Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahdəniz
Şahdəniz — dünyada ən iri qaz-kondensat yataqlarından biri. == Tarixi == Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.
Şahtəpə
Şahtəpə — Eneolit dövrünə aid Ağcabədi rayonunda, Qarqar çayından cənubda yerləşən yaşayış yeri. == Tarixi == Şahtəpənin hündürlüyü 6 metrdir. Təpə dayaz xəndəklə əhatələnib. Arxeoloji axtarışlar zamanı Şahtəpədən dən daşları, gilinə saman qatılmış,səthi anqoblanmış qalın divarlı saxsı qab qırıqları(bəzək nazik divarlı gil qablar), dəvəgözü (obsidion) parçaları və s.tapılmışdır.Oradan tapılmış arxeoloji materiallar sübut edir ki, qədim Şahtəpə əhalisi əsasən, əkinçilik və maldarlıqla məşğul olmuşdur. == Toponimikası == Şahtəpə oronimi şah və təpə sözlərindən ibarətdir. Toponimin tərkibindəki şah sözü "yüksək", "böyük" mənasındadır.Təpə coğrafi termini müsbət relyef forması ifadə edir. Adətən ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 mətrədək olan yüksəkliyə təpə deyilir. Azərbaycan oronimiyasında təpə termini ilə əlaqədar 4000-dən çox coğrafi ad qeydə alınıb. Şahtəpə toponimi "yüksək, böyük təpə" anlamındadır.
Şahtərə
Şahtərə (lat. Fumaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Müalicəvi xüsusiyyəti == Bu birillik bitki Azərbaycanda çox gеniş yayılmışdır. Əczaçı Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazırdı ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə – dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar.
Abdulla Şahbəndə
Xırdaçiçək şahtərə
Fumaria densiflora (lat. Fumaria densiflora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü.
Şahvanə (Üşnəviyyə)
Şahvanə (fars. شاهوانه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 665 nəfər yaşayır (116 ailə).
Şandərə (Sərdəşt)
Şandərə (fars. ‎شندره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (16 ailə).
Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Şahənd gəvəni
Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. == Botaniki təsviri == Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. == Ekologiyası == Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Şahdəniz qaz yatağı
Şahdəniz — dünyada ən iri qaz-kondensat yataqlarından biri. == Tarixi == Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.
Şahtəpə yaşayış yeri
Şahtəpə — Eneolit dövrünə aid Ağcabədi rayonunda, Qarqar çayından cənubda yerləşən yaşayış yeri. == Tarixi == Şahtəpənin hündürlüyü 6 metrdir. Təpə dayaz xəndəklə əhatələnib. Arxeoloji axtarışlar zamanı Şahtəpədən dən daşları, gilinə saman qatılmış,səthi anqoblanmış qalın divarlı saxsı qab qırıqları(bəzək nazik divarlı gil qablar), dəvəgözü (obsidion) parçaları və s.tapılmışdır.Oradan tapılmış arxeoloji materiallar sübut edir ki, qədim Şahtəpə əhalisi əsasən, əkinçilik və maldarlıqla məşğul olmuşdur. == Toponimikası == Şahtəpə oronimi şah və təpə sözlərindən ibarətdir. Toponimin tərkibindəki şah sözü "yüksək", "böyük" mənasındadır.Təpə coğrafi termini müsbət relyef forması ifadə edir. Adətən ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 mətrədək olan yüksəkliyə təpə deyilir. Azərbaycan oronimiyasında təpə termini ilə əlaqədar 4000-dən çox coğrafi ad qeydə alınıb. Şahtəpə toponimi "yüksək, böyük təpə" anlamındadır.
Şahbəndə xan Pörnək-Türkman
Şahbəndə xan Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Təbriz bəylərbəyi olub (Arada az müddətə Qaraçaqay xan Təbriz bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Təbriz bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Təbriz bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.
Şardone
Şardone — üzüm növü. Qədim zamanlardan mərkəzi və şimal-şərqi Fransa üzümlüklərində becərilir. Krasnodar diyarının Qara dəniz sahillərində, Ukraynada (əsasən Krım vilayəti), Gürcüstanda və Moldovada geniş yayılmışdır. Respublikamızda Ağstafada və üzüm kolleksiyalarında becərilmişdir. Bu sort tez-tez Pineo Şardone adlandırılır. Morfoloji əlamətlərinə görə Pino qrupuna daxil olan sortların hamısından fərqlənir. Yalnız istifadə istiqamətinə görə oxşarlıqları vardır (şampan şərabçılığında). Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta, silindrik və yaxud konusvari, az hallarda pəncəli, sıx və seyrəkdir.
