Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. 2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Asif Şirinov
Asif Əhməd oğlu Şirinov (31 avqust 1959, Dövlətyarlı, Füzuli rayonu) — Azərbaycan aktyoru, quruluşçu rejissor və baş rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Asif Şirinov 1959-cu il avqustun 31-i Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. == Fəaliyyəti == 1977–1979-cu illərdə M.K. Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri olmuşdur. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A. Səfərli "Fantan ərə gedir”də Misir, S. S. Axundov "Eşq və intiqam”da Cəbi, R. Səməndər "Gəlməyin, görməyin, gülməyin”də Məhəmmədəli, C. Məmmədov "Günəş zindanda”, Şeyx Hidayət "Məhəbbət yaşayır hələ”də Kərəməli, Anar "Təhminə və Zaur”da Murtuz, C. Cabbarlı "Almaz”da Mirzə Səməndər, "Aydın”da Mirzə Cavad, Ə. Haqverdiyev "Dağılan tifaq”da Həmzə, M. Qacar "Qabanın səfəri”ndə Porsuq, S. Səxavət "Qapıların o üzündə qalan dünya”da Gülalı, H. Mirələmov "Vicdanın hökmü”ndə Rəhman, S. S. Axundov "Tamahkar”da Əliqulu, S. Axundov "Bəndalı bəndə düşüb”də Qurban, N. Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Dəli Yaşar, Ş. Tofiqqızı "Taleyin bir üzü”ndə Baba, R. Əlizadə "Dünyanın axırı"da polis və s. obrazlarını yaratmışdır. 2007-ci ildən isə Füzuli Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. O, A. Səfərli "Qarabağım qan ağlar”, N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”, "Daldan atılan daş topuğa dəyər”, S. Axundov "Bəndalı bəndə düşüb”, S. S. Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, H. Mirələmov "Vicdanın hökmü”, İ. Əfəndiyev "Unuda bilmirəm”, C. Məmmədquluzadə "Kamança”, T. Məmmədov "Ana abidəsi”, S. Rüstəm "Çimnaz xanım yuxuda”, M. S. Ordubadi "5 manatlıq gəlin”, N. Vəzirov "Adı var, dadı yox”, İ. Məlikzadə "Subaylarınızdan görəsiniz”, H. Mirələmov "Xəcalət”, M. F. Axundzadə "Hacı Qara”, Ə. Əmirli "Varlı Qadın” və s. tamaşalarının qurluşçu rejissorudur.
Aslan Şirinov
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Eldar Şirinov
Eldar Şirinov (12 iyul 2001, Göyçay rayonu – 6 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmar Şirinov
Elmar Cəbrayıl oğlu Şirinov (9 mart 2002; Xatınlı, Tovuz rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz rayon tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz rayon tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi. Subay idi. == Hərbi xidməti == Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Şirinov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Elnur Şirinov
Elnur Ramiz oğlu Şirinov (1987, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı və hərbi xidməti == Elnur Şirinov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub. 13 saylı tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmətə başlayıb. Qüsursuz xidmətinə görə dəfələrlə fərqlənən Elnur Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Bu medal ona veriləndə Şirinov kapitan idi. Azərbaycan Ordusunun mayoru olan Elnur Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Elnur Şirinov 10 dekabr 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qalibliyi şərəfinə keçirilən 2020 Bakı Qələbə Paradında iştirak etmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Şirinov
Elvin Elsevən oğlu Şirinov (12 mart 1997, Birinci Şahsevən, Beyləqan rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Şirinov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Şirinov
Elxan Şirinov — Azərbaycan müğənnisi == Həyatı == Elxan Şirinov 1963-cü ildə İmişlidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil almışdır. 30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır. Musiqi sahəsinə 90-cı illərdə gələn Elxan Şirinov "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" lirik mahnıları ilə sevənlərinin könlündə taxt qurmuşdur.
