Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.
1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir.
Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.