Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göygöl
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Ağdağ (Göygöl)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Ağsu (Göygöl)
Ağsu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.
Aşıqlı (Göygöl)
Aşıqlı (əvvəlki adı: Voroşilovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Aşıqlı/Aşıxlı oyk., sadə. Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. 1931-ci ilədək Qaryağdı, 1958-ci ilədək Voroşilovka adlanmışdır. Gəncə çayının sağ sahilindən bir qədər aralı, Sanyal dağının ətəyindədir. Etnotoponimdir. 1917-ci ildə Aşıqlı variantında qeydə alınmışdır. Gürcüstanın Dmanisi r-nunda Aşıq kəndi, Moskva vilayətində Aşukino qəsəbəsi və d.y. stansiyası, Şəki-Zaqatala zonasında Aşıqlar məhəlləsi var.
Bala Göygöl
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir. == Tarixi == Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir. === Tarixi abidələri === Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır. == Coğrafiyası və iqlimi == Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Dərələyəz (Göygöl)
Dərələyəz — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dərələyəz oyk. Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. Bu adda Xocalı rayonunda da kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 24 nəfər əhali yaşayır.
Firuzabad (Göygöl)
Firuzabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Quşqara inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi qoyunçuluğun inkişafı ilə əlaqədar 1949-cu ildə yaranmışdır. Qəsəbəyə akademik Firuz Məlikovun (1902-65) adı verilmişdir. Memorial toponimdir.
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Göygöl (dəqiqləşdirmə)
GöllərGöygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl.ÇaylarGöygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay.QoruqGöygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq.Yaşayış məntəqələriGöygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon. Göygöl (Gəncə) — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. == Tarixi == 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. == Ümumi məlumat == Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.Göygölün faunası olduqca zəngindir.
Göygöl (şəhər)
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Göygöl bələdiyyələri
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göygöl bələdiyyəsi

Göygöl gölü
Göygöl — Azərbaycanda göl. == Tarixi == 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. == Ümumi məlumat == Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.Göygölün faunası olduqca zəngindir.
Göygöl nekropolu
Göygöl nekropolu— Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda arxeoloji abidə. == Haqqında == Göygöl nekropolu Ordubad rayonunun Nürgüt kəndindən şimalda, Göygöldən qərbdə yerləşir. Təpənin üzərində bir-birinin yaxınlığında kiçik kurqanlara rast gəlinir. Onların hündürlüyü 1 m, diametri 3 metrdir. Kurqanlar daş qarışıq torpaq laylarından yaranmışdır. Araşdırmalar zamanı maddi- mədəniyyət qalıqlarına rast gəlinməmişdir. Bu tip kurqanlar e.ə. 2-1 minilliklərə aid olduğu üçün Göy-göl nekropolunu da bu dövrə aid etmək olar.
Göygöl rayonu
Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə rayon Göygöl rayonu adlandırılmışdır. == Tarixi == Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf‎) adı altında salınıb. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir.Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir. 1836-ci ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. var idi.
Göygöl şəhəri
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir.
Göygöz Kosa
Göygöz Kosa — 1935-ci ildə yazıçı Məmmədhüseyn Təhmasibin yazdığı "Çiçəkli dağ" alleqorik pyesinin mənfi presonajı. Göygöz Kosa, Simnar xanın vəziridir və xalqa qarşı çox qəddar və acımasızdır. Eyni zamanda cadugərdir və müxtəlif cildlərə girərək hər kəsi aldada bilir. Simnar xan xalqın torpağını və suyunu əlindən almışdır. Göygöz Kosa isə hər yeri öz cadusu ilə ot bitməz, su axmaz qayalığa çevirib. Bunun üçün Həkim Baba daş əridən məlhəm hazırlayır. Simnar xana xidmət edən Göygöz Kosa, dərmanı ələ keçirmək üçün əlindən gələni edən əsas şəxsdir. == Uyğunlaşdırma == İlk film uyğunlaşdırması 1959-cu ildə resjissor Əlisəttar Atakişiyevin, yazıçı Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesinin motivləri əsasında çəkdiyi "Bir qalanın sirri" filmidir. Filmdə Göygöz Kosa obrazını sovet teatr və kino aktyoru Andrey Fayt canlandırıb. Ehtimal olunur ki, obrazın kostyumunun dizaynı Ağa Məhəmməd şah Qacarın rəsmlərdəki təsviri geyim tərzindən götürülüb.
Gəncə (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Kərəmli (Göygöl)
Kərəmli (əvvəlki adı: 26 komissar adına) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Şəhriyar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılmışdır. == Toponimikası == Bu adda Kəlbəcər rayonunda da kənd qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 295 nəfər əhali yaşayır.
Mixaylovka (Göygöl)
Bənövşəli (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Göygöl rayonunun Azad inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Çar hökumətinin ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1847-ci ildə Saratov quberniyasının Mixaylovka yaşayış məntəqəsindən gəlmələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə gəlmələrin əvvəl yaşadıqları Saratovdakı Mixaylovkanın adı verilmişdir. Beləliklə, kəndin keçmiş adı Mixaylovka miqrasiyaya uğramış oykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 139 nəfər yaşayır.
Murovdağ (Göygöl)
Murovdağ — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə.
Oktyabr (Göygöl)
Göyçəkənd (əvvəlki adı: Oktyabr) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati-ərazi vahidi tərkibindəki Oktyabr kəndi Göyçəkənd kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 685 nəfər əhali yaşayır.
Onqon
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Kygo
Kire Qorvel-Dahl və ya səhnə adı ilə Kygo (11 sentyabr 1991, Sinqapur) Norveçli DJ. Onun ən məşhur sinqlı olan "Firestone"a YouTubeda 84 milyon dəfə baxılmışdır. == Həyatı == 11 sentyabr 1991-ci ildə Bergendə doğulub.