Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.
Öskən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ötükən
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山; "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) İtkin pay (2007) (İran) Kleopatra Qara gölün cəngavərləri (film, 1984) Laçın dəhlizi (film, 1993) Ovsunçu (film, 2002) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Səhnədə Lurixdir (Estoniya) Sifarişçi (film, 2000) Şahid qız (film, 1990) Tələ (film, 1990) Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib Tənha narın nağılı (film, 1984) Tütək səsi (film, 1975) Üzeyir ömrü (film, 1981) Yük (film, 1995) Zamanla yaşayan sənətkar.
Ötkəm İsgəndərov
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) İtkin pay (2007) (İran) Kleopatra Qara gölün cəngavərləri (film, 1984) Laçın dəhlizi (film, 1993) Ovsunçu (film, 2002) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Səhnədə Lurixdir (Estoniya) Sifarişçi (film, 2000) Şahid qız (film, 1990) Tələ (film, 1990) Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib Tənha narın nağılı (film, 1984) Tütək səsi (film, 1975) Üzeyir ömrü (film, 1981) Yük (film, 1995) Zamanla yaşayan sənətkar.
Ötükən nəşriyyatı
Ötükən nəşriyyatı — 1964-cu ildə Türkiyənin Şahzadəbaşı adlanan yerində universitet tələbələri tərəfindən qurulan nəşriyyatdır. == Haqqında == "Hər zaman oxunacaq kitablar" şüarı ilə çalışmaqdadır. Nəşr etdikləri ilk kitab Nəcib Fazil Qısakürəyin "Rəis bəy" adlı əsəri olmuşdur. Sonrasında yazıçının bütün bütün əsərləri bu nəşriyyatdan çıxmışdır. Nəşriyyat ilk başlarda Yılmaz Öztuna, Tarık Buğra, Erol Gürgör, Arif Nihat Asya, Cəmil Meriç, Mehmed Fuad Köprülü, Abdülhaq Şinasi Hisar kimi dövrün mühüm ziyalılarının əsərələrini yayımlamışdır. Ötükən nəşriyyatı A.Ş, yarım əsr xaricində fəaliyyətlərini Türkiyədəki ədəbiyyat ilə sənətdə, idman fəlsəfəsində ən çox qurulan yayım təşkilatlarından biri olaraq, qanuna qədər müxtəlif kateqoriyadakı dəyərli xatirələri həmişə oxucunun ən diqqət çəkən əsərləri ilə görüşdü. Onun yayımladığı həm müəllif hüquqları, həm də tərcümə əsərlərində həmişə türk mədəniyyətinə töhfə verəcək əsərlərin seçilməsinə diqqət yetirilmişdir. Ötüken nəşriyyat A.Ş.-nin nəşrlərinin əsas məqsədi Türk tarixinə, Türk mədəniyyətinə, Türk ədəbi toplanmasına, Türk millətinin həyatını və dünyagörüşünü inkişaf etdirəcək hər cür elmə, fikir və sənət əsərlərinə tələbatı artırmaq və bu mövzularda yazılmış əsərləri tanıtmaqdır. inkişaf etmək. Kitabın çapına qədər, Özünü Həyata keçirmə Yayımları A.Ş'nin də oxucuya çatdırılmasını təmin edərək 1973-cü ildə qurulan bir neçə nəşriyyat evi ilə birlikdə ANDA Distribution Inc, Türkiyənin ən ucqar nöqtələrinə keyfiyyətli kitablar çıxarmağı təmin etdi.
Ötən günlər
"Ötən günlər" (tal. Dəvardə rüjon) — talış şairi Zülfüqar Əhmədzadənin 1932-ci ildə nəşr olunmuş poeması . Şairin yaradıcılıq məharətinin kulminasiya nöqtəsi sayıla bilər . Poema, talış ədəbiyyatının bir çoxu kimi, 1930-cu illərin sonundakı repressiyalardan sonra talışlara o qədər də məlum deyildi və 1990-cı illərdən yenidən yayılmağa, populyarlaşmağa başladı. Nəşrin nüsxələrinə yalnız kitabxanalarda rast gəlinirdi. Əhəd Muxtar şeiri talış dilindən Azərbaycan dilinə tərcümə etmişdir . == Məzmunu == Müəllif bu əsərində talış xalqının Oktyabr inqilabına qədər, xüsusən də Talış xanlarının hakimiyyəti dövründəki faciəli taleyindən və həyatından bəhs edir. Poema Muğandan Mazandaran meşələrinə, Xəzər dənizinin cənub-qərb sahillərinə və Talış dağlarına qədər olan keçmiş ictimai-siyasi vəziyyəti təsvir edir. Dağətəyi əhalisinin inqilabdan əvvəlki həyat tərzini təsvir edir. Zülfüqar Əhmədzadə şeir yaradaraq həmin faciələrin canlı şahidi olan valideynlərinin sözlərindən bəzi hadisələri təsvir etmişdir .
