Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üfqi səth
Üfüqi səth – (rus. уровенная поверх­ность, ing. level surface) bütün nöq­tələrində ağırlıq qüvvəsinin po­tensialı bərabər olan Yerin qravi­tasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfqi yatım
Üfqi yatım – (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüq
Üfüq- açıq yerdə Yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür. Üfüqün kənarında göyün yerə bitişik kimi görünən sərhəddinə üfüq xətti deyilir. Üfüq xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Üfüqün dörd əsas: Şimal-Şm. (North-N), Cənub-C. (South-S), Şərq-Ş (East-E), Qərb-Q (West-W) cəhətləri vardır. == Üfüq məsafəsi == Üfüqədək görünən məsafəni d = 3 , 86 h {\displaystyle d=3,86{\sqrt {h}}} düsturu ilə hesablamaq olar. Burada h-müşahidə nöqtəsinin (m-lə) hündürlüyüdür.Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq üfüqün diametri genişlənir. Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür-Araz ovalığının hər tərəfini görə bilər. == Üfüqi zonalar == Üfüqi zonallıq hündürlük və ya şaquli zonallığın əksinə, üfüqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir. Üfüqi zonallıq dedikdə, adətən, enlik üzrə olan zonallıq, yəni meridian istiqamətində enliklər dəyişdikcə zonaların da dayişilməsi nəzərdə tutulur.
UFC
UFC (tam adı: Ultimate Fighting Championship) — tərcümədə "son hədd mübarizə çempionatı" deməkdir. == Tarixi == UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Dana Whitedir. Yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu günə qədər bir çox idmançılar bu çempionatda güclərin sınayıblar və qalib olublar, bunlara misal olaraq məşhur Ciu-citsu döyüşçüləri yetirən Qreysi ailəsinin nümayəndəsi Roys Qreysi, Ken Şemrok, Anderson Silva, Corc Sen-Pier, Joze Aldu, Dominik Kruz və s. kimi göstərmək olar. Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur. Çempionatı hakimlər idarə edir, tanınmış hakimlərdən biri də Con Makkartidir. Döyüş başlamışda hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmamağı başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmriin (fight) verir.
UFO
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
Uqq
Uqq (ing. uggs, ingiliscə [ʌgz], "aqz") — qoyun dərisindən hazırlanmış və yunu içəri hissədə olan, üz hissəsi hamar, daha çox sintetik altlıqdan ibarət olan ayaqqabı, yaxud çəkmə. İlk dəfə Avstraliyada və Yeni Zellandiyada yaranması ehtimal edilsə də dəqiq yaranma yeri təyin olunmayıb. == Xarixi keçidlər == The Good, the Bad and the Ugg Boot — (həmçinin bax:Australian Film Commission database Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine) (ing.).
Federovka (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
UFC 16
UFC 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun.
Ufa-Arena
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» xokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət xokkey yığması ilə Kanadanın gənclərdən ibarət xokkey yığması arasında baş vermişdir. == Tikinti == Rusiya yeni xokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibəti ilə inşa edilmişdir. === İkinci mərhələ === Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir.
Ufa (Xaybulla)
Ufa kəndi (başq. Өфө) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ufa kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 47 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 90 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Ufa (dəqiqləşdirmə)
Ufa — Başqırdıstanın paytaxtı
Ufa (stansiya)
Ufa stansiyası (başq. Өфө) — Kuybişev dəmir yollarına aid olan, Transsibir magistralı üzərində yerləşən, Başqırdıstanın Ufa şəhərində mövcud ola dəmir yol stansiyası. == Tarixi == Müasir vağzalın yerndə ilk voğzalın təməli hələ 1885-ci ildə atılmışdır. 1888-1967-ci illər ərzimndə istismar edilən binanın layihəsi F. F. Essenə məxsus idi. 3 il sonra sökülmüş vağzalın yerində K. Qotlibin layihəsi əsasında daşdan yeni bina inşa edilir. Bna 2005—2011-ci illərdə təmir edilmişdir. == Stansiya haqqında == Stansiyada dəmiryolu vağzalı yerləşir. Voğzalda yenilənmələr 12974-cü ildən aparılır. 2005-ci ildən isə mütəmadi hall almışdır. Stansiya 4 sərnişin platformasına sahibdir.
