Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamxor
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Şıxlar
Azərbaycanda Şıxlar (Göyçay) — Göyçay rayonunda kənd. Şıxlar (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Şıxlar (Qax) — Qax rayonunda kənd. Şıxlar (Qaradağ) — Qaradağ rayonunda kənd. Şıxlar (Masallı) — Masallı rayonunda kənd. Şıxlar (Sabirabad) — Sabirabad rayonunda kənd. Şıxlar (Yardımlı) — Yardımlı rayonunda kənd. Şıxlar (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Şıxlar (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Şıxlar (Ağdam) — Ağdam rayonunda kənd.
Honuba Şıxlar
Honuba Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Honuba kəndindən çıxmış şıxlar nəslinə mənsub ailələrin bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kəlxor (Əhər)
Kəlxor (fars. كلهور‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (64 ailə).
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Şıxlar (Ağdam)
Şıxlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Kənd 1994-cü il aprelin 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020 tarixində rəşadətli Azərbaycan ordusu tərəfindən bütün Ağdam rayonu ilə bərabər Şıxlar kəndi də işğaldan azad olundu.
Şıxlar (Cəbrayıl)
Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər 2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Şıxlar Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur.
Şamxor döyüşü
Şamxor döyüşü (rus. Шамхорская битва) — Rusiya-İran müharibəsi dövründə, 1826-cı ildə Şamxor (indiki Şəmkir) ətrafında baş verən döyüş. 19 iyul 1826-cı ildə Azərbaycan valisi, İran taxt-tacının vəliəhdi Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qoşun Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı və Şəki xanlıqlarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə yerləşdirilmiş rusları geri oturtdu. Bolus-Kəpənəkçi əhalisi ruslar tərəfindən onların torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular. Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini şiələrə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələndi. Abbas Mirzə Qarabağın xeyli hissəsini ruslardan azad edərək, 60 minlik ordunun 40 minlik əsas hissəsi ilə rusların Təbriz-Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə aldı və qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət etdi. Artıq vaxt itkisinə səbəb olan 48 günlük mühasirə rus qüvvələrinin birləşərək əks hücuma keçməsi üçün şərait yaratdı.
Şamxor hadisəsi
Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir. Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana… yox idi". Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. Zaqafqaziya Komissarlığı, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. Yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən Zaqafqaziya Komissarlığının rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər.
Şamxor mahalı
Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri. Sahəsi — Əhalisi — Yaranması — 1747-ci il Mərkəzi — Dəllər kəndi Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı. Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır. 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.
Şıxlar (Cəlilabad)
Şıxlar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şıxlar oyk., sadə. Ağdam rayonunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur; Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd.
Şıxlar (Goranboy)
Şıxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd inzibati-ərazi vahidinin Şıxlar kəndi Kələk kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kəndin keçmiş adı Qarağaclar olmuşdur. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 237 nəfər əhali yaşayır.
Şıxlar (Göyçay)
Şıxlar, Cəyirli (?-2005) — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılmışdır. Kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur.
Şıxlar (Masallı)
Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. Şıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır. Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub. Burada Pirzadə ziyarətgahı yerləşir.
Şıxlar (Naxçıvan)
Şıxlar— Babək rayonun Cəhri kəndində yaxınlığında orta əsrlərə aid yaşayır yeri. Naxçıvan Muxtar Respublikası Babək rayonun Cəhri kəndində yaxınlığında orta əsrlərə aid yaşayış yeridir. 1974-cü ildə tədqiqat işləri aparılmışdır. Sahəsi təqribən 7 ha. Qalınlığı 1,5 m olan mədəni təbəqədən kül, osteoloji (heyvan sümükləri) qalıqlar, keramika məmulatı, orta əsrlər, orta həcmli çaydaşlar, həmçinin yandırılmış gil qalıqları aşkarlanmışdır. Arxeoloji materiallar şirli və şirsiz gil qab qalıqlarından, həvəng və dəstələrdən, habelə bəzək əşyalarından ibarətdir. Əldə olunmuş materiallar Cəhri kənd orta məktəbinin diyarşünaslıq muzeyində saxlanılır. Tapıntılara əsasən Şıxlar yaşayır yeri 3-15 əsrlərə aid edilir. Naxçıvan Ensiklopediyası. Bakı.
