Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahtərə
Şahtərə (lat. Fumaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Müalicəvi xüsusiyyəti == Bu birillik bitki Azərbaycanda çox gеniş yayılmışdır. Əczaçı Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazırdı ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə – dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar.
Xırdaçiçək şahtərə
Fumaria densiflora (lat. Fumaria densiflora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü.
Ağtərə
Ağtərə (lat. Parnassia) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Enneadynamis Bubani == Növləri == Parnassia alpicola Makino Parnassia amoena Diels Parnassia asarifolia Vent. Parnassia bifolia Nekr. Parnassia cabulica Planch. ex C.B.Clarke Parnassia cacuminum Hand.-Mazz.
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Şahtəpə
Şahtəpə — Eneolit dövrünə aid Ağcabədi rayonunda, Qarqar çayından cənubda yerləşən yaşayış yeri. == Tarixi == Şahtəpənin hündürlüyü 6 metrdir. Təpə dayaz xəndəklə əhatələnib. Arxeoloji axtarışlar zamanı Şahtəpədən dən daşları, gilinə saman qatılmış,səthi anqoblanmış qalın divarlı saxsı qab qırıqları(bəzək nazik divarlı gil qablar), dəvəgözü (obsidion) parçaları və s.tapılmışdır.Oradan tapılmış arxeoloji materiallar sübut edir ki, qədim Şahtəpə əhalisi əsasən, əkinçilik və maldarlıqla məşğul olmuşdur. == Toponimikası == Şahtəpə oronimi şah və təpə sözlərindən ibarətdir. Toponimin tərkibindəki şah sözü "yüksək", "böyük" mənasındadır.Təpə coğrafi termini müsbət relyef forması ifadə edir. Adətən ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 mətrədək olan yüksəkliyə təpə deyilir. Azərbaycan oronimiyasında təpə termini ilə əlaqədar 4000-dən çox coğrafi ad qeydə alınıb. Şahtəpə toponimi "yüksək, böyük təpə" anlamındadır.
Şakirə
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Xatirə (ad)
Xatirə — Qadın adı. Xatirə Bəşirli — AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini. Xatirə İslam — Azərbaycanlı müğənni. Xatirə Quliyeva — Fəlsəfə üzrə elmlər doktoru.
Xatirə (dəqiqləşdirmə)
Xatirə — Ədəbi janr. Xatirə (film, 1971) — 1971-ci ildə istehsal olunmuş SSRİ filmi. Xatirə (mahnı) — Aygün Kazımova və İlqar Muradovun Heydər Əliyevin xatirəsinə ithaf etdiyi duetidir.
Xatirə (mahnı)
Xatirə Bəşirli
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor. YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri. == Həyatı == Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir. Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır. == Fəaliyyəti == 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Azərbaycan , Ulduz jurnallarında, Ədəbiyyat, "Kaspi" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində "Göyərçin yuxusu" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur. == Şeir kitabları == "Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.
Xatirə Quliyeva
Xatirə Nəcəfqulu qızı Quliyeva (30 iyun 1962, Maştağa) — fəlsəfə elmləri doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri, "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB"-nin təsisçisi və sədri, "Cahan+" qəzetinin və cahanplus.com saytının təsisçisi və baş redaktoru. == Həyatı == Quliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində Bakının hörmət sahibi şəxslərindən, məscid-minarələr (o cümlədən Maştağa məscidi və minarəsinin, H. Zərdabinin layihəsi əsasında Maştağa-Bilgəh qəsəbəsi arasında yerləşən Ovdanı) inşa edən, adı tarix- memarlıq kitablarında çəkilən Kəblə Həciqulunun oğlu, XX əsrin əvvəllərində siyasi hakimiyyətdə təmsil olunmuş Əmirqulu Quiyevin oğlu Nəcəfqulu və kor molla (kütləvi yayımış göz infeksiyası nəticəsində gözləri tutulsa da Quran hafizi olduğu üçün) ləqəbi ilə tanınmış Məşədi Bağırın qızı Nisəxanımın ailəsində dünyaya gəlmişdir. Onun babası Əmirqulu Quliyev Azərbaycan Demokratik Partiyasının ilk yaradıcıları sırasında olmuş, Bakıda erməni-müsəlman davası zamanı türk Qafqaz Ordusunun onbaşılarından olmuş, sonralar Nəriman Nərimanovun sədri olduğu MİK-nin Rəyasət Heyətiin 7 üzvündən biri, dəfələrlə Bakı şəhər sovetinin deputatı seçilmişdir. Quliyeva Xatirə Nəcəfqulu qızı 1969–1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində təhsil alıb. 1980–1985-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə ilə bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1985-ci ildən AMEA-da fəaliyyətə başlayıb. 1985–1987-ci illərdə AMEA-nın Elmi İnformasiya-Məlumat Mərkəzində laborant, baş laborant vəzifələrində çalışmaqla bərabər AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsində və vitse-prezidentin köməkçisi kimi fəaliyyət göstərmişdir. 1987-ci ildə AMEA RH prezidentinin Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989–1991-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Moskva M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna uzun müddətli elimi ezamiyyətə göndərilmişdir. 1992–2004-cü illərdə elmi fəaliyyətini AMEA-nın "Fəlsəfə və Sosiologiya" İnstitutunun Etika (keçmiş Etika və Estetika) şöbəsində davam etdirmişdir.
