DİLXOR

sif.zərf [ fars. ] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus.
Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə.
General bu gün çox dilxor idi. S.Rəhman.

□ Dilxor etmək (eləmək) – pərt etmək, əhvalını pozmaq, məyus etmək.
Nəhayət, Vaqif də tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. Çəmənzəminli.
[Mahmudu] indi bircə şey dilxor edirdi. Ə.Əbülhəsən.

Dilxor olmaq – çox pərt olmaq, əhvalı pozulmaq, məyus olmaq.
Amma bir gün mən gənə bərk dilxor oldum. C.Məmmədquluzadə.
Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi, dilxor oldu, rəngi qaçdı. Çəmənzəminli.
Yoldaşım çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLXOR DİLXOR [Məmməd:] Nə olub ə, Topal, bu dilxor vaxtımızda yenə nə gözünün qarasını sıxırsan? (Ə.Qasımov); DİLGİR (köhn
  • DİLXOR pərt — qəmgin — kədərli — məyus

Antonimlər (əks mənalı sözlər)

  • DİLXOR DİLXOR – ŞAD General bu gün çox dilxor idi (S.Rəhman); Biz buna çox şadıq (İ.Əfəndiyev)

Etimologiya

  • DİLXOR Söz ürək (dil) və yemək (xor) hissələrinə bölünə bilər. “Hirsli” mənasında işlədirik. Əsli “ürəyi yeyən”dir
DİLXƏSTƏ
DİLXORÇULUQ

Digər lüğətlərdə

контракта́ция лесни́чить малопритяза́тельный неподве́домственный отшиба́ние пионе́р соло́вушек ути́ль экспро́мтом инициати́вный подгрузи́ть силосоубо́рочный тере́ться позор bus stop cargo turn-over expressman gallinipper heartlet jockette John Thomson's man play-actor self-treatment service brake трок