Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şlyapa
Şlyapa və ya börk — Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi. Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar - qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik, yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər.Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı. Qadınlar kişilərə nisbətən daha gec şlyapalardan istifadə etməyə başlamışlar. Zərif cinsin nümayəndələri uzun müddət baş örtüyünü qadın geyiminin ayrılmaz bir hissəsi hesab etmişlər. Qadınlar baş örtükləri ilə bərabər, duvaqdan da (qadın şlyapasına bənd edilən kiçik tül) istifadə etmişlər. Müəyyən dövrlərdə baş örtükləri sosial stasus göstəricisi kimi də istifadə olunurdu.
Qara Şlyapa Brifinqləri
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. == Tarixi == Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir. == Mədəniyyət == Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır. == Məqsəd == Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Şlyaxta
Şlyaxta(pol. Szlachta, alm. Schlacht‎ — Polşa krallığı, Böyük Litva knyazlığı, Reç Pospolita və digər ölkələrdə ictimai zümrə. == Şlyaxta mədəniyyəti == Öz mənşələrini sarmatlarla bağlayan (sarmatizm) şlyaxtalar rəiyyətlə (slavyanlar və litovlar) aralarında məsafə saxlayırdılar. Sarmatizm şlyaxtanın hakim ideologiyası olmaqla yanaşı, həm də müəyyən davranış qaydalarını da özündə ehtiva edən həyat tərzi idi. Reç Pospolitanın bü­tün yuxarı təbəqələrinə sirayət edən sarmatizm mədəniyyəti onları Qərbi Avropa aristokratiyasından fərqləndirirdi: sarmatizm ideologiyası geyimdə, incəsənətdə, arxitekturada və bu kimi bü­tün sahələrdə hakim idi. Şlyaxta mədəniyyəti əslində Asiya hərbi demokratiya ənənələrinin yeni (avropalaşmış) forması idi. Şlyaxtalar əsil-nəcabətlərinə gö­rə hərbçi ağalar idilər: fərqi yoxdur onun torpağı və ya kəndlisi var, ya yoxdur, varlıdır, yoxsa kasıbdır. Hətta öz torpaqlarını şəxsən özləri əkib-becərən şlyaxtalar yüksək ləyaqət hissi (“qonor”, “honor”), hədsiz cəsarəti və mərdliyi ilə seçilirdilər. Geniş şəxsi azadlıqlara (Qızıl azadlıqlara) malik şlyaxtalar krala “pan qardaş” deyərək onu özlərinə tən tutur və ona tabe olmamaq hü­ququnu (rokoş) həmişə özlərində saxlayırdılar.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Şlyup
Şlyup (ing. sloop) — XIX əsrin ortalarına aid bir və iki dor ağacına malik (ön staksel, arxa qrot) yelkənli gəmi. Bermud, qraffel, şprint, reek tipləri vardır. Bundan başqa düz marsel (XIX), kliver (XX əsrin əvvəlləri), spinaker (XX əsrin ortaları) növləri mövcuddur. XX əsrin əvvəllərində şlyup Avropada bir stakselli olurdusa, Amerikada iki stakselli şlyuplar tikilirdi. Müasir dövrümüzdə ki, bütün idman yelkənli qayıqları və gəmiləri şlyupun bermud növünün yelkən konstruksiyasına malikdirlər.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Ulyana Donskova
Ulyana Vyaçeslavovna Donskova (d. 24 avqust 1992) — Rusiyanı təmsil edən bədii gimnast. Ulyana Donskova, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Ulyana Donskova 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Anastasiya Bliznyuk, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Ulyana Lopatkina
Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015). == Həyatı == Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur. 1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir.
Şlyup (döyüş gəmisi)
Şlyup (ing. sloop) — XVIII−XIX əsrlərdə Böyük Britaniyaya məxsus ranqsız, maksımal 24 topa malik yelkənli döyüş gəmisi növü. Şlyupun 24 və az döyüş topuna malik olduğundan onun kamandiri kapitan rütbəsinə malik olmaya da bilərdi. Hərbi donamada əsas qüvvə xətt gəmisi, köməkçi isə freqatlar sayıldığından, yerdə qalan digər döyüş gəmilər, o cümlədən şlyuplar ikinci dərəcəli sayıldığından onlara az fikir verilirdi.
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. == Coğrafiyası == Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.
Salyana
Salyana — Qarabağ xanlığında vergi növü. Hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. == Qətl == 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. == Həyatı == Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. == Karyerası == Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
Slava Sihanuvonq
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Styaua Buxarest FK
"FKSB" (rum. Fotbal Club FCSB; 1961-2017-ci illərdə "Styaua" (rum. Steaua) adlanırdı) — Rumıniyanın futbol klubu. == Tarixi == 30 mart 2017-ci ildə klubun adı dəyişdirilərək FC FCSB adlandırılmışdır. Buna səbəb "Styaua" adı ilə bağlı Rumıniya ordusunun iddia qaldırması olmuşdur. Həmin iddiada bu adın patent hüququnun orduya məxsus olduğu bildirilmiş və 2004-cü ildən bəri klubun bu addan qanunsuz istifadə etdiyi qeyd olunmuşdu. Məhkəmə ordunun iddiasını təmin edərək klubun adının dəyişdirilməsinə qərar vermiş, Rumıniya Futbol Federasiyası ad dəyişikliyini təsdiqləmişdir. == Avropa kuboklarında iştirak == 36 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == 1 dəfə UEFA Çempionlar Kubokunun qalibi-1986. 1986-cı ildə Styaua UEFA Çempionlar Kubokunun finalında İspaniyanın Barselona klubunu oyunsonrası penalti seriyasında 2-0 hesabı ilə məğlub edərək tarixində ilk və sonuncu dəfə bu titulu qazanmışdır.
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.