Ufa (çay)
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını. O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır. == Etimologiya == Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı. Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq.
Ufa FK
Ufa FK (rus. ФК «Уфа», başq. Өфө, Öfö) — hazırda Rusiya Premyer Liqasında oynayan Ufa mərkəzli bir Rusiya futbol klubu. == Tarixi == Başqırdıstan Respublikasının ikinci prezident Rüstəm Xamitov 2010-ci ilin yay fəslində Ufa şəhərini və Başqırdıstan Respublikanı Rusiya Premyer Liqasında təmsil etmə niyyəti ilə bir futbol klubu qurmağı fikirləşdi. Ufa FK, 2010-cu ilin Dekabr ayının 23-də daha sonra Rusiya Futbol Liqa sisteminin üçüncü səviyyəsi olan Rusiyanın PFL ikinci divizionundakı ticarətlərini təşkil Başinformsviyaz-Dinamo UFA FK-un təməlində quruldu. Komandanın baş məşqçi mövqeyinə ilk dəfə, iki dəfə İngiltərə Premyer Liqa çempionu Andrey Kançelskis təyin edildi.
Ufa direktoriyası
Ufa direktoriyası — Oktyabr çevrilişindən (1917) sonra Ufada bolşeviklərə qarşı yaradılmış hakimiyyət orqanı. == Tarixi == 1918-ci il sentyabrın 23-dən noyabrın 18-dək fəaliyyət göstərmişdir. Ufa direktoriyası oktyabrın 9-da Ufadan Omska köçmüşdü. Direktoriya Rusiyanın yenidən birləşdirilməsi uğrunda mübarizə aparır, Avstriya-alman blokuna qarşı müharibənin davam etdirilməsi tərəfdarı kimi çıxış edirdi. Sibir, Ural və Uzaq şərqdə Kolçak hakimiyyətinin bərqərar edilməsinə kömək göstərirdi. Lakin A.V. Kolçak 1918-ci il noyabrın 18-də çevriliş edərək Ufa direktoriyasını da qovmuş, özünün hərbi diktaturasını qurmuşdu. General Biçeraxov Kolçakla əlaqə yaratmışdı. O, Bakıya müdaxilə edən ingilis hərbi qüvvələrinin komandanı Tomsonla əlaqə yaradaraq. Kolçak hökumətinə tabe olmadığı halda, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini buraxmağa təhrik edirdi. Lakin Biçeraxovun dövlət çevrilişi cəhdlərinin üstü açıldıqdan sonra, onun hərbi hissələri buraxıldı.
Ufa məscidləri
Ufa məscidləri — Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən məscidlər. == Tarixi məscidlər == Birinci katedral məscidi 1830-cu ildə Ufa şəhərindən olan 2-ci gildiya taciri Qabdessalyam Xozyaseyitov vəsaiti ilə inşa edilmişdir. XX əsrin əvvəllərində məscid 920 nəfərin birgə ibadəti üçün nəzərdə tutulmuşdu. Məsciddin qarşısında Qusmaniyə mədrəsəsi və rus-başqırd 2 sinifli uçilişi fəaliyyət göstərirdi. 1960–1992-ci illərdə Ufa şəhərində fəaliyyət göstərən yeganə məscid olmuşdur. Tanınmış imam-xatibləri: Qabdesslyam Qabraximov (1830), A. Qabdussalyamov (1840), Ş. Q. Süleymanov (1844–1885), Qusmanov (1888), Cahangir Abzgildin (1907–1938), Baymuhammed Tuquzbayev, Nurmuhammed Niqmatullin (1983–1992), M. M. Muxammedislamov (1992–2006), V. Timirqaliyev (2006-cı ildən). Məscid binası mədəni irs siyahısına daxil edilmişdir. İkinci Katedral məscidi 1880-ci illərdə inşa edilmişdir. XX əsrin əvvəllərində 876 nəfər üçün nəzərdə tutulurdu. Məsciddə "Qaliya" mədrəsəsi fəaliyyət göstərirdi.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Ufa quberniyası
Ufa quberniyası (rus. Уфи́мская губе́рния; başq. Өфө губернаһы) — Rusiya imperiyasının inzibati ərazi vahidi. Orenburq Quberniyasının Ufa və Orenburq quberniyalara bölməsindən yaradılıb.
Ufa rayonu
Ufa rayonu (başq. Өфө районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ufa şəhəridir (rayon ərazisinə daxil deyildir.). == Tarixi == Ufa qəzası 1922-ci ildə ləğv edilmiş və onun torpaqlarında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Ufa kantonu qurulmuşdur. Rayon Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin və Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Xalq Komissarları Sovetinin 20 avqust 1930-cu il tarixli qərarı ilə keçmiş Ufa quberniyasının Ufa qəzasının ərazisində qurulmuşdur. 1935-ci ilin yanvar ayında Ufa brayonundandən 23 kənd icmasının daxil olduğu yeni İqlin rayonu ayrılır. Böyük Vətən müharibəsi dövründə general M.Şaimuratovun komandanlığı altında əfsanəvi 112-ci Başqırd süvari diviziyası qurulur. == Coğrafiyası == Rayon Başqırdıstanın mərkəzi hissəsində, Ufa, Urşak, Dyoma və Ağıdel çaylarının axdığı yerdə yerləşir. Təbii ehtiyatları neft, kərpic gili, qum və çınqıl yataqları ilə təmsil olunur. Rayon Respublikanın nəqliyyat mərkəzidir.
Ufa tramvayı
Ufa tramvayı — Ufa şəhərində tramvay xətti. == Tarixi == === 1945-ci ilə qədər === 1898 — Ufada ilk elektrikli tramvayın işə salınması fikirini mühəndis koşinn irəli sürmüşdür. 1911 — Ufa şəhər duması şəhərdə tramvayın işə salınmasını qərara alır . 1913 — Mühəndis Vasilev və Ştuder şəhər dumasına tramvay xəttinin çəkilməsi ilə bağlı müraciət etmişlər. 1934 — 5 mart tarixində SSRİ Xalq Komisarları Soveti Ufada tramvay xəttinin çəkilməsi haqqında qərar qəbul edir. 1936 — yazda Zensov küçəsində tramvay xəttinin tikintisinə başlanılır. Beş vaqon və elə bir o qədər də qoşqu alınır. 1937 — 23 yanvarda ilk sınaq keçirilir.24 yanvarda artıq Lenin küçəsindən Perm küçəsinə qədər olan xətt istifadəyə verilir. Daimi yol isə 1 fevralda istifadəyə verilir. 1938 — yanvarda ikən qar təmizləyən istifadəyə verilir.
Ufa trolleybusu
Ufa trolleybusu — Ufa şəhərində trolleybus nəqliyyatı == Tarixi == 1962 — 27 yanvar tarixində ilk daimi xətt istifadəyə verilir.. 1972 — Volqodonsk küşəsində № 2 depo istifadəyə verilir. 1978 — Rixard Zorge küçəsində xətt açılır. 1975 — Xətt İnors royunana uzadılır. 1980 — Zelyonaya Roşaya xətt çəkilir. 1982 — Aysk və Vorovski küçələrinə yol çəkilir. 1984 — Frunze, Qafuri, Komunistiçiski küçələrinə yol çəkilir. 1986 — Ufa TES-1 yolu inşa edilir 1993 — Lsotexnikum və Rusiya küçələrindən Kukla teatrına yeni xətt çəkilir. 16 nömrli maşrut istifadəyə verilir. 2001 — Depo № 3 açılır 2002 — Syurup küçəsindən Mərkəzi bazar və İbrahimov bulvarı istiqamətindəki yol bağlanır.
Ufa yarımadası
Ufa yarımadası — Ufa və Ağidel çayları arasında yerləşən təpəlik ərazi. Çayların yatağının yerləşməsi ilə əlaqədar yarımada meydana gəlmişdir. Yarımada cənub-şərqdən şimal-qərbə 15 km uzanır. Eni isə müxtəlif hissələrdə müxtəlifdir. Məsələn: mərkəzdə 10 km, Oktyabr rayonunda 5 km, dağlıq hissədə isə 3,5 kilometrdən azdır. == Mənbə == Атлас Республики Башкортостан, М., 1992.
