dövründə (125–99 milyon il öncə) indiki Avstraliya ərazisində yayılmışlar. Onların qalıqları Viktoriya ştatı ərazisində aşkarlanmışdır. İlk dəfə paleontoloq Riç tərəfindən 1989-cu ildə məlumat verilmişdir. Elmə bir növü məlumdur: Atlascopcosaurus loadsi. Dinozavrın adı "Atlaskopkozavr" ona Viktoriya ştatında dinozavrların aşkarlanması üçün qazıntıları təşkil edən "Atlas Copco" şirkətindən götürülmüşdür.
Atlasjet reys 4203
Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir. Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı. Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu. İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi. == Qəza bölgəsi == Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı.
Atlaskopkozavr
Atlaskopkozavr (lat. Atlascopcosaurus) — Hypsilophodontidae fəsiləsinə aid dinozavr cinsi. Atlaskopkozavrlar Təbaşir dövründə (125–99 milyon il öncə) indiki Avstraliya ərazisində yayılmışlar. Onların qalıqları Viktoriya ştatı ərazisində aşkarlanmışdır. İlk dəfə paleontoloq Riç tərəfindən 1989-cu ildə məlumat verilmişdir. Elmə bir növü məlumdur: Atlascopcosaurus loadsi. Dinozavrın adı "Atlaskopkozavr" ona Viktoriya ştatında dinozavrların aşkarlanması üçün qazıntıları təşkil edən "Atlas Copco" şirkətindən götürülmüşdür.
Atlasov adası
Atlasov adası (Alaid adası, yap. 阿頼度島 Аraidoto) — Böyük Kuril adalarının ucqar şimal nöütəsini təşkil edən ada. Ada həmcinin Kuril adaları tərkib hissəsini təşkil edir. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adanın sahəsi 150 km² təşkil edir. Dairəvi formaya malik olaraq diametri 14 kilometrdir. XXI əsrdə adada yaşayım yoxdur. Əvvəllər isə adada Atlasov yaşaşayış məntəqəsi və Devyatka sərhəd zastavası olmuşdur. Adadan 20 kilometr cənub-şərqdə Paramuşir adası yerləşir. Lovbər atmaq üçün əlverişli yerləri yoxdur.
Azərbaycan Respublikasının Milli Atlası
"Azərbaycan Respublikasının Milli Atlası" — Azərbaycan Respublikasına aid xəritələr toplusu. == Tarixi == "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə qərara alınmışdır. 2014-cü ildə "Azərbaycan Respublikasının Milli Atlası" tərtib olunub. Atlasın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim olunub. Həmin ildə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən akademik Qərib Məmmədovun rəhbərliyi ilə atlasın CIS variantı hazırlandığı bildirilib. 2015-ci ilin yanvarında AMEA Naxçıvan Bölməsində atlasın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Milli Atlası indiyə kimi çap edilən mükəmməl mənbə kimi qiymətləndirib, Azərbaycanın dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 2015-ci il fevralında Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq milli atlas haqqında məlumat verib.
Azərbaycan Respublikasının fövqəladə hallar atlası
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Milleniya Atlası
Mirzə Hadi Atlasov
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Təhlükədə olan Dünya Dilləri Atlası
UNESCO-nun Təhlükədə olan Dünya Dilləri Atlası dünyada nəsli kəsilməkdə olan dillərin detallı siyahısını özündə əks etdirən onlayn nəşr idi. == Tarix == 1992-ci ildə Kanadada keçirilən Beynəlxalq Dilçilər Konqresi (CIPL) nəsli kəsilməkdə olan dillər mövzusunu müzakirə etdi və bunun nəticəsində Nəsli Kəsilməkdə olan Dillər Komitəsini yaratdı. 1992-ci ildə Parisdə də bu mövzunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və fəaliyyətə başlamaq üçün beynəlxalq toplantı keçirildi. Görüş YUNESKO- nun səlahiyyətləri çərçivəsində olduqca əhəmiyyətli hesab edilirdi hesab edildi. Stiven Vurmun təşəbbüsü ilə komitə nəsli kəsilməkdə olan Dillər üzrə Beynəlxalq Tədqiqat Mərkəzini (ICHEL) yaratmaq və topladığı məlumatlar əsasında YUNESKO-nun Nəsli kəsilməkdə olan Dillərin Qırmızı Kitabını nəşr etmək qərarına gəldi. Şigeru Tsuçida tədqiqat mərkəzini işə salmalı idi. O, 1994-cü ildə Tokio Universitetində Tasaka Tsunodanın direktoru olaraq başladı.
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.

Значение слова в других словарях