Adnan Cahid Ötükən
Adnan Cahid Ötükən (1 yanvar 1911, Bitola – 2 mart 1972 və ya 1972, İstanbul) — türk maarifçi, yazıçı, türk kitabxanaçılıq işinin öndə gedən simalarından və Türk Milli Kitabxanasının qurucularındandır. == Həyatı == === Ailəsi === Atası həkim, mayor Əli Naşit bəy, anası Manastrlı vəkil Yusif Əfəndinin qızı Lütfiyyə xanımdır. Adnan Ötükən yeddi yaşında olanda atası Qafqaz Cəbhəsində şəhid olmuşdur. == Təhsili == Əvvəlcə "Kadıköy Osmanqazı Nümunə Məktəbi"ndə, daha sonra 1928-ci ildə "Kadıköy Orta Məktəbi"ndə, 1931-ci ildə "İstanbul Liseyi"ndə təhsil almışdır. Daha sonra isə İstanbul Universiteti, Ədəbiyyat fakültəsi, Türkologiya və Fransız dili ixtisasları üzrə təhsil almışdır və 1935-ci ildə buranı bitirmişdir. Məzun olarkən dissertasiya mövzusu "Türk atalar sözü" olmuşdur. == Fəaliyyəti == Gənc yaşlarında Ədəbiyyat Fakültəsi Tələbə Birliyinin sədri vəzifəsində çalışmış, eləcə də Milli Türk Tələbə Birliyində İdarə Heyətinin üzvü olmuşdur. Həmin illərdə İstanbulda bəzi özəl liseylərdə ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərmişdir. Professor Helmut Ritterin rəhbərliyi altında qurulan "Kitabxanaların Təsnif Komissiyası"ndakı 9 aylıq fəaliyyəti və dissertasiyasının hazırlanması dövründə kitabxanaları və problemlərini yaxından görmək və ətraflı öyrənmək şansı olmuşdur. 1936-ci ildə Yozğad Liseyinə ədəbiyyat müəllimi kimi təyin edilmişdir.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.
Yarpağını tökən dəlikçiçək
Ötüken
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山; "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötən ilin son gecəsi (film, 1978)
== Məzmun ==
Ötən ilin son gecəsi (film, 1983)
Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira Şabanova, Kamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər. == Məzmun == Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir.
Okten-1
Okten-1 – kimyəvi formulu C8H16 olan alkenlərin homoloji sırasının doymamış karbohidrogenidir. Okten-1 alfa-olefinlərə aiddir. Bir ikiqat rabitəyə malikdir. == Fiziki xassələri == Normal şəraitdə okten rəngsiz, kəskin xoşagəlməz iyli mayedir. == Kimyəvi xassələri == Doymamış karbohidrogenlər kimi okten-1 yüksək reaksiyaya girmə xüsusiyyətinə qabildir. Bir çox doymamış karbohidrogenlər kimi okten-1 üçün də polimerləşmə reaksiyaları xarakterikdir. == Alınması == Okten-1 əsasən, neftin katalitik və ya termiki krekinqi zamanı əlavə məhsul kimi doymuş karbohidrogenlərdən əmələ gəlir. == Mənbə == Алкены (рус.) // Википедия. - 2017-09-15. Непредельные углеводороды (рус.) // Википедия.- 2017-01-04.
