Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çoxayaqlılar
Çoxayaqlılar (lat. Myriapoda) — Buğumayaqlılar tipinə aid yarımtip. Çoxayaqlıların 10500-ə qədər növü vardır. Bütün çoxayaqlılar rütubət bol olan yerlərdə - meşə döşənəyində, daşların altında, torpaqda və çürümüş oduncaqda yaşayırlar. Onlarda (bəzi növlər müstəsna olmaqla) kutikulanın rütubət keçirməyən xarici qatı - epikutikula olmur. Bədən ölçüləri 2 mm-ə qədər, nəhəng skolopendralar 26,5 sm, tropik ikicütayaqlılar (Graphidostreptus didas) daha iri – 28 sm uzunluqda ola bilər. Çoxayaqlıların bədəni iki hissədən – baş və buğumlu gövdədən ibarətdir. Baş akrondan və 4 gövdə buğumunun birləşməsindən əmələ gəlmişdir. Başda bir cüt bığcıq və üç cüt ətraf vardır.Bu ətraflar ağızın yaında yerləşərək bir cüt üst çənə və iki cüt alt çənələrdən ibarətdir. İkicütayaqlılarda (Kivsyak ) ağız aparatı birinci cüt alt çənələrdən məhrumdur, alt çənələrin ikinci cütü isə birləşərək, qnatoxilyariya adlanan mürəkkəb quruluşlu tək lövhə əmələ gətirmişdir.
Onayaqlılar
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.
Kökayaqlılar
Kökayaqlılar(lat. Rhizopoda) protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır. Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amyöb, heliozoykimilər, foraminiferlər, şüalılar. Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir. Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.
Çoxbağlılar
Çoxbağlılar dəstəsi (lat. Polydesmida) — buğumayaqlılar tipinin ikicütayaqlılar sinfinə aid olan dəstə. Bu dəstəyə aid olan çoxayaqlıların bədəni təsbeh şəklindədir. Seqmentlər arasında ensiz bağlar vardır. Yaşlılarda buğumların sayı sabitdir (19-20); gözləri yoxdur, yeddinci seqmentin birinci cüt ayağı qonopodi rolunu oynayır. Çoxbağlıların Polydesmidae fəsiləsinin nümayəndələrində bədənin bel hissəsinin səthi yastılanmışdır. Bədən seqmentlərinin kənarları çox qırağa çıxır. Bu boz çoxayaqlılar daha çox rütubətli yarpaqlı meşələrdə yaşayırlar. Stronqilozomlar (Strongylosomidae fəsiləsi) meşələrdə və rütubətli çəmən torpaqlrında yaşayırlar. Onları seqmentlərinin dəyirmi forması fərqləndirir.