Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rütubət
Rütubət — atmosfer havasında olan su buxarının miqdarı ilə əlaqədar fiziki anlayış. Havada su buxarının miqdarı çox olduqca onun rütubəti də artır. Rütubət anlayışı iki mənada istifadə olunur : mütləq rütubət nisbi rütubətMütləq rütubət verilmiş temperaturda havanın həcm vahidinə olan su buxarının kütləsi ilə təyin olunur. Mütləq rütubət RM ilə işarə olunur. Düsturla mütləq rütubəti bu cür ifadə etmək olar: R M = m V {\displaystyle R_{M}={\frac {m}{V}}} Düsturdan göründüyü kimi mütləq rütubətin riyazi ifadəsi sıxlığın riyazi ifadəsinə ( p = m V {\displaystyle p={\frac {m}{V}}} ) çox oxşayır. Fərq yalnız vahidlərdədir : sıxlığın vahidi k q m 3 {\displaystyle {\frac {kq}{m^{3}}}} -dirsə rütubətin vahidi m q m 3 {\displaystyle {\frac {mq}{m^{3}}}} -dir. Nisbi rütubət adi havada olan su buxarının kütləsinin həmin şəraitdə doyma halındakı su buxarının kütləsinə olan nisbətini göstərir. Nisbi rütubəti RN (Fİ) kimi işarə edirlər. Nisbi rütubəti düsturla bu cür ifadə olunur: R N = m m + △ m = m M {\displaystyle R_{N}={\frac {m}{m+\triangle m}}={\frac {m}{M}}} Nisbi rütubət həmişə vahiddən kiçik olur. Buna görədə onu tez-tez faizlə ifadə edirlər.
Qürbət Qurbanov
Qürbət Qurbanov teatr xadimi. == Həyatı == Tanınmış teatr xadimi Qürbət Qurbanov 1924-cü il martın 12-də Şirvan şəhərinin Qarabağlı kəndində (hal-hazırda Salyan rayonuna daxildir) dünyaya göz açıb. İlk təhsilini kənd məktəbində alıb. 1934-cü ildə ailəsi Bakıya köçür və o, orta təhsilini Bakıda davam etdirir. Qürbət müəllim görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundov un rəhbərlik etdiyi 172 saylı məktəbdə təhsil alır. 1939-cu ildə aktyor Ağadadaş Qurbanov 172 saylı məktəbdə dram dərnəyi təşkil edir. Qürbət Qurbanov həmin dərnəyə üzv olur. 1942-1945-ci illərdə Bakı Teatr Texnikumunda təhsil alır. Təhsil aldığı illərdə Azərbaycan Dövlət Dram Teatrı nda təcrübə keçməyə başlayır. Böyük Vətən Müharibəsi illərində hərbi xəstəxanalarda, kənd zəhmətkeşləri qarşısında çıxışlar edir.
Qürbət Tarverdiyev
Qürbət Rasim oğlu Tarverdiyev (21 may 1998, Nərəcan, Xaçmaz, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qürbət Tarverdiyev 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. 2016–2017-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qürbət Tarverdiyev Füzulinin azad edilməsində savaşıb. Qürbət Tarverdiyev oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rütubət dövranı
== Atmosfer prosesləri == Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası == Rütubət dövranı == Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Qubat Əliyev
Əliyev Qubat Hüsür oğlu (Sumqayıt şəh., 04.02.1994 - 08.11.2020, Şuşa şəh.) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == 4 fevral 1994-cü ildə Sumqayıtda doğulub. Şuşa şəhərində həlak olmuşdur.
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Xəzər dənizində rütubət
Xəzər dənizində rütubət - Havanın nispi rütubətinin il ərzində orta qiyməti 70-80% olur. Qış aylarında 75-90% aralarında dəyişir. Onu da qeyd edək ki, ən yüksək rütubət dənizin şimalında və cənubunda olur. Yay aylarında ən aşağı rütubətə dənizin cənub-şərq hissəsində rast gəlmək olur. Hətta yayda dənizin cənub-şərqində rütubət 50%-dən də aşağı düşür. Dənizin qalan rayonlarında isə nisbi rütubət 55-75% aralarında olur. == Həmçinin bax == Xəzər dənizi Xəzər dənizinin iqlimi Xəzər dənizinin buzları == İstinadlar == Лоция Каспийского моря.
