Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Çeşməkeş (Miyanə)
Çeşməkeş (fars. چشمه كش‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Miyanə şəhristanının Tükmən bölgəsində, Gərmi kəndistanında, Türkmən qəsəbəsindən 15 km şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (87 ailə).
Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çeşməli (Şəki)
Çeşməli — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Çeşməli kəndi düzənlik sahədə yerləşir. Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur. Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür. Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində allivüal çöküntülərdə yemişan, palıd meşəlikləri yayılmışdır. Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir. Kənddə taxıl əkini geniş yayılmışdər.
Çeşməli bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çirkinli (Çeşməli)
III Əhməd çeşməsi
III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir. Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Sülh Çeşməsi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Çeştəçi Əli Paşa
Çeştəçi Əli Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra zağarcı və yeniçəri kəndxudası oldu. Ardından 1623-cü ilin avqustunda yeniçəri ağası, 9 oktyabrda isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. Ancaq sələfi Qara Mustafa Paşanın tərtiblədiyi hərbi ayaqlanmayla bölgəyə buraxılmadı və geri dönməyə məcbur oldu. Sultan Muradın 11 yaşlı uşaq olması, dövlət idarəsinin isə dövlət təcrübəsi olmayan Validə Kösəm Sultanın əlində olması səbəbilə bu məsələnin üzərinə gedilmədi. 16 fevral 1624-cü il tarixli fərmanla Əli Paşa Anadoluda çıxan üsyanları yatırmaqla vəzifələndirildi. Misir əyaləti isə yenidən Mustafa Paşaya həvalə edildi. Əli Paşa isə haqqında gəzən şayələr və əsgərlər üzərindəki sərt tədbirləri səbəbilə 1626-cı ildə edam edildi.
Çəlləkçi
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Tərməkçi (Tikantəpə)
Tərməkçi (fars. ترمكچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (29 ailə).
Əli Əhmədov (çəkməçi)
Əli Davud oğlu Əhmədov (7 avqust 1934, Nuxa – 4 mart 2016, Bakı) — çəkməçi, "Əməkdar mədəniyyət işçisi" (19. sentyabr 1991) Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub. Adını nənəsi qoyub. Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur. 1952-ci ilə qədər burada çalışmışdır. Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin "Xəmsə"sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir.
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.