Ouken qanunu
Ouken qanunu- işsizlik dərəcəsi ilə ÜDM-in artımı arasındakı əlaqəni əks etdirən qanundur. İşsizliklə ÜDM artımı arasındakı əlaqə ilk dəfə 1960-cı illərdə ABŞ İqtisadi Məsləhətçilər Konsulunun sədri vəzifəsində çalışan Artur Ouken tərəfindən araşdırılmışdır. A. Ouken ABŞ iqtisadiyyatındakı göstəricilər əsasında bu qanunauyğunluğu müəyyənləşdirmişdir. == Ouken Qanunu və Potensial ÜDM == İşçilər istehsal prosesində iştirak etməzlərsə, yaradılması mümkün əmtəələr istehsal olunmayacaq. Bu makro səviyyədə potensial ÜDM-dən aşağı istehsal deməkdir. Ouken qanununa görə, mövcud işsizlik təbii işsizlikdən neçə faiz fərqlənərsə, potensial ÜDM ilə real ÜDM arasındakı fərq (ing. gap) iki qat çox olar. Bu qanunauyğunluğu aşağıdakı kimi təsvir edə bilərik: U D M p − U D M r U D M p = 2 ⋅ ( u r − u t ) {\displaystyle {\frac {UDM_{p}-UDM_{r}}{UDM_{p}}}={2\cdot (u_{r}-u_{t})}} U D M p {\displaystyle {UDM_{p}}} -Potensial ÜDM; U D M r {\displaystyle {UDM_{r}}} - Real ÜDM; u t {\displaystyle {u_{t}}} - Təbii işsizlik dərəcəsi; u r {\displaystyle {u_{r}}} - Real işsizlik dərəcəsi.Əgər işsizlik dərəcəsi təbii səviyyəsindən 2% çox olarsa, iqtisadiyyat öz potensial səviyyəsindən 4% aşağı olar. == Ouken Qanunu və İqtisadi Artım == Ouken qanunu, həm də işsizliyin artmasının iqtisadi artımı necə azaltmasını əks etdirir. Bu əlaqə aşağıdakı kimidir: R I A = 3 , 5 % − 2 ⋅ ( u 1 − u 0 ) {\displaystyle RIA={3,5\%-2\cdot (u_{1}-u_{0})}} R I A {\displaystyle {RIA}} - real iqtisadi artım; u 1 {\displaystyle {u_{1}}} - hazırkı işsizlik dərəcəsi; u 0 {\displaystyle {u_{0}}} - baza dövründəki işsizlik dərəcəsi.Düsturdan görünür ki, işsizlik dərəcəsi sabit qalarsa, ÜDM 3,5% artacaq.
Token Ring
Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir. Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur. == Mənbə == "LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu == Həmçinin bax == İnformatika Əməliyyat sistemi Lokal şəbəkə Qlobal şəbəkə Kompüter şəbəkəsi Kompüter proqramları == Xarici keçidlər == R. M. Metcalfe and D. R. Boggs.
Valter Oyken
Valter Oyken alm. Walter Eucken‎ (1891-1950)—Alman iqtisadçısı. == Həyatı == == İqtisadi fəaliyyəti == Neoliberalist missiyanın mühüm qollarından biri olaraq Alman məktəbi fərqlənir. Alman neoliberalist məktəbinin fərqləndirici əsaslarında Keynizçdaha çox dövlət tənzimlənməsi və bazar rəqabəti mexanizminin müdafiəsi dayanır. Bu məktəbin ən görkəmli nümayəndələri sırasında isə Valter Oyken /1891-1950/ və postfaşist almaniyasının praktik memar-konstruktoru Lüdviq Erxard /1897-1977/ simaları durur. Alman neoliberalizminin banisi Valter Oyken özünün 1940-cı ildə nəşr etdirdiyi "Milli iqtisadi nəzəriyyənin əsasları" əsərində alman sosioloqu, tarixçi, iqtisadçı və hüquqşünası M.Veberin "ideal tiplər" metodologiyasının bazası üzərində təsərrüfatın iki: "azad bazar" və "mərkəzi idarəçilik" tiplərinin mövcudluq vəziyyətini irəli sürmüşdü. Birinci tip V.Oykenə görə azad qiymətlər mexanizmi ilə təqdim olunan bazar vasitəsi ilə idarə edilən daha mükəmməl iqtisadiyyatdır. İkinci tip isə bazar mexanizmini təcrid edən, istisnalı olaraq mütləq iqtisadi komandalı formadadır. Bununla belə heç bir təsərrüfat tipi "xalis formada" mövcud ola bilməz. Onlar yalnız real iqtisadiyyatın təyinedici keyfiyyəti prinsipində çıxış edə bilərlər.
Ötüken (jurnal)
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. == Tarixi == İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.
Çövkən
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir."Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. == Yazılma tarixi == Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Özdən
Özdən yaxud uzdən(türk.) Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən - özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur. Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir. Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir. Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.
