Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çayönü
Çayönü (türk. Çayönü) — e.ə. 7250 - 6600-cü illərdə Türkiyənin cənub-şərqindəki Neolitik yaşayış məskəni. Şərqi Tavr ətəklərində, Erqani ila (vilayət) Diyarbəkir bölgəsində; lil mərkəzindən - Diyarbəkir şəhərindən 40 km şimal-qərbdə yerləşir. == Genetik əlaqələr == Çayönü qəsəbəsi Göbekli Təpə məbəd kompleksi ilə əlaqələndirildi. Onlardan əvvəl Neolit ​​dövrünə aid Hallan-Çemi yaşayış məskəni gəlmişdir. Balkan Neolitikasının "köprüsü" olan Çafer Hoyuk, Nevalı-Çori, Aşiklı-Hüyük, Çatal-Hüyük və Hacılar da genetik olaraq Çayönü ilə əlaqəli idilər. Çayönü mədəniyyətinin sonrakı Sesklo (materik Yunanıstan) və Xalaf (Orta Şərq) mədəniyyətləri ilə ardıcıl əlaqələri izlənilir. == Arxeologiya == Çayönüda ilk qazıntılar 1964-1978-ci illərdə Robert Breydvud tərəfindən həyata keçirilmişdir . Qazıntılar 1985-1991-ci illərdə davam etdirildi.
Damotu
Damotu (lat. Leonurus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi damotu (Leonurus cardiaca L.) Leonurus chaituroides C.Y.Wu & H.W.Li Leonurus deminutus V.I.Krecz. Göyümtül damotu (Leonurus glaucescens Bunge) Leonurus incanus V.I.Krecz. & Kuprian. Yapon damotu (Leonurus japonicus Houtt.) Leonurus kuprijanoviae Krestovsk. Leonurus macranthus Maxim. Leonurus mongolicus V.I.Krecz. & Kuprian. Leonurus nuristanicus Murata Leonurus panzerioides Popov Leonurus persicus Boiss.
Mayaotu
Mayaotu (lat. Humulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Qayaotu
Qayaotu, divarotu (lat. Parietaria) – gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Qayaotu:The Plant List saytında takson barədə məlumat.
Tayaotu
Tayaotu, çibançiçəyi, barkhauziya (lat. Crepis) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == == Növləri == Laləyarpaq tayaotu, laləyarpaq çibançiçəyi, laləyarpaq barkhauziya (Barkhausia rhoeadifolia Bieb.)(= Crepis rhoeadifolia Bieb.) Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
Çayoba
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyırRegion Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Qayot
Qayot-(rus. гайоты, ing. guyots)amerikalı coğrafi və geoloq A. Qüyotun (1807-1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Abaran rayonu
Abaran rayonu, Aparan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Abaran) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir.
Abay rayonu
Abay rayonu (qaz. Абай ауданы) — Karağandı vilayətində inzibati vahid. Rayonun ərazisi 6,5 min kvadrat kilometrdir. Bölgə mərkəzinə olan məsafə - 30 km. Rayonun mərkəzi Abay şəhəridir. Rayondan böyük çaylar keçir: Şerubay-Nura və Nura. İki böyük su anbarı var: təxminən 19 özəl istirahət zonasının yerləşdiyi Jartas və Şerubaynurin (Topar su anbarı). Su anbarlarının ümumi sahəsi 7237 hektardır. Abay bölgəsi ərazisində aşağıdakı heyvan növləri yaşayır: canavar, cüyür, tülkü, korsak, polecat, dovşan, boz kəklik; nadir və nəsli kəsilməkdə olan növlər: arxar, kiçik bustard, göy qu. == Əhalisi == Əhalisi 58 673 (2019).
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Abovyan rayonu
Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir. == Tarixi == Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi. 9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir. Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir. 1948–1951-ci illərin köçürmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur.
Abşeron rayonu
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Adi damotu
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Aksubay rayonu
Aksubay rayonu (tatar. Аксубай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənubunda, Zakamski iqtisadi rayonunda yerləşir. İnzibati mərkəzi Qazan şəhərindən 180 km, Nurlat dəmiryol stansiyasından 58 km və Çistopol şəhərindən 85 km məsafədə yerləşən şəhər tipli Aksubay qəsəbəsidir. == Coğrafiya == Çistopol, Yeni Çimşə, Çirmeşən, Nurlat və Alekseyevsk rayonları ilə həmsərhəddir. Sahəsi - 1439.16 km²-dir. Bilyar qoruğu. Keremetev meşəsi. Bolşaya Sulça, Savruşka çayları və s. == Tarixi == 10 Avqust 1930-cu ildə təsis edilmişdir.
Aksı rayonu
Aksı rayonu (qırğ. Аксы району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Kerben şəhəridir. == Tarixi == Bu rayon 29 oktyabr 1935-ci ildə Taş-Kumir rayonu olaraq qurulmuşdur. 16 noyabr 1942-ci ildə adı Cangi-Col rayonu olaraq dəyişdirilir və 6 mart 1992-ci ilə qədər bu adı daşıyır. 29 oktyabr 1958-ci ildə Karvan rayonu Cangi-Col brayonuna birləşdirilir. 1990-cı ilə qədər Oş vilayətinin bir hissəsi olur. == Coğrafiyası == Rayon vilayət mərkəzindən - Cəlalabad şəhərindən şimal-qərbdə, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, Fərqanə vadisinin şimal kənarında yerləşir. Aksı rayonu Özbəkistanın Nəməngan vilayəti 4 rayonu (Yeni-Kurqan, Çartak, Uyçin və Üç-Kurqan) ilə həmsərhəddir. Aksı rayonunun Özbəkistan Respublikası ilə sərhədinin uzunluğu 142 km-dir.
