axının en kəsiyinin sahəsi

ру площадь сечения потока en flow area de Strömungsquerschnitt fr section de passage es sección de paso it sezione di passaggio
axın tənzimləyicisi
axının hərəkət sürəti
OBASTAN VİKİ
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Elektrik sahəsi
Elektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir ( E {\displaystyle \mathbf {E} } ); fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә ( q {\displaystyle q} ) tәsir edәn F {\displaystyle \mathbf {F} } qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir: E = F q {\displaystyle \mathbf {E} ={\mathbf {F} \over q}} Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru ( D {\displaystyle \mathbf {D} } ) ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır. Videman-Frans qanunu Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Elektromaqnit sahəsi
Elektromaqnit sahəsi - elektrik və maqnit sahələrindən yaranan fiziki sahə. İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar. Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir. Naqilsiz Internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz Interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompüterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Elm sahəsi
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir. Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi — fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.
Kosovo sahəsi
Kosovo sahəsi (serb. Косово поље; alb. Fusha e Kosovës) — Dinar yaylasında yerləşən dağarası hövzə. Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır. "Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi. Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən Ferizovikdən Vıçıtırına qədər uzanır. Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir. Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.
Mehri sahəsi
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Qravitasiya sahəsi
Qravitasiya sahəsi — qravitasiyanın mövcud olduğu fiziki sahə. Qravitasiya sahəsində sınaq cisminə təsir edən qüvvənin bu cismin nisbəti ilə ölçülən fiziki kəmiyyət qravitasiya sahəsinin intensivliyi və ya sərbəst düşmə təcili adlanır. Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində cismə təsir edən cazibə qüvvəsinin onun kütləsinə olan nisbətinə deyilir: g = F\m və ya g =GM/R2.Qravitasiya sahəsinin intensivliyi -bu sahəni yaradan cismin (burada Yerin) kütləsi ilə düz, onun mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir və hər yerdə onu yaradan cismin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili-bəzən qravitasiya sahəsinin intensivliyi də adlanır və Yer səthində cisimlərin havasız fəzada düşmə təcilidir. Yer qütblərdə bir qədər basıqdır və qravitasiya sahəsinin intensivliyi 9,83N\kq, ekvatorda 9,79N\kq-dır və ortalama g = 9,81N\kq götürülür. Yer səthindən h hündürlüyündə qravitasiya sahəsinin intensivliyi, gh=GM\(R+h)2 ilə hesablanır.Bu təcil cismin kütləsindən asılı deyil və 9,81N\kq və ya g = 9,81m\san2. Yer ayrı-seçkilik qoymadan bütün cisimlrə eyni sürət artırma imkanı verir. Ay səthində Ayın yaratdığı qravitastya sahəsinin intensivliyi Yer səthində Yerin yaratdığı sahənin intensivliyindən təqribən altı dəfə kiçikdir . Fizikada gravitasiya sahəsi kütləvi bir cismin öz ətrafındakı yerə uzanan təsirini izah etmək üçün başqa bir kütləvi orqan üzərində bir qüvvə çıxaran bir modeldir. Beləliklə, bir çəkisi sahə qravitasiya hadisələrini izah etmək üçün istifadə olunur və kiloqramda (N / kq) yeni tonlarla ölçülür.
Sərgi sahəsi
Sərgi sahəsi, konqres mərkəzi, konfrans mərkəzi və ya sərgi salonu — müəyyən bir mütəxəssislik sahəsində yığıncaqların və konqreslərin keçirilməsinə imkan verən böyük binalara verilən addır. Bu binalarda ümumiyyətlə minlərlə insana xidmət edə biləcək və bir neçə mərtəbəyə yayılmış xidmət vahidləri mövcuddur. Bu məkanlarda geniş ticarət sərgiləri və ya yarmarkalar da keçirilir. Bu strukturlarda auditoriya, konsert salonu, iclas otaqları, konfrans salonları kimi funksiyalar yer ala bilər. Bunlar bir çox böyük otellərin daxilində də yerləşdirilə bilər.
Torpaq sahəsi
Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Vərəndə sahəsi
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları. Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu.
Yaşayış sahəsi
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Dommarten (En)
Dommarten (fr. Dommartin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01144. 2010-ci ildə əhalinin sayı 841 nəfər təşkil edirdi.
Duvr (En)
Duvr (fr. Douvres) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01149. 2010-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi.
En (departament)
En (fr. və oks. Ain) — Fransanın şərqindəki Overn-Rona-Alp regionunun departamentlərindən biri. Sıra nömrəsi — 1. İnzibati Mərkəzi —Burk-an-Bres. Sahəsi — 5762 km². Departament Yura dağlarının cənub sahilləri üzərində Rona və Sona çayları arasında yerləşir. En - 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı dövründə yaranmış ilk departamentlərdən biridir. Adı En çayından gəlir. VikiSəyahətdə En (departament) haqqında səyahət məlumatları var.
En Dou
En Dou (d. 1 may 1971) — Kanadanı təmsil edən su poloçusu. En Dou, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra En Dou, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
En Hetvey
Enn Hetevey (ing. Anne Hathaway; 12 noyabr 1982[…], Bruklin, Nyu-York) — amerikalı aktrisa. Enn Hetevey 12 noyabr 1982-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub. En teleekranlarda ilk dəfə 1999-cu ildə Reallığı Gör adlı serialda görünmüşdü. Disneyin istehsalı olan Şəhzadənin gündəliyi filmində və onun növbəti seriasında oynadığı Mia Sermopolis rolu ona böyük şöhrət qazandırdı. O vaxtdan sonra Havoc və Qozbel Dağ kimi dram filmlərdə oynamağa başladı. Eyni zamanda o, Şeytan Prada Geyinir və Eşq Kitabı filmlərində baş rolu oynadı. 2004-cü ildə ekranlara çıxan Tilsimlənmiş Ella filmidə ona uğur gətirənlərdən oldu. 2011-ci ildə Rio adlı cizgi filmində obrazı səsləndirən En, daha sonra Bir Gün filmində baş rolu ifa etdi. 2008-ci ildə Reyçl ərə gedir filmindəki performansına görə bir neçə mükafat alan En, Ən yaxşı aktrisa mükafatınada namızəd görüldü.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. En Vivo - Genius.
En dairəsi
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Fran (En)
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
Juayyo (En)
Juayyo (fr. Joyeux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. 2010-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 153 nəfər (15-64 yaş arasında) 115 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,2%, 1999-cu ildə 75.5%). 115 fəal sakindən 104 nəfər (60 kişi və 44 qadın) işləyir, 11 nəfər işsizdir (4 kişi və 7 qadın). 38 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 15 nəfər - təqaüdçü, 11 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Kondamin (En)
Korvesya (fr. Condamine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01112. 2010-ci ildə əhalinin sayı 404 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi. 38 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.