Şardone ipəyi
Şardone ipəyi və ya reyon ("bərq vuran", "parıldayan") – XIX əsrin 70-ci illərinin sonunda fransız kimyaçısı Lui Mari Gilyar Berniqo (1839–1924), qraf de Şardone tərəfindən yaradılmış süni material, ipəyin əvəzedicilərindən biri. Kimyəvi cəhətdən Şardone ipəyi mis-ammiak ipəyi və viskoza ipəyi kimi regenerasiya olunmuş və həddən artıq çökdürülmüş sellülozadır. == Tarixi == İpəyəbənzər süni parçanın əldə edilməsi mümkünlüyü entomoloq Reomür tərəfindən hələ 1734-cü ildə qeyd edilsə də, ilk belə parça ancaq XIX əsrin sonlarında əldə edilmişdi. XIX əsrin 70-ci illərində qraf de Şardone fotoqrafiya ilə məşğul olarkən gördü ki, kollodi (fotoqrafiya lövhələrinin üstünü örtmək üçün istifadə olunan nitrosellüloz material) məhlulu tökülərkən yapışqan maddə alınır və onu kiçik dəliklərdən buraxanda ipək saplarına oxşar uzun saplar almaq mümkündür. Şardone üçün ipəkçilik yad mövzu deyildi. Bir dəfə o ipəkqurdlarının xəstəliyini tədqiq etmək üçün öz müəllimi professor Lui Pasterlə birlikdə Liona getmişdi. Bu xəstəlik ölkənin bütün ipək industriyası üçün təhlükə idi. Xəstəliyin səbəblərini dərhal aşkar etmək mümkün olmadığından o burada qalaraq ipəkqurdlarını və onların verdiyi sapı tədqiq etmişdi. Tarixə Şardone ipəyi və ya reyon (yəni "bərq vuran", Şardone özü materialı belə adlandırırdı) kimi daxil olmuş süni material bütün deyil, bəzi göstəricilərinə görə ipəyə bənzəyirdi: o yumşaq və parlaq idi, ancaq təəssüf ki, çox asan alovlanırdı. Şardone öz ixtirasını 1885-ci (başqa məlumata görə, 1884-cü ildə) ildə patentləşdirdi, 1891-ci ildə isə süni ipək istehsalına başladı.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Sandens Film Festivalı
Sundance Film Festivali — Amerika müstəqil kinosunun ən əhəmiyyətli dəstəkçisi olmuş, Hollywood film sənayesi və onun Oscar əsaslı istehsal sxeminə uyğun müstəqil film festivalıdır. Məşhur aktyor Robert Redford tərəfindən 1981-ci ildə qurulmuş olan Sundance İnstitutu 'u hər il ABŞ' ın Utah ştatında həyata keçirilir. Sundance Film Festivalı, Utah əyalətinin Salt Lake şəhərində hər il təşkil edilən kino və sərgisi olan Amerika Film Festivalı (United States Film Festival) adı altında 1978-ci ildə quruldu. İlk quruluş illərində bu Festival daha çox geriyə dönük filmler və film istehsal seminerlerine yönəldilmişdir. Buna qarşılıq, başlanğıcından bu yana, Hollywood sisteminin xaricində edilən - "müstəqil" kinosu olaraq adlandırılacaq - Amerika filmlərində ortaya çıxan qarışıqlığa diqqət çəkməyi məqsəd qoyan milli bir yarışma xüsusiyyətini daşımaqda idi. Amerika Film Festivalı daha sonra Park City, Utah'a daşındı və film çəkiliş taxtasıyla birlikdə sənədli filmlər və qısa metrajlı filmləri də içinə alacaq şəkildə əhatəsini genişlətdi. 1985-ci ildə Sundance İnstitutu bu Festivalı öz proqramına daxil etdi və beynəlxalq filmləri gösterimi edilən əsərlər rəngarəngliyinə qatdı. 1991-ci ildə rəsmi olaraq ad dəyişikliyi ilə Sundance Film Festivalı adını alan Festival, yeni müstəqil film budağında ən yaxşı film mükafatını ala bilmək üçün beynəlxalq arenada özünü qəbul etdirmiş bir vitrin halına gəlmişdir.
Teyyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Sadden-Valli (Vaşinqton)
Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. == Tarixi == Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. == Coğrafiyası == Sadden-Valli 48°43′13″ şm. e.
Saden-Vali (Vaşinqton)

Jan Batist Simeon Şarden
Jan Batist Simeon Şarden (Jean Baptiste Siméon Chardin; 2 noyabr 1699[…], Paris – 6 dekabr 1779[…], Paris) — XVIII əsrdə yaşamış məşhur fransız rəssamıdır.
Pyer Teyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Sadəcə Mariya (teleserial, 1989)
Sadəcə Mariya (isp. Simplemente Maria) — Meksikada 1989-cu ildə "Televisa" tərəfindən istehsal olunmuş telenovella. Prodüserləri Valentin Pimşteyn, Salvador Mexiya və Veronika Pimşteyndir. == Rollarda == Victoria Ruffo — Maria Lopez de Carreno. Manuel Saval — Juan Carloz del Villar. Jaime Garza — Victro Carreno. Silvia Derbez — Matilde Carreno. Juan Carlos Serran — Roman Lopez. Adriana Parra — Rita Fernandez de Lopez. Gabriela Goldsmith — Lorena del Villar de Rivera.
Sadəcə birgə (film, 2007)
Sadəcə birgə (fr. Ensemble, c'est tout) — Fransız filmi. Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film yalnız 2007-ci ildə ekranlaşdırılmışdır. == Məzmun == Kamilla adında cavan bir qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi bir istilik tapır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan onlar möhkəm dost olurlar.