Axşam təhsili

istehsalatdan ayrılmadan təhsil almaq forması.
Affirmasiya
Akademik
OBASTAN VİKİ
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Axşam
Axşam günün periodu olub, gündüzün sonunda başlayan və gecənin başlanğıcı ilə üst-üstə düşür. Ümumiyyətlə, günəşin üfüqə yaxın olduğu zaman dövrünü göstərir və mülki, dəniz və astronomik alatoranlıq dövrlərini əhatə edir. Axşamın başladığı və bitdiyi dəqiq vaxtlar subyektivdir və ilin yerindən və vaxtından asılıdır. Gün batmazdan bir az əvvəl son azalan günortanı daxil etmək üçün danışıq dilində istifadə edilə bilər.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Axşam yarasası
Axşam yarasası (lat. Nyctalus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Seks təhsili (teleserial)
Seks təhsili (ing. Sex Education) — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır. Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
Xalq Təhsili Muzeyi
Xalq Təhsili Muzeyi — Bakı şəhərində yerləşən təhsil muzeyi. XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik forması olan ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir. Muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində yerləşirdi. Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir. Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, "Qurani-Kərim"in saxlama qabı, "Qurani-Kərim"lər, M. T. Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir. II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918–40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
Axşam konserti (film, 1948)
Axşam konserti qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1948-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Burada Bülbül, Niyazi, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Əminə Dilbazi, Qara Qarayev, Nəcibə Məlikova, İsmayıl Dağıstanlı və başqalarını görürük.
Bir axşam... (film, 1985)
Bir axşam... qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. == Məzmun == Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. Bu, sərxoş bir məclisin kiçik ailənin rahatlığının, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. == Film haqqında == Burada aktyor oyunları və rəsmlərlə qurulmuş səhnələr vardır. Film cizgi, qarışıq, ekler filmidir. == Rollarda == Elnarə Cəfərova — qız Nuriyyə Əhmədova — ana Həmidə Ömərova — qonaq Gülşən Qurbanova — qonaq Rəfael Dadaşov — qonaq Azad Dadaşov — ovçu == Festival və mükafat == 1986-ci ildə Alma-Atada XI Ümumittifaq kinofestivalında filmə aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizi verilib.
Azərbaycan Xalq Təhsili Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Seks təhsili (teleserial, 2019)
Seks təhsili (ing. Sex Education) — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır. Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ― peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.[1] Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin direktoru Ceyhun Kərəmovdur. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir; peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir; peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür; peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir; qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir; peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. Agentliyin 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihəsidir. Layihə çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı. Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir. Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Azərbaycan SSR xalq təhsili naziri
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı e-qanun.az: ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. (az.) e-qanun.az: ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.) e-qanun.az: "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.
Azərbaycan ilk peşə-ixtisas təhsili müəssisələrinin siyahısı
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçilərinin siyahısı
Adil Hüseyn oğlu Abdullayev — 04.02.1991
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)
Ali neft, qaz və neft-kimya təhsili qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1978-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 korpusdan ibarətdir. Mərkəzin ərazisi 50426 kv.metrdir.