Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüseynabad (Səfaxana)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Səfaxana dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (12 ailə).
Səfaxana (Sayınqala)
Səfaxana (fars. صفاخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.356 nəfər yaşayır (266 ailə).
Səfxan Rüstəmov
Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı. Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir. Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.
Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayı Səfixan Qarabaği

II Səfixan ağa Yağləvəndli-Cavanşir
II Səfixan ağa Yağləvəndli-Cavanşir (?-19 sentyabr 1768) - XVIII əsrdə yaşamış hərbi xadim, Qarabağ bəyi, xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı, kələntər. Nadir şah Əfşarın ordusunda xidmət etmişdir. == Həyatı == Səfi xan Zeynalxan ağa oğlu XVIII yüzilin ortalarında ömür sürüb. Savadlı adam idi. Atasından sonra Yağləvənd oymağının oymaqbəyi kimi Havsalıları savaşa, yaylaq-qışlağa aparırdı. Yağlavənddə doğulmuş Səfixan ağa gəncliyini elə orada keçirmişdir. Nadir şah Qırxlı-Avşar Qarabağda hərbi çağırış elan edəndə Səfi xan atlıları ilə orduya qatılmışdı. Bir çox döyüşlərdə igidlik göstərmişdi. Yurdunda səngər qurmuş, Osmanlılara qarşı döyüşmüşdü. Indiki Araz Dilağarda ərazisində “Səfixan səngəri” adlı savaş meydanı onun adınadır.