SİRAC

"çıraq" sözünün ərəb və farslaşmış forması; çilçıraq, lampa; məşəl.
SİRAB
SİRACƏDDİN
OBASTAN VİKİ
Sirac Göycəyev
Sirac Göycə oğlu Göycəyev — Sosialist Əməyi Qəhrəmanı 1897-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan qayıtdıqdan sonra kənd təsərrüfatı sahəsində çalışmışdır. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndindəki M.Əzizbəyov adında kolxozda 1972-ci ilə qədər briqadir işləmiş, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxmişdır. Bico kəndində vəfat etmişdir.
Sirac Əliyev
Sirac Abışov
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Bəxtiyar Siracov
Bəxtiyar Tahir oğlu Siracov — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur. Bəxtiyar Siracov bu mərkəzdə 1980-1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir. 1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə "SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir. 1987-1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki Institute of Informatics, Slovak Academy of Sciences) çalışır. 1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək Bəxtiyar Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə I-NET şirkətində çaılşmaq üçün dəvət alır.
Fətulla Siracov
Polad Siracov
Polad Sabir oğlu Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Yerli Azərbaycan mətbuatı tərəfindən Üsamə bin Ladenin şəxsi türkcə-ərəbcə tərcüməçisi olduğu bildirilən şəxs. 1975-ci ildə Bakı şəhərində anadan olan Polad Sabir oğlu Siracov 1992-ci ildə Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, lakin iki il təhsil aldıqdan sonra universiteti yarımçıq tərk etmişdir. Universiteti yarımçıq buraxdıqdan bir müddət sonra təxminən 10 gün müddətində Türk tikinti şirkətlərinin birində tərcüməçi kimi işləyən Siracov daha sonra Rusiyaya gedərək 1994-1996-ci illər aralığında Moskva şəhərində tərcüməçilik, dülgərlik, paltar alveri ilə məşğul olmuşdur. Daha sonra Bakıya qayıdan Polad Siracov 1997-ci ildə İntersun zavodunda bir müddət işlədikdən sonra 1998-ci ildə hərbi xidmətə yola düşmüş 2000-ci ildə isə hərbi xidmətini (Qarabağ ətrafında) başa vurmuşdur. Abdullah əl-Qafqazi Poolad T. Tsiradzho (20 aprel 2006-ci il tarixindən etibarən sənədlərində bu cür yazılır) Abd əl Zaher 2001-ci ilin fevral ayında evdən çıxaraq İran yoluyla Əfqanıstanın Herat şəhərinə yollanan Siracov Heratda Taliban rəsmisinin yönləndirməsiylə Qəndəhar şəhərində Abdul Kərim adlı şəxsin evində bir müddət qonaq qalmışdır. Qısa bir müddət sonra isə Xocaəhərdə yerli Taliban üzvləriylə görüşən Siracov 500-1000 etnik pakistanlı, eyni zamanda əfqan, özbəklərin də üstünlük təşkil etdiyi Əyyub Sultanın komandanlığı altında olan dəstəyə qoşulmuşdur. Bundan sonra isə Siracova AKM-7.62 avtomatı verilmişdir. 2001-ci ilin sentyabr ayında NATO artirelliya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaralanan Siracov döyüş bölgəsini Künduz şəhərinə doğru dəyişmiş, 2001-ci ilin noyabr ayında isə Məzari-Şərif yaxınlığında NATO qüvvələrinin mühasirəsinə düşmüş və ələ keçirilmişdir. Ələ keçirildikdən sonra Siracov Məzari-Şərifdəki Qala-i Cəngi həbsxanasına gətirilmiş, gətirildiyi günün sabahısı (25 noyabr 2001-ci il) baş vermiş üsyandan sağçıxanlar arasında olmuşdur.
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. "Məntiqə və fəlsəfəyə dair nurların doğuşları" "Hikmət incəlikləri" "Haqqın bəyanı" "Metodlar" "Ziddiyyətin misallarına dair traktat" "Dialektikaya dair traktatlar" "Həkimanə sözlərin islahı" "Təhsil" "Suallar" və s. Zakir Məmmədov. Siracəddin Urməvi. Azərbaycan SSR EA "Məruzələri", 1967; Zakir Məmmədov. Siracəddin Urməvinin məntiqinə dair. Azərbaycan SSR EA "Xəbərlər" jurnalı, 1968; Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978; Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi.
İsmayıl Siracəddin Şirvani
İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi. Nəqşibəndiyyə tarikatının şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır. 1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir. Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur. Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır. Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır. Şeyx Şamil Mir Həmzə Nigari Şeyx Mahmud əfəndi Almalı Mövlana Hacı Mahmud baba Şeyx Əməd Əl Ağdaşi Azərbaycanda təsəvvüf Xəlvətilik Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[…] – 12 may 2005[…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır. Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir. "Qədim inanclar, müasir xurafatlar" "İyirminci əsrdə bir vəli" "Təsəvvüf nədir?" "On birinci saat" "Əminlik kitabı" "Şekspirin müqəddəs sənəti" "Quran xəttatlığı nümunələri" "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing.
Siracəddin Səkkaki
Sekkaki (d. 1159 (1160) - ö. 1229) — çağatayca yazan şair. Həyatının ilk dövrlərində metal işləmə sənətiylə məşğul olduğu üçün Sekkaki nisbəsiylə anılmışdır. Nisbəsiylə bağlı başqa fərziyyələrdə vardır. Böyük şair olmaqla yanaşı, eyni zamanda fiqh sahəsində də böyük biliklərə malik olmuşdur. Doğum və ölüm tarixləri bilinmir. Həyatı haqqında yetərli bilgi yoxdur. Müasiri Yaqut əl-Həməvi Səkkainin başqa qələm ilə fiqh olmaqla, ərəb dili və ədəbiyyatı, bəyan,əruz və şer kimi müxtəlif elmlərdə çox usta olduğunu və karvanlar vasitəsiylə şöhrətinin hər yerə yayıldığını bildirmişdi. Lakin dövrün qarışıqlığına görə, həyatı barədə bəzi məlumatlar ya dövrümüzə heç çatmamış, ya da çox təhrifə məruz qalaraq çatmışdır.

Digər lüğətlərdə