Şıxlar (Qaradağ)
Şıxlar — Azərbaycan Respublikası Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. Kənd əhalisinin boyük əksəriyyəti Şamaxı şəhərindən köçən ailələrdən ibarətdir.
Şıxlar (Qarakilsə)
Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında qeyd edilmişdir. 1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır..
Şıxlar (Qax)
Şıxlar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Şıxlar oyk., sadə. Ağdam r-nunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Şıxlar (Qobustan)
Şıxlar — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 0 nəfər əhali yaşayır.
Şıxlar (Sabirabad)
Şıxlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Şıxlar (Vedibasar)
Şıxlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur. Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır.
Şıxlar (Xaçmaz)
Şıxlar — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd.
Şıxlar (Yardımlı)
Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Şıxlar kəndi Bərcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. Kənddə Şıxlar kənd məscidi dini icması fəaliyyət göstərir.
Şıxlar bələdiyyəsi
Şıxlar bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Şıxlar bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Şıxlar bələdiyyəsi (Yardımlı) — Yardımlı rayonunda bələdiyyə.
Şıxlar sənəti
Şıxlar sənəti – XX əsrin sonlarında Siyəzən rayonunda yarandığı qeyd olunan dekorativ sənət növüdür. Bu sənətin yaradıcısı Siyəzən rayonunun sakini Yusif Hacıyev hesab olunur. Bu sənət haqqında danışmamışdan əvvəl onun adlandırılması ilə bağlı məsləyə aydınlıq gətirmək lazımdır. Sənətin belə adlandırılmasını Y.Hacıyev özünün anadan olduğu qədim Şıxlar kəndinin adı ilə bağlıdır. “Şıxlar” toponimi haqqında onu qeyd etmək lazımdır ki, ümumiyyətlə bu adda Azərbaycan Respublikası ərazisində Qobustan, Qax, Qaradağ, Masallı, Ağdam, Ağdaş, Cəlilabad, Sabirabad, Xaçmaz, Goranboy, Yardımlı və Cəbrayıl rayonlarında eyni adlı yaşayış məskənləri mövcuddur. Qeyd olunmalıdır ki, əvvəllər Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) və Vedi rayonlarında “Şıxlar” adlı qədim Azərbaycan kəndləri mövcud olmuşdur. Lakin sonralar həmin yer adları ermənilər tərəfindən dəyişdirilmişdir (“Qızıl Şəfəq” və “Lusarat”). “Şıxlar” adının toponomikasına gəldikdə qeyd olunmalıdır ki, Qərbi Azərbaycandakı bu adda olan kəndlər daha çox türk tayfalarından olan qazax tayfalarının bir qolu olan “şıx” tayfasının adı ilə bağlı etnonim kimi izah olunur. Bəzən “şıx” tayfası “şeyx” kimi də oxunur. Azərbaycan Republikası ərazisindəki “Şıxlar” adlı kəndlərə gəldikdə isə daha çox dini məzmunlu adlarla əlqələndirilir.
Sailor
Çilaxor
Çilaxor (Ərdəbil)
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Götenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Göte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk növbədə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir.
Millard Filmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Qeri Qilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Robert Şiller
Robert Şiller (ing. Robert James Shiller; d. 29 mart 1946) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Lars Piter Hansen və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Robert Şiller haqqında faktlar. Robert Şillerin şəkilləri. Robert Şillerin müsahibəsi. Robert Şillerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Silver Link
Silver Link (シルバーリンク, Shirubā Rinku) — 2007-ci ilin dekabrında keçmiş Front Line üzvləri (bu studiya isə keçmiş J.C.Staff üzvləri tərəfindən qurulmuşdur) tərəfindən qurulmuş Tokio animasiya studiyası. Silver Link studiyasının solo məhsullarının əksəriyyəti Akiyuki Şinbo ilə birlikdə Shaft studiyasında köməkçi rejissor olan Şin Onumanın rejissorluğu ilə istehsal olunmuşdur.
