Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zenkerləmə
Zenker (alm. Senker‎ - endirən) deşiklərin təmiz emalında tətbiq olunan texnoloji əməliyyatdır. Bu əməliyyat üçün istifadə olunan alətə zenker deyilir. Zenkerlə deşiyin qırağı yonularaq ona konuş forması verilir. Zenkerlərin aşağıdakı növləri vardır: Konus zenkerlər, bunların təpəsində konus formasıda 60° altında yerləşmiş kəsici tili olur. Zenkerin baş hissəsi həmişə gövdəsindən böyük olur. Dişlərinin sayı həmişə 3 və ya 5 olur. Yastı zenkerlər, düz tilə malik olub, deşiyin ətrafında düzbucaqlı endirmələrin ayardılması üçün tətbiq olunurlar. Tilin mailliyi 180°-dir. Dişlərinin sayı 2, 3 və ya 4 ola bilər.
Çəpərləmə
Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi. İngiltərədə zadəganlar iki qrupa bölünürdü.
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Şəkərəm
Şahkərəm, — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. (Şəkərəm deyə kənd yoxdu, kəndin əsil adı Şahkərəmdir) 1993-cü ildə Ermənistan Respublikası Silahlı .Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kəlbəcər r-nunun Başhbel i.ə.v.-də kənd. Dəlidağın (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini Laçın r-nunda vaxtilə mövcud olmuş Muncuqlu kəndindən köçüb gəlmiş ailələlr salmışlar. Şahkərəm bu ailələrin başçısının adıdır.
Şəkərdərə (Sərab)
Şəkərdərə (fars. شكردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (7 ailə).
Şəkərçeşmə (Əbhər)
Şəkərçeşmə (fars. شكرچشمه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (9 ailə).
Şəkərdərə Qızıl Yatağı
Şəkərdərə Qızıl Yatağı — Ordubad rayonunda qızıl yatağı Ordubad rayonu ərazisində, Ordubad şəhərindən 30 km, Kələki kəndindən 6 km şimal-qərb, dəniz səviyyəsindən 1500–2000 m hündündədir. Geoloji quruluşunda Orta Eosenin vulkanogen süxurları, həmçinin diorit-porfirit, diabaz daykaları iştirak edir. Mis-qızıl filizləşməsi damarı, damar zonaları və misli-qızıllı ştokverk tipli metasomatitlərdən ibarətdir. Filizli damar və damar zonaları 300–3300 şimaal-qərbdə pozulmalarilə əlaqədardır. Filizli damarlarda qızıl 1,4 q/t, mis 1,9%, qızıllı metasomatitlərdə isə qızıl 1,0 q/t, mis 0,24% -dir. Əsas filiz mineralları: pirit, xalkopirit, sfalerit. Misin törəmə mineralları, sərbəst qızıl. Tekstur əlamətlərinə görə filizlər brekçiya və konsentrik zona tiplidir. Naxçıvan Ensiklopediyası. Bakı.