Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Çəkilər
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır.
Çətələr
Çətələr (türk. Çeteler) — Birinci Dünya müharibəsindən sonra Kiçik Asiyada fəaliyyət göstərən müsəlman silahlı nizamsız dəstələr. Onlar 1910-cu və 1920-ci illərdə xristian ortodoks ermənilərə, yunanlara və aysorlara qarşı hücumları ilə tanınırlar. Bu termin həmçinin, Təşkilat-i Məxsusanın üzvləri üçün sinonim kimi istifadə edilmişdir.
Əkərək
Kəndlər Əkərək (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Əkərək — Syunik vilayətinin Vayotsdzor qəzasında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Əkərək (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Əkərək (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Əkərək — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Əkərək (Qafan) 1 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək 2 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Çaylar Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Dərələk (Soyuqbulaq)
Dərələk (fars. داره لك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,454 nəfər yaşayır (262 ailə).
Kəkələr (Urmiya)
Kəkələr (fars. ‎كاكالر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (24 ailə).
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Yaşıl Çəkmələr
"Yaşıl Çəkmələr"- Everest dağının əsas şimal-şərq silsiləsi yolunda əlamətdar bir alpinistin naməlum cəsədinə verilən addır. Şəxsiyyəti rəsmi olaraq təsdiqlənməsə də, 1996-cı ildə Everest dağında dünyasını dəyişən Hindistanlı alpinist Tsewang Paljor olduğu güman edilir. Yaşıl Çəkmələr termini, cəsədin ayaqları üzərində yaşıl alpinizm çəkmələrindən yaranmışdır. Şimal tərəfdən edilən bütün ekspedisiyalar, 8,500 metr (27,900 ft) hündürlükdəki əhəng daşı mağarasında cəsədlə qarşılaşdılar. 2006-cı ildə fərqli bir alpinist Devid Şarp tək qalxma zamanı"Yaşıl Çəkmələrin Mağarası" olaraq bilinən yerdə öldü. 2014-cü ilin may ayında Yaşıl Çəkmələrin itkin düşdüyü, ehtimal ki, basdırıldığı bildirildi. 2017-ci ildə şayiələrə görə bir çox alpinist geri döndükdə, o yenə eyni yüksəklikdə görüldü. Yaşıl Çəkmələrin ilk qeydə alınan video görüntüləri 21 may 2001-ci ildə Fransız alpinist Pierre Paperon tərəfindən lentə alındı. Videoda Yaşıl Çəkmələr zirvəyə baxan sol yamacda uzanırdı. Paperonun sözlərinə görə, şerpi ona altı ay əvvəl dırmaşmağa cəhd edən Çin alpinistinin cəsədi olduğunu söylədi.
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Çiyələk ağacı
Çiyələk ağacı (lat. Arbutus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Çiyələk piroqu
Çiyələk povidlosu
Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur. Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Gül Əkərək
Gül Əkərək — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. == Toponimkası == Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XIX əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli Qul Əkərək (Qulama məxsus malikanə).
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Əkərək (Karbi)
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd., Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir. XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır.
Əkərək (Loru)
Əkərək (erm. Ագարակ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Əkərək bələdiyyəsi"ni (erm. Ագարակ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.155 nəfərdir.
Əkərək (Meğri)
Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Araz çayın sol tərəfində yerləşir. Toponim əkər (akar) türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əkərək (Qafan)
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əkərək (Talin)
Əkərək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 17 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur. Erməni mənbələrində 1922-ci ildən əvvəl burada kimin yaşadığı göstərilmir. Bu da tarixi faktları saxtalaşdırmaqdır. Toponim əkər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Əkərək (Talın)
Əkərək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 17 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur. Erməni mənbələrində 1922-ci ildən əvvəl burada kimin yaşadığı göstərilmir. Bu da tarixi faktları saxtalaşdırmaqdır. Toponim əkər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Əkərək məscidi
Əkərək məscidi — İrəvan quberniyasının Üçmüədzin qəzasında, indiki Əkərək köhnə Karbi mahalı ərazisində yerləşən məscid.
Şekeleş
Şekeleş — Yeni padşahlıq dövrünə aid bir sıra Qədim Misir mənbələrində haqqında məlumat verilən və mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu kimi qalan antik dövrün "dəniz xalqları"ndan biri. "Şekeles" adı çox vaxt "sikiler" kimi transkripsiya edilir və buna görə də onların Siciliyada yaşamış sikanlar və ya sikullar olduğu güman edilir. Eyni zamanda, Qədim Misir mənbələrində onlar Egey adalarından, Kiprdən və ya Yunanıstandan gələn dəniz quldurları kimi xarakterizə olunur. Fələstin ərazisində Mikena və ya Kipr-Mikena mədəniyyətlərinə aid arxeoloji tapıntılar göstərir ki, burada olan şekellər, görünür, Mikena tacirləri kimi fəaliyyət göstərirdilər. Buna baxmayaraq, başqa bir versiyaya görə, bu tapıntılar onu göstərir ki, onlar Fələstinin bəzi sahilyanı şəhərlərini ələ keçirərək bir müddət hakimiyyətdə qalmışdılar. Bəzi İsrail arxeoloqlarına görə, "Şekeleş" Karmel sahillərində və Şaron vadisinin şimalında məskunlaşmışdı. Ephraim Stern: Dor, Ruler of the Seas. Israel Exploration Society, Jerusalem 2000. ISBN 965-221-042-0 Abraham Malamat: The Egyptian decline in Canaan and the Sea-Peoples. Massadah, Tel-Aviv 1971.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.