Aktanış rayonu
Aktanış rayonu (tatar. Актаныш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir. Respublikanın Minzələ, Muslin rayonları ilə, Başqırdıstan (İleş, Krasnokamski, Bakalı rayonları, Ağidel şəhər dairəsi) və Udmurtiya (Karakulino rayonu) ilə həmsərhəddir. İnzibati mərkəzi Aktanış kəndidir. == Coğrafiyası == Rayon ərazisindən çoxlu sayda çay axır. Bunlar arasında Avropadakı ən böyüklərindən olan Kama və Ağıdel çayları da varddır. Rayon ümumilikdə mütləq yüksəklikliyi 62-235 m olan düz yamaclı düzənlikdən ibarətdir. Ən ən aşağı nöqtələr Kama, Ağıdel və İk çaylarının yatağı boyunca Nijnekamsk hava limanının ərazisindədir. Ən yüksək yerləri rayonun cənub hissəsində yerləşir.
Alabuka rayonu
Alabuka rayonu (qırğ. Алабука району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Alabuka kəndidir. == Tarixi == Mərkəzi Alabuka kəndində olan Alabuka rayonu 2 sentyabr 1936-cı ildə Qırğızıstan MSSR-in tərkibində qurulur. 1936-cı ilin dekabrından isə Qırğızıstan SSR-yə daxil olur. 1938-1939-cu illərdə Cəlalabad dairəsinin, 21 noyabr 1939-cu ildən Cəlalabad vilayətinin bir hissəsi idi. 27 yanvar 1959-cu ildə Cəlalabad vilayətindən Oş vilayətinə verilməsi ilə, Alabuka rayonu Cangi-Col rayonuna birləşdirilir. == Coğrafiyası == Rayon Cəlalabad vilayətinin şimal-qərbində, Özbəkistanın Nəməngan vilayətinin 4 rayonu (Yeni-Kurqan, Kasansay, Çust, Pap) ilə sərhəddədir. Çatkal rayonu Özbəkistanla sərhədə doğru bir-birindən ayrılmış iki hissədən ibarətdir. Alabuka rayonu Tereksay çayı boyunca çoxsaylı allyuvial düzənliklərində qızıl və mis yataqları vardır.
Alabuqa rayonu
Alabuqa rayonu (tatar. Алабуга районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. İnzibati mərkəzi Alabuqa kəndidir. == Coğrafiyası == Mendeleyev, Mamadış, Aşağı Kana, Tukay rayonları, Yar Çallı şəhəri və Udmurt Respublikası (Qraxovski və Kiznerski rayonları) ilə həmsərhəddir. Bölgənin ən böyük çayları Kama, Vyatka, həmçinin onların qollarıdır (ümumi uzunluğu 20 km-dən çox): Kama hövzəsi - Toyma, Tanayka, Yuraşka (Toyma qolu), Karinka, Kriuşa; Vyatka hövzəsi - Umyak, Anzirka, Yuraşka (Adamka qolu). Rayon ərazisində açıq boz, boz meşə torpaqlar üstünlük təşkil edir. == Tarixi == Müasir Alabuqa rayonunun ərazisi X əsrin ikinci yarısında Volqa bolqarırının nəzarətində idi. 1236-cı ildə Batı xanın bolqarların torpaqlarını fəth etməyə müvəffəq olur və Alabuqanın ətraf əraziləri ilə birlikdə bölgə Qızıl Ordanın bir hissəsi olur. 1438-ci ildə Qızıl Ordanın süqutu nəticəsində inzibati olaraq 5 daruqa bölünmüş Kazan xanlığı qurulur.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Alagirski rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Alagöz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Allahverdi rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. == Tarixi == Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Alışeevski rayonu
Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Raevski kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir. == Tarix == Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir. == Əhali == Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %.
Amasiya rayonu
Amasiya rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Ermənistanın Ağbaba mahalı ərazisində rayon. Rayon mərkəzi Amasiya kəndi olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər. 1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı == Amasiya Rayon Partiya Komitəsinin birinci katibləri == Səfər Alməmmədov — 1924–1930 Cəfər Vəlibəyov — 1930–1936 Ələsgər Vəliyev — 1936–1938 Məsim Vəliyev — 1938–1939 Yeğişe Ağacanyan — 1939–1944 Nikol Harutunyan — 1944–1948 Muşek Hayrapetyan — 1948–1950 Marat Qukasyan — 1950–1952 Aleksan Kirakosyan — 1953–1956 Həbib Həsənov — 1956–1960 Hüseyn Məmmədov — 1960–1963 Azad Hovhannisyan — 1963 Levin Yeranosyan — 1963–1964 Harutun Hakopyan — 1964–1969 Məhərrəm Bayramov — 1969–1974 Cahangir Əliyev — 1974–1981 Zərbəli Qurbanov — 1981–1985 İldırım Bağırov — 1985–1988 Qəşəm Həsənov — 1988–1989 == Rayon XDS İcraiyyə Komitəsinin sədrləri == Hüseyn Salmanov — 1924–1926, İrəvan Musa Hüseynov — 1926–1930, Balıqlı İbrahim Qəribov — 1930–1931, Güllübulaq Mirzə Bəşirov — 1931–1936, Zəngibasar Rza Şeyxzadə — 1936–1939, İrəvan Yaqub Qəribov — 1939–1948, Vedi Əli Məmmədov — 1950–1952, Mehri Abram Qurginyan — 1952–1961 Harutyun Hakopyan — 1961–1963 Levon Bdoyan — 1963–1965 Cahangir Əliyev — 1965–1969, Düzkənd Murat Hakopyan — 1969–1986 Murat Harutyunyan — 1986–1989 == Əhalisi == === Şəxsiyyətləri === Amasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır.
Çayüzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Daucus carota var. carota
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.