AXIM MODULU

Vahid zamanda sutoplayıcının vahid sahəsindən (F) keçən suyun (Q) miqdarı. M=FQ m³/ (san.km²) düsturu ilə təyin edilir. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı gətirmələrin axım modulu) 1 km² sutoplayıcı sahədən axan sülb axımın tonla miqdarıdır.
AXIM XƏRİTƏLƏRİ
AXIMIN HƏCMI
OBASTAN VİKİ
Axım modulu
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Axım xəritələri
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir. Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.
Elastiklik modulu
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur: E = F / S x / l = F l S x , {\displaystyle E={\frac {F/S}{x/l}}={\frac {Fl}{Sx}},} burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur. Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu