Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilçıraq
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Çıldıran
Çıldıran (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çıldıran (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.
Çıldıran (Ağdərə)
Çıldıran — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çıldıran kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır. Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çıldıran kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Çıldıran (Kəlbəcər)

Çıldıran (dəqiqləşdirmə)
Çıldıran (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çıldıran (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.
Çırçıra (Çaroymaq)
Çırçıra (fars. چرچرا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (17 ailə).