Xatirə Süleymanova
Xatirə Bəylər qızı Süleymanova (1 sentyabr 1970, Sumqayıt) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Xatirə Süleymanova 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. 1977–1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983–88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb. 1989–94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib. 1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1994–96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996–2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Xatirə kompleksi
Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlar və parklar daxildir. == Növləri == Ən çox yayılmış növləri baş daşı və memorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur. Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı. Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər. Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Stepanakert) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. == Həyatı == Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. == Diskoqrafiya == Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) == İfaları == == Kliplər == == İstinadlar == == Xarici keçidlər == Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Şandərə (Sərdəşt)
Şandərə (fars. ‎شندره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (16 ailə).
Şanurə (Qürvə)
Şanurə (fars. شانوره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 772 nəfər yaşayır (187 ailə). Əhalisini kürdlər təşkil edir.
Şatoru (rayon)
Şatoru (fr. Châteauroux) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr. Suprefektura — Şatoru. Rayon əhalisi 2006-cı ildə 130 283 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 52 nəf / km². Rayon sahəsi — 2524 km².
Şatoru FK
"Şatoru" (fr. La Berrichonne de Châteauroux) — 1883-cü ildə Şatoru şəhərində təsis edilən Fransa futbol klubu. Şatoru üçün ən böyük nailiyyət 2004-cü ildə Fransa Kubokunun finalına çıxmaq olur (Pari Sen-Jermen FK tərəfindən məğlub edilir). 1998-2015-ci illərdəki dövrdə klub, Fransa çempionatının ikinci ən güclü divizionu olan Liqa 2-də iştirak edirdi. Liqa 3-də iki mövsümdən sonra 2017/2018 mövsümündə "Şatoru" yenidən Liqa 2-də çıxış edir.
Xatirə mədəniyyəti
Xatirə Mədəniyyəti — fərdin və ya cəmiyyətin keçmişi və tarixi ilə qarşılıqlı əlaqəsidir. == Təsviri == Ən qısa mənada, Xatirə Mədəniyyəti cəmiyyətin və ya qrupun keçmişin hissələrini öz şüurlarında saxlamaq, münasibət və sosial icazə verilən və ya qazanılmış etiket növüdür . Əsas mövzu tarixi və obyektiv biliklərin nümayişi deyil, ilk növbədə keçmişlə tarixi əlaqələrin müasir perspektivdən kollektiv və subyektiv qavranılmasıdır. Şəxsi və ictimai Xatirə Mədəniyyəti ilə onların müntəzəm və tədbir əsaslı elementləri arasında fərq qoyula bilər. Xatirə Mədəniyyəti ilə bağlı diqqəti çəkən cəhət odur ki, kollektiv qavrayışlar subyektiv qavrayışları formalaşdırır. Sosial münaqişələr, münasibətlər və problemlər Xatirə Mədəniyyətinə təsir göstərir. Görkəmli Xatirə Mədəniyyətində daha az vurğulanan elementlərin unudulma ehtimalı var. Ailə albomları, şəcərə tədqiqatları , şəxsi və ya ailə əhəmiyyətli yubileylər Xatirə Mədəniyyətinin spesifik və ya subyektiv formalarının nümunələridir. Xatirə Mədəniyyətinə aid olan artefaktlar uzun müddət davam edən ictimai maraq varsa, rəsmi olaraq mədəniyyət artefaktları və ya mədəniyyət abidələri kimi təyin edilə bilər. == Cari müzakirə mövzuları == 2011-ci ildə keçirilən "Memorial Mania" tədbirində abidələrin tikilməsi üçün müvafiq tarixlər və onların siyasi məqsədlər üçün alətləşdirilməsi riski müzakirə olunub.
