SAHMAN

is. Qayda, səliqə, düzgün vəziyyət, qaydada, səliqədə olma. Ev sahmanda idi. Üst-başı sahmandadır.
– Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Cəlal.
Hər gün usta buruqlara baş çəkib gəzər; Quyuları sahman görüb fərəhlənərdi. Ə.Cəmil.

□ Sahmana düşmək – qaydaya düşmək, yoluna düşmək, hər şey öz yerində, qaydada olmaq.
[Hümmət Yusifə:] Bəlkə dedilər, ay eloğlu, …indi işlər sahmana düşür deyə gəlmisən? B.Bayramov.

Sahmana gətirmək – bax sahmana salmaq.
Xavərnisə evi yığışdırıb, bağçaları sahmana gətirib də süfrələri hazırlayırdı. T.Ş.Simurq.

Sahmana salmaq – qaydaya salmaq, səliqəyə salmaq, hər şeyi öz yerində düzgün yerləşdirmək.
[Arvad] cəld hərəkətlərilə otağın içindəki avadanlığı sahmana salmağa başladı. H.Seyidbəyli.
[Ümid] …kanalın sahmana salınmasında az zəhmət çəkməmişdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAHMAN qayda — səliqə — nizam
  • SAHMAN yerləşdirmə — düzülüş — tərtib
SAHİLSİZ
SAHMANLAMA

Digər lüğətlərdə