Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaparxana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi. Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Çaharqala (Marağa)
Çaharqala — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Təkab bölgəsində, Təkab qəsəbəsindən 8 km simal-qərbdədir.
Ageratina yaharana
Ageratina yaharana (lat. Ageratina yaharana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Çarxana (Qəbələ)
Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. 1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır. Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır. Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü. Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir. Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var. Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Çarxana bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Caharqala (Takab)
Caharqala (fars. چهارقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).