Elçin Şirinov
Elçin Şirinov (1982) — Azərbaycanlı caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti == Həyatı == Elçin Elxan oğlu Şirinov tanınmış cazmen Vaqif Sadıqovdan, daha sonra Kevin Heyes, Aaron Qoldberqdən caz üzrə dərslər almışdır. V. Gərayzadənin "AYPARA" qrupunda çalışmışdır. Linley Marthe, Andre di Biase, Andraş Deş, Avişay Koen və digər məşhur musiqiçilərlə əməkdaşlıq edir. == Fəaliyyəti == Beynəlxalq Muğam Festivalı (Azərbaycan, 2023) Edinburq Festivalı (Şotlandiya, 2023) Zərbçilərin VI Festivalı (Bakı, 2009) Voicingers Jazz Festival (Polşa, 2010, 2012, 2017) Baku Jazz Festival (Azərbaycan, 2011, 2012, 2015) Montreux Jazz Festival (İsveçrə) Jazz Colors Festival (Paris, 2013) "Elçin Şirinov Trio" (Vyana, 2016) 2016 Londoon Jazz Festival Baku Summer Jazz Days (Azərbaycan, 2018) "Elçin Şirinov Trio" (Baku, 2019) Avishai Cohen Jazz Tour (Yaponiya, Macarıstan, İngiltərə, Fransa, Almaniya, Portuqaliya, Bakı) == Diskoqrafiya == Grzegorz Karnas: Power Kiss (Hevhetia 2017. Mit Alan Wykpisz und Grzegorz Masłowski) Elchin Shirinov (Elçin Şirinov) / András Dés|Dés / Márton Fenyvesi / Mátyás Szandai: Maiden Tower (Hunnia Records 2017) Avishai Cohen: Arvoles (Razdaz Recordz 2019, mit Noam David und anderen) Waiting (Somethin’ Cool, 2020.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Fizuli Şirinov
Lətifov Təyyar Şövkət oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Füzuli Şirinov 1971-ci ildə Şəki rayonunun Baş Layısqı kəndində doğulmuşdur. 1989-1991-ci illərdə Ukraynanın Suma vilayətində Hərbi Hava qüvvələrində xidmət keçmişdir. Xidmətini başa vurub Vətənə dönən Füzuli 1992-ci ildə Əbülfəz Elçibəyin Qvardiyasının tərkibində Qubadlı və Laçında gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Qavrdiyanı tərk edərək Milli Ordu sıralarına qoşulur. 1993-cü il 28 dekabrda Füzulinin tərkibində döyüşdüyü bölük Ağdamın Salahlı kəndində mühasirəyə düşür. Qeyri-bərabər döyüşdə Füzulu, həmkəndliləri Nail və Mehman şəhid olurlar. Mehman və Nailin nəşi cəsur döyüşçü Firudin Əzizli tərəfindən çıxarılsa da Füzulinin nəşini çıxartmaq mümkün olmur.
Həsən Şirinov
Həsən Kamil oğlu Şirinov (26 yanvar 1950, Naxçıvan rayonu) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru. == Həyatı == Polis general-mayoru Həsən Kamil oğlu Şirinov 1950-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1971–73-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı, Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrini fərqlənmə ilə bitirib. 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai, Göygöl rayonlarında yol polisi şöbələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, DİN BŞDYP-nin müavini, Bakı Şəhər DYP-nin rəisi işləmiş, 2010–2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. === Yaradıcılığı === "Sönməz, əbədidir Heydər Əliyev", "Yüksəlişə gedən yol", "Xalqı ilə döyünən polis ürəyi", "Şah İsmayıl Xətai" və s. kitabların, bir çox şeir, hekayə və məqalələrin müəllifidir. == Mükafatları == Daxili İşlər Nazirliyinin "Xidmətə görə", "Qüsursuz xidmətə görə", "Azərbaycan polisinin 95 illiyi (1918–2013)", "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" medallarına layiq görülüb. General-mayor Həsən Şirinov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə "İgidliyə görə", Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunub.
Kamil Şirinov
Kamil Şirinov (kapitan)
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. == Həyatı == Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.