Ufa çayı
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını. O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır. == Etimologiya == Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı. Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq.
Ufuq Budak
Ufuk Budak Almaniya çempionatında oynayan türk əsilli futbolçu, Türkiyənin Əskişəhərspor və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == Ufuk Budak - 26 may 1990 tarixində, Almaniyanın Heidenheim şəhərində anadan olub. Milliyətcə türkdür. Uşaqlıqda "SSV Ulm" klubunun futbol akademiyasında oynamağa başlayır. 2009-cu ildən həmin akademiyanın gənclərdən ibarət futbol komandasında oynamağa başlayır. 2010-cu ildə Frayburq klubunun ikinci heyətinə transfer edilir. 2012-ci ildə isə Ufuk Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor” klubuna ktransfer olunur. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayır. 2016-cı ilin İyun ayinda Kayserispor klubuna 14 milyon avro müqabilində transfer olub. 2010-cu ildən Ufuk Budak Azərbaycanın U-21 komandasında oynamağa başlayır.
AFP
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
AFR
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
ASQ
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
BF5
BF5 bunlara aid ola bilər: Ben Folds Five — ABŞ alternativ rok qrupu. Battlefield 5 — 2018-ci ildə buraxılan video oyunu.
BFB
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
BFV
BFV bunlara aid ola bilər: Baden Futbol Assosiasiyası — Almaniyanın regional futbol assosiasiyası. Bavariya Futbol Assosiasiyası — Almaniyanın regional futbol assosiasiyası. Hassiya Binqen FK — Almaniya futbol komandası. Bredli — Konstitusiyanın Müdafiəsi üzrə Federal Xidmət və ya Bundesamt für Verfassungsschutz — Almaniya Daxili İşlər Nazirliyinə tabe olan xüsusi daxili xidmət qurumu. Buriram hava limanı — Tailandda aeroport. an airport in Thailand (IATA aeroport kodu: BFV) Battlefield Vietnam — 2004-cü ildə buraxılan videooyun. Battlefield V — 2018-ci ildə buraxılan videooyun.
BFƏ
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
BTQ
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb. Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.
Bafq
Bafq- İranın Yəzd ostanının şəhərlərindən və Bafq şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,867 nəfər və 7,919 ailədən ibarət idi.
Buq
== Məkanlar == Bug (Rügen), Almaniyanın Rügen adasında bir bölgədir Bug, Kentukki, Birləşmiş Ştatlarda birləşmiş cəmiyyət Buq çayı — Polşa, Ukrayna və Belarusiyada Busan –Gyeongnam sahəsi və ya Cənubi Koreyanın paytaxtı olan BUG == İnsanlar == Bug Hall (1985-ci il təvəllüdlü), amerikalı aktyor, aktyor müəllim və musiqiçi Bug Holliday (1867–1910), beysbol oyunçusu Bug Howard (1994-cü il təvəllüdlü), amerikalı futbolçu The Bug, İngiltərə musiqiçisi Kevin Martin üçün səs yazısı == İncəsənət, əyləncə və media == === Uydurma varlıqlar === Bug (komikslər), Marvel komik kitab seriyasındakı bir personaj The Micronauts Bug ( Starship Troopers ), roman və film Starship Troopers- dən uydurma yad bir irq Bug, Michael Lee The Wire'nin kiçik qardaşı Bug, WordWorld TV seriyasından bir xarakter Bobby "Bug" Guthrie, TV gözlənilməz serialındakı bir personaj === Filmlər === Bug (1975 film), rejissor Jeannot Szwarc Bug (2002 film), bir oğlanın səhv salması ilə başlanan hadisələr silsiləsindən bəhs edən komediya-dram Bug (2006 film), rejissor William Friedkin, Tracy Letts pyesinin uyğunlaşması === Oyun === Bug (poker), məhdud bir kart