İlqar Qürbət oğlu Məmmədov
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri. == Həyatı == İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur.O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. == Elmi fəaliyyəti == 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.
Üqbə ibn Nafe
Üqbə ibn Nafe (ərəb. عقبة بن نافع‎; 622, Məkkə – 683, Sidi-Əqbə, Biskra vilayəti) — I Müaviyə və I Yezid dövründə ərəb sərkərdəsi. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir. Üqbə ibn Nafe Şama gəldikdə Müaviyə söz verdi ki, yenidən onu Şimali Afrikaya vali təyin edəcək. Lakin o, Müaviyənin ölümünə qədər Şamda qalmışdır. Yezid ibn Müaviyənin dövründə Üqbə ibn Nafe yenidən Şimali Afrikaya vali təyin edilmişdir.
Ulubəy
Ulubəy (Ordu) — Ulubəy (Uşak) — Ulubəy (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Ulubəy Kanyonu Təbiət Parkı ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı.
Emile Loubet
Emile Loubet (31 dekabr, 1838 – 20 dekabr, 1929) — Fransa prezidenti. 1899-cu ildə bu vəzifəyə seçilmişdir.
Ulubəy (Xudabəndə)
Ulubəy (fars. اولي بيك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (156 ailə).
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Gübə (Salmas)
Gübə (fars. گوبه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
Qübə (Piranşəhr)
Qübə (fars. قوبه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (38 ailə).
Ulubəy Kanyonu Təbiət Parkı
Ulubey Kanyonu Milli Parkı (türk. Ulubey Kanyonu Tabiat Parkı) ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı. Ulubəy kanyonu ABŞ-dakı Böyük Kanyondan sonra dünyadakı ikinci ən uzun kanyondur. Park bir çox heyvan və bitki növü üçün uyğun yaşayış mühiti təmin edir və ekoturizm mərkəzi kimi inkişaf etdirilir. == Kanyon == Ulubəy kanyonu 119 hektarlıq ərazini əhatə edir. Kanyon 100–500 metr (330–1,640 ft) genişliyində, 135–170 metr (443–558 ft) dərinliyindədir və ümumi uzunluğu 40–45 kilometr (25–28 mil)-dir. Ulubəy kanyonundan Ulubey və Banaz krikləri (Böyük Menderes çayının qolları) keçir. Kanyonun divarları 10–30 metr (33–98 ft) və 50–55 metr (164–180 ft) yüksəklyindədir. Hər iki divarda ən azı üç teras müşahidə edilir. Bundan əlavə kanyon boyunca bir çox konus şəkilli karstik təpə var.
Uqbə ibn Əmir əl-Cuhani
Uqbə ibn Əmir əl-Cuhani (Ərəbistan yarımadası – 678, Misir, ərəb. عقبة بن عامر‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Dəməşq uğrunda döyüşdə iştirak etmiş, Misirin fəthi zamanı və Rodosa qarşı yürüşdə müsəlman ordusuna komandanlıq etmişdir. Əbu Həmmad və ya Əbu Əmir ləqəbləri ilə tanınmışdır. == Bioqrafiya == Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi gün Uqbə ibn Əmir səhrada qoyunlarını otarırdı. Peyğəmbərin gəlişindən xəbər tutan Uqbə ibn Əmir qoyunlarını atıb dərhal onu qarşılamağa yola düşür. Məhəmmədi görən Uqbə ondan beyəini qəbul etməsini istəyir. Uqbə bir kölgə kimi Məhəmməd peyğəmbərin ardınca geir. O, tez-tez qatırının cilovunu tutur, ya da onun yanında yeriyirdi. Çox vaxt Peyğəmbər onu arxasına oturturdu, ona görə də Uqbə hətta “arxada gedən” ləqəbini də almışdı.