Silver Sablinova
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Çilaxor (Zəncan)
Çilaxor (fars. چیلاخور‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Socasrud kəndistanında, Qiydar qəsəbəsindən 30 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 288 nəfər yaşayır (66 ailə).
Çilaxor (Ərdəbil)
Çilaxor — İranın Ərdəbil ostanında kənd.. Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 11 km qərbdədir.
Geri Gilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Leon Şiller
Leon Şiller (pol. Leon Schiller; 14 mart 1887[…], Krakov, Sisleytaniya[…] – 25 mart 1954[…], Varşava[…]) — polşalı teatr rejissoru, teatr tənqidçisi və nəzəriyyəçisi, teatr və radio tamaşalarının ssenari müəllifi, bəstəkar. == Həyatı == Leon Şiller 1887-ci il martın 14-də Avstriya-Macarıstanın Krakov şəhərində avstriyalı polyak ailəsində anadan olub. O, Krakovda Müqəddəs Anna gimnaziyasında təhsil almış (1897–1905), 1906-cı ildə qiyabi bakalavr təhsilini başa vurduqdan sonra Yagellon Universitetində və Sorbonnada fəlsəfə və polonistika üzrə təhsil almışdır. == Fəaliyyəti == Kabare müğənnisi kimi debütünü 1906-cı ildə edən Leon Şiller 1917-ci ildə Varşavada Polşa Teatrında rejissorluğa başladı. 1922-ci ildə "Redut" teatrında çıxış edib. 1924–1926-cı illərdə (V. Xojitsa və A. Zelveroviçlə birlikdə) Varşavada Boquslavski teatrına rəhbərlik etmiş, burada Zeromskinin "Qızılgül" (1926) və Krasinskinin "İlahi komediya" (1926) tamaşalarını səhnələşdirmişdir. Teatr hakimiyyət tərəfindən bağlandıqdan sonra Şiller Polşa Teatrına keçir və burada Polşa və dünya klassikasının dram əsərlərini səhnələşdirir. Şillerin Samuel Zborovski (1927) və Yuliuz Slovatskinin "Kordial" (1930), Stanislav Vispyanskinin "Cəsur Boleslav" (1929) və "Qurtuluş" (1935), Şekspirin "Yuli Sezar" tamaşaları (1928-ci il) romantizmlə zəngindir. Qəhrəmanlıq monumental teatrının yaradılmasında Şillerin müstəsna nailiyyəti Böyük Şəhər Teatrının səhnəsində Adam Mitskeviçin "Dzyadov" əsərinin tamaşaya qoyulması olub (1932, indiki S. A. Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı).
Drunken Sailor
"Drunken Sailor" (azərb. Sərxoş dənizçi‎), həmçinin "What Shall We Do with the Drunken Sailor?" (Sərxoş dənizçi ilə nə edək?) or "Up She Rises" (O, qalxır) — ənənəvi şanti. Roud Xalq Mahnısı İndeksində 322-ci yerdədir. Ən azı 1830-cu illərdə yelkənli gəmilərdə oxunurdu. Mahnının sözləri versiyalarına görə dəyişir, lakin adətən bu sualın bəzi variantını ehtiva edir: "Səhər tez vaxtlarda sərxoş dənizçi ilə nə edək?" Bəzi ifa üslublarında hər bir ardıcıl misra sərxoş dənizçini ayıltmaq və ya onu cəzalandırmaq üsulunu təklif edir. Digər üslublarda müxtəlif insanlar haqqında əlavə suallar verilir və cavablandırılır. "Drunken Sailor" XX əsrdə dənizçi olmayanlar arasında populyar bir mahnı kimi yenidən canlandırılmışdır. Mahnının auditoriyası genişlənərək insanlar arasında şanti repertuarının ən məşhur mahnılarından birinə çevrilmişdir. Bu, bir çox musiqi sənətçiləri tərəfindən ifa edilmiş və yazılmışdır. Mahnı müntəzəm olaraq populyar mədəniyyətdə müşahidə olunur.