Bug, bir tutma (qumar), qumar oyunlarında fırıldaqçılıq üçün istifadə olunan cihaz Bug, 1996-cı ildə yaradılan Pokémon franchise bir növü Bug!, 1995-ci il videooyunu Bughouse şahmatı === Musiqi === ==== Albomlar və saundtreklər ==== Bug (Dave Davies albomu), Dave Davies'in solo albomu Bug (Dinosaur Jr. albom), Amerikanın alternativ rok qrupu Dinosaur Jr tərəfindən üçüncü albom. Bug (soundtrack), eponim 2006 filminə səslənən musiqi ==== Musiqilər ==== "Bug", onların Echo Park albomundan Feeder'in musiqisi "Bug", World Record'dan Lower Than Atlantis'in musiqisi "Bug", Phish'in 2000'lik Farmhouse albomundan bir musiqi 1993-cü ildə Dire Straitsin musiqisi olan " The Bug " === İncəsənət, əyləncə və mediada istifadə === "Bug" ( Breaking Bad ), 2011 televiziya epizodu BUG (jurnal), Xorvat jurnal Bug (oyun), Tracy Letts'in bir oyunu == Biologiya == Bug, bir patogen, xəstəliyə səbəb olan hər hansı bir mikroorqanizm Bug, tərlik lobsterinin bir neçə növündən biri, məsələn Balmain bug Moreton Bay bug "Doğru səhvlər" olaraq bilinən Hemiptera həşəratları və ya bəzən onun altsıralanması Heteroptera Daha geniş olaraq, bir çox kiçik, ilk növbədə yerüstü onurğasızlardan hər hansı biri Həşəratlar Hörümçəkkimilər Çoxayaqlılar Qurdlar Yerli molyusklar Buğumayaqlılar == Texnologiya == Bug, yayımçının loqotipinin ekrandakı rəqəmsal qrafiki Bug, Vibroplex tərəfindən hazırlanmış Morse əsas dizaynı Tez- tez casusluqda və polis araşdırmalarında istifadə olunan dinləmə cihazı.
Eşq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
KFC
KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. == Məzmun == Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqlarına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur. İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır.
Avropoid (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avstraloid (irq)
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
Ayaks AFK
"Ayaks" AFK — Niderland futbol klubu. 33 qat hollandiya çempiyonu və 1971, 1972, 1973, 1995 ci illərdə Uefa Çempiyoblar liqasının qalibi , 1969, 1996 ci illərdə finalçısı.20 ci əsrin ən uğurlu 7 ci klubu. Adının mənası qədim yunan mifalogiyası qəhrəmanı Ajax dan almışdır. == Tarixi == Klub 18 mart 1900-cü ildə Flores Stempel, Corel Reser və Yohar Deyt tərəfindən yaradılıb. İlk liqa kubokunu 1918-ci ildə qazanıb. 1967-ci ildə növbəti dəfə çempionluğunu qazanarkən 112 qol ataraq rekord müəyyənləşdirib. 1971-ci ildə isə həm kubok, həm də liqada ən güclü klub adını qazanmış, eyni zamanda da Çempionlar Kubokunda "Panatinaykos" klubunu 2 cavabsız qolla məğlub etmişdir. 1979-cu ildə Yohan Kroyff "Barselona" klubuna transfer olarkən klubda zəifləmə hiss olunurdu. 1985-ci ildə Kroyff məşqçilik vəzifəsinə gətirildi. Həmin ildə Ayaks o vaxtkı adı ilə Lokomotiv Leypziqə 1 cavabsız qolla qalib gəldi.
Azərbaycan HHQ
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Bafq şəhristanı
Bafq şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bafq şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,930 nəfər və 9,743 ailədən ibarət idi.
Beq (kommuna)
Beq (fr. Bègues) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15-64 yaş arasında) 102-i iqtisadi cəhətdən, 39-u fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 68.9%). Fəal olan 102 nəfərdən 91 nəfər (52 kişi və 39 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). 39 hərəkətsiz şəxs arasında 8-i şagird və ya tələbə, 18-i təqaüdçü, 13-ü digər səbəblərdən fəaliyyətsizdir.