Özkənd
Özkənd(qırğ. Өзгөн, özb. Ўзган, O'zgan) — Qaraxanlı dövlətinin paytaxtı olmuş, günümüzdə Qırğızistan sərhəd-sınırları içində olan tarixi şəhər. == Coğrafiyası == Qırğızistanın cənub-qərbində Özbəkistan sərhəd-sınırına çox yaxın bir kəsimdə Qaradəryanın sağ tərəfində dəniz səviyəsindən 1012 m. yüksəklikdədir. == Tarixi == Müasir Qırğız dilində Özgön, Uzqen olaraq yazılan şəhərin adı İslam tarixi qaynaqlarında Yüzkənd, bəzən də Özcənt şəklində qeyd olunur. "Divanü lüğətit-Türk"ə görə Özkənd, Fərqanə qəsəbəsinin bir adıdır və “özümüzün şəhəri” anlamına gəlir. Özkəndin içində olduğu Fərqanə hövzəsi tarixin ilk dövrlərindən etibarən Türkistan coğrafiyasının ən önəmli bölgələrindən biri olmuşdur. Qədim Çin qeydlərində Dayüan (böyük bağça) adıyla qeyd edilən Fərqanə vadisi Böyük Hun imperiyası zamanında Wusunlara yurd olmuşdu. Zamanla hunlara bağlandı.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. == Ölkə simvolları == Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Batkən vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.
Növkən (Sərdəşt)
Növkən (fars. نوكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər. yaşayır (13 ailə).
Ridvan Özdən
Ridvan Özdən — Türk polkovnik, sabiq Mardin Jandarma Alay Komandiri. == Həyatı == 17 Fevral 1993-cü ildə təyyarə qəzasında həyatını itirən sabiq Jandarma Ümumi Komandiri general Əşrəf Bitlisin qrupundandır. İstanbulda vəzifə yerinə yetirdiyi sırada maye yanacaq qaçaqçılığında istifadə edilən vasitələrin Jandarmaya aid təsislərdən birində saxlandığını ortaya çıxararaq məsulların mühakimə önünə çıxmasını təmin etmişdir. Təyin səbəbi ilə 1994-cü ilin aprel ayında Mardinə getmiş, burada PKK və JİTEM-in narkotik ticarətini ortaya çıxarmışdır. 1994-cü ilin noyabr ayında rəsmi vasitəsinə qurulan pusquda sağ olaraq xilas olmağı bacarmışdır. 12 Avqust 1995-də PKK ilə girdiyi bir qarşıdurmada alınından vurularaq həyatını itirdiyi açıqlandı. Cənazəsi yarılma edilmədən torpağa verildi. Həyat yoldaşı Tomris Özdən 1995-dən bu yana, "Ridvan Özdənin ölümünü şübhəli tapdığını" ifadə etməkdədir. Ölüm hesabatına görə Özdənin sol qaşının 6 santimetr üstündə bir güllə dəli­yi tapılmaqda idi.Həyat yoldaşı isə cənazə mərasimindən əvvəl yoldaşını cansız bədəninə baxdığında alınında heç bir güllə yarasına olmadığını və başının arxa tərəfi qan içində olduğu üçün peysərindən vurulmuş ola biləcəyini söyləməkdədir.
Sibel Özkan
Sibel Özkan (d. 3 mart 1988 - Afyonqarahisar) — ağırlıq qaldırma zalında mübarizə aparan türkiyəli idmançıdır. == Həyatı == 9 avqust 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının Türkiyə yığmasına 48 kq çəkidə gümüş medal qazandıraraq ilk Olimpiya medalını eldə etmişdir.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Dokken
Dokken — 1977-ci ildə Amerikada qurulmuş hard rok qrupudur. == Qrup haqqında == Qrup 1977-ci ildə köhnə Xciter üzvləri Corc Lynch, Mick Brown və Don Dokken-ın bir araya gəlməsi ilə yarandı. Bas gitara üçün müvəqqəti olaraq Peter Baltes alındı ​​və ilk EP olan «Back In The Streets» Carrerre Recordsdan çıxarıldı. Lynch'dən əvvəlki lead gitarist Greg Leon daha sonradan Randy Rhoads-ın yerinə Quiet Riot-a qatılacaqdı. 1978-ci ildə müvəqqəti bassçı Peter Baltes-ın yerinə yenə bir keçici gitarist olan Juan Croucier alındı. Bu heyət ilə «Hard Rok Woman» və «Paris Is Burning» single-larını çıxaran qrup 1981-ci ildə Avropada «Breaking The Chains» albomunu çıxardı. Bu albom 1983-cü il 18 sentyabrda Amerika daxilində remaster-ləndi və satışa çıxarıldı. Qrup ilk etapda Avropada çox sevildi ancaq Amerikada hələ siyahılara girə bilmədi. 1982-ci ildə müvəqqəti bas gitarist Juan Croucier-in yerinə ilk dəfə qalıcı olaraq Jeff Pilson alındı. Croucier da Ratt qrupuna daxil oldu.
Ltsen
Ltsen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra “molekulyar ələk”lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1-2 Mn/m2 və ya 10-20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4- metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3- dimetilheksan 3,4- dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3- metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4- trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. - 2-е изд., перераб. и доп.- М.: Асс.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir otelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.