Nəriman Şirinov
Şirinov Nəriman Mikayıl oğlu (7 noyabr 1929, Qaraxanlı, Tovuz rayonu – 26 iyul 2006) — baytarlıq elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordenli, əməkdar elm xadimi. == Həyatı == Nəriman Şirinov 1929-cu il noyabrın 7-də Tovuz şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbdə təhsil almış və əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini uğurla 1954-cü ildə başa vurmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-da böyük baytar həkimi kimi başlamışdır. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. 1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünun sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Rəhbərliyi dövründə institutda 11 elmlər doktoru, 62 elmlər namizədi hazlrlanmış, 5000-dən çox elmi əsər, monoqrafiyalar çap edilmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1974-cü ildə professor adına layiq görülmüşdür.
Orxan Şirinov
Orxan Elxan oğlu Şirinov (14 sentyabr 1998; İmişli rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Şirinov 1998-ci il sentyabrın 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şirinov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Polad Şirinov
Polad Seyran oğlu Şirinov (5 oktyabr 2002, Bakı – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Xüsusi Təyinatlı Qüvvələr, MAHHXHQ. == Həyatı == Polad Seyran oğlu Şirinov. Əslən Yardımlı rayonundan olan şəhidimiz 2002-ci il oktyabrın 5-də dünyaya göz açıb və Bakıda böyüyüb.(Bakıda dünyaya gəlib)Subay idi. Ailədə 2 bacı 2 Qardaş idilər. 2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbdə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate və kikboks kimi idman növləri ilə məşğul olub. Məktəblər arası təşkil olunan " Hərbi Şahin " oyunlarında uğurla iştirak etmişdir. Dərslərilə yanaşı idmanada xüsusi diqqət göstərmişdir. Məktəb vaxtlarından xaraktercə çox sakit, təmkinli yoldaşlarına və valideynlərinə qarşı hörmətlə yanaşan. Onların sevgisini qazanan Şagird olmuşdur.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. == Həyatı == Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Rəhman Şirinov
Şirinov Rəhman İsa oğlu (3 yanvar 1973, Yenikənd, Gədəbəy rayonu – 17 dekabr 1992) — Azərbaycanlı şəhid. == Həyatı == Rəhman Şirinov 1973-cü il yanvar ayının 3-də Yenikənd kəndində doğulub boya-başa çatmışdı. 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. == Hərbi xidməti == 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. Ağır əməliyyatların birində daha çox fərqləndiyini nəzərə alan komandiri ona çavuş rütbəsi verildi. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. Onu Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda dəfn etdilər. == İrsi == Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda Rəhman Şirinovu dəfn etdilər. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Sahil Şirinov
Sahil Həsrət oğlu Şirinov (d. 22 iyun 1992; Qəbələ, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sahil Şirinov 1992-ci ilin 24 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır. == Hərbi xidməti == Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Aleksey Smirnov
Aleksey Makaroviç Smirnov (rus. Алексей Макарович Смирнов; 28 fevral 1920, Danilov, Yaroslavl quberniyası[d] – 7 may 1979, Leninqrad) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1976). == Həyatı == Aleksey Makaroviç Smirnov 28 fevral 1920-ci ildə anadan olmuşdur. 1940-cı ildə teatr studiyasını bitirmişdir. Böyük Vətən müharibəsi dövründə döyüşən orduda və kəşfiyyatda xidmət etmişdir. İki Şərəf ordeninə layiq görülmüşdür. Döyüşünü Berlində tamamlamaq Smirnova nəsib olmur. O zaman Aleksey kontuziya keçirmişdi. Evə qayıdandan sonra onun yeganə ən doğma insanı anası Anna Smirnova olur. 1946-cı ilə qədər estrada aktyoru, 1946-1952-ci illərdə Leninqrad dövlət musiqili komediya teatrının aktyoru, 1952-1961-ci illərdə "Lenqoestrada"nın aktyoru, 1961-ci ildən isə "Lenfilm" kinostudiyasının aktyoru olmuşdur.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Smirnov rododendrom
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. == Botaniki təsviri == Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şırnaq
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.