Fərəcli Xatirə
Xatirə Fərəcli
Xatirə Fərəcli — şairə, publisist, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Mədəni İnkişafın Təbliği" ictimai birliyinin təsisçisi və sədri, "Mitmedia.az" saytının təsisçisi və rəhbəri, AYB-nin nəzdindəki "Zərif qadın" ədəbi məclisinin sədri, AYB Sumqayıt bölməsində məsləhətçi == Həyatı və fəaliyyəti == Fərəcova Xatirə Nəcəf qızı 12 fevral 1966-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. 1997-2000-ci illərdə Sumqayıt Tibb Texnikumunun əczaçılıq fakültəsində, 2002-2003-cü illərdə Əli Kərim adına Poeziya Klubunun nəzdindəki "Jurnalistika" kursunda oxumuşdur. 2018-2023 illərdə Dağıstan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində çalışır. 2023-cü ildə Rusiya Federasiyasında keçirilən Rəsul Həmzətov 100 illiyinə həsr olunmuş Beynəlxalq Esse Müsabiqəsində birinci yerə layiq görülmüşdür. Bu esseyə görə Rusiya Federasiyasının "Doqquzuncu Parlament Forum"unda dəvətli olaraq çıxış etmişdir. 2002 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildən AYB İrs komissiyasının üzvüdür. 2003-cü ildə "Turan" ədəbi məclisinin üzvü, 2005-ci ildə AYB-nin nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin sədri olmuşdur. 2018-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. == Haqqında == Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Satave
Satave (gürc. სათავე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 580 metr hündürlükdə, Suxumidən 27 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 656.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Sative
Sative (gürc. სათივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 191 nəfər idi. 2014-cü ildə 188 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saçxere
Saçxere, (gürc. საჩხერე) – Gürcüstanın Saçxere bələdiyyəsinin mərkəzi == İdman == Şəhərdə futbol üzrə Gürcüstan Milli Futbol Çempionatda çıxış edən "Çixura" futbol klubu fəaliyyət göstərir.
Stereo
Stereo səs və ya qısaca stereo – insanın eşitmə qabiliyyətinə uyğun olaraq xoş təəssürat yaratmaq üçün səs müxtəlif istiqamətlərdə və simmetrik olaraq yerləşdirilir, iki və ya daha çox müstəqil səs kanala qoşulmuş dinamiklərin köməyi ilə çoxaldılır. Stereo tez-tez mono ("monaural") səsin əksinə deyilir; Monofonik səsdə səs sahəsində mərkəzləşmiş yalnız bir kanal var. Yunan + "φωνή" (' 'phōnē' ': səs, ton) Western Electric 1927-ci ildə A tətbiqi ilə ortaya çıxdı. Məşhur istifadəsində stereo, eyni zamanda bir cüt hoparlör köməyi ilə səsin və ya çoxalmanın 2 kanallı yazılması deməkdir.
Tauere
Tauere (fr. Tauere) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 85 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 2 km²-dir. Uzunluğu 8 km-dir. Daxilində laqun vardır. Laqun iki hissəsən okeanla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Desena (isp.
Alp satiri
Amasiya satiri
Amasiya satiri — Kəpənək növlərindən biridir, marigold ailəsinə aiddir. == Latın adı etimologiyası == Amasinus (toponimik) — Amasya — Türkiyədə yerləşib. == Alan == Bu sahə Kiçik Asiyadan Orta Şərqə, Qafqaz, Dağıstan, Azərbaycan və Türkiyə daxil olmaqla Transkafkasiyaya qədər uzanır.Şərqi Avropaada bu dağətəyi və dağlıq Dağıstanda yerləşir: Sarykum barxanı, Talqa dərəsi, Chonkatau sırtı, s. Kaka-Şura, qonşuluq kəndləri Ahty. Kəpənəklər dəniz səviyyəsindən 200–2000 m yüksəkliklərdə və daşqın ağacları ilə yaxşı istilənilən dağlıq çöllərdə yaşayır. == Biologiya == Bir il ərzində bir nəsil inkişaf edir. Uçuş vaxtı iyun ayının əvvəlindən Avqustun birinci gününə qədər davam edir. Eyni zamanda, kəpənəklər geniş yayılmış qanadları ilə titrəyirlər ki, bu da onların çox yavaş-yavaş uçmasına imkan verir. Kəpənəklər sığınacaqdakı müxtəlif çiçəklərin nektarı ilə bəslənirlər.
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — azərbaycanlı aşıq. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Bertalan Semere
Bertalan Semere (mac. Bertalan Szemere; d. 27 avqust 1812, Vatta, Avstriya imperiyası – ö. 18 yanvar 1869. Peşt, Avstriya-Macarıstan imperiyası) — Macarıstan şairi və Macarıstan krallığının III baş naziri. == İlk illəri == Semere Vattada kasib ailənin övladı olaraq dünyaya gəlmişdir. Atası Major Laslo Semere, anası Erzsebet Karove olmuşdur. Təhsilini Miskolc, Kesmark və Sarospatak şəhərlərində almışdır. Şerə maraq duyan Semere gənc yaşlarında "Felső-Magyarországi Minerva" ("Yuxarı Macarıstan Minerva") adlı əsərini nəşr etdirmişdir. Ferens Kölcsey və Mihaly Vörösmartydən təsirlənmişdir.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.
Didi Sative
Didi Sative (gürc. დიდი სატივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 374 nəfər idi. 2014-cü ildə 293 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.