Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaypulu
Çaypulu — müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır. Çaypulu sözünün mənası "xüsusi xidmət sahələrində xidmət qarşılığında işçilərə əsas qiymətə əlavə olaraq verilən müəyyən məbləğ" deməkdir. Çaypulu və onların məbləği ənənə və etiket məsələsidir və bu ənənə ölkə və məkana görə dəyişir. Bəzi yerlərdə təhqir kimi qəbul olunsa da, bəzi yerlərdə isə, əksinə, etiket üzrə qəbul olunub və müştərinin çaypulu verməsi adi hal sayılır. Çaypulu verilməsi əsasən ictimai iaşə sahələrinə aid edilir, ofisiant, taksi sürücüsü, saç ustası və s. peşə sahələrində çalışan şəxslərə çaypulu verilir. Digər hallarda çaypulu verilməsi rüşvət kimi də qəbul edilə bilər, məsələn, ABŞ-də dövlət işçilərinin və polis məmurlarının bəxşiş alması (hətta onlara təklif olunması) qanunsuz sayılır, bu, rüşvət kimi qəbul edilir. == Tarixi və etimologiyası == Oksford İngilis lüğətinə əsasən "çaypulu (bəxşiş)" sözü ara sözü kimi (slenq, jarqon termini olaraq) meydana gəlmiş və etimologiyası aydın deyil. Online Etimoloji lüğətinə görə, çaypulu sözü 1600-cü illərdə "kiçik bir pul hədiyyəsi ver" mənasını daşıyırdı, 1706-cı ildən etibarən isə "bir mənfəət ver" mənasını daşıyır. "Çaypulu" sözü ilk dəfə 1707-ci ildə Corc Farquharın "The Beaux' Stratagem oyununda fel kimi istifadə olunmuşdur və kriminal aləmdə zarafat ya qeyri-qanuni pul mübadiləsi kimi hər nəyinsə lazımsız və bərabərsiz kimi hədiyyə edilməsini nəzərdə tutan" bir söz kimi istifadə etmişdir.
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. == Həyatı == Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Çapqulu (Miyanə)
Çapqulu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (20 ailə).
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı.
Maygülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Çaydüzü
Çaydüzü (əvvəlki adı: Novonikolayevka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi adlandırılmışdır. == Toponimikası == Çaydüzü Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim rus əhalisinin tərk edib gəldiyi ərazinin Nikolayevka adının əvvəlinə novo (rus. “yeni”) sözünün əlavə edilməsi ilə yaranmışdır və “yeni Nikolayevka kəndi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 257 nəfər əhali yaşayır.
Caypur
Caypur — Hindistanın şimal qərbində şəhər. Racəstan ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 2,9 milyon nəfərdir (2007). == Coğrafiyası == Aravalli silsiləsinin ətəklərində, 431 m hündürlükdə yerləşir. İri nəqliyyat qovşağı və beynəlxalq aeroportdur. == Tarixi == Əsasını 1728-ci ildə, 12-ci əsrdə bu torpaqları işğal etmiş racput tirələrindən birinin nümayəndəsi – Amber maharacəsi II Cay Sinqh qoymuşdur. Moğol imperiyasının vassalı olmuş Caypur racəliyinin eyniadlı yeni paytaxtı kimi yaradılmışdır. 1947-ci ildə Hindistan müstəqilliyik qazandıqdan sonra Caypur Racəsthan ştatının inzibati mərkəzi oldu (1948). == Memarlığı == Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qumdaşıdan çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim hind memarlığı ənənələrinin (düz bucaq altında kəsişən geniş küçələr dünyanın 4 cəhətinə istiqamətləndirilmişdir) davamıdır: Hava-Mahal sarayı (“Küləklər sarayı”; 18-ci əsrin 2-ci yarısı) orijinaldır: onun ornamentli fasadında 953 pəncərə var.
Çayüzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Böyük maygülü
Böyük maygülü (lat. Podiceps cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Camqulu (Qürvə)
Camqulu (fars. چمقلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 528 nəfər yaşayır (124 ailə). Əhalisini kürdlər təşkil edir.
Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.
Maygülü cinsi
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. == Statusu == Azərbaycana qışlamağa gəlir. == Xarakterik morfoloji əlamətləri == Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. == Cinsiyyət dimorfizmi == Erkəkləri dişilərindən az iridir.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.