Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) /yun.siphon-kiçik boru, nasos/- geomorfolo­gi­yada, yeraltı karst çaylarının kanalı­nın şaquli səthdə dirsəkvari əyil­məsi.
Tifon (mifologiya)
Tifon (yun. Τυφῶν, Τυφωεύς, Τυφάων sözün kökü τύφω feli mənası "tüstülənmək" deməkdir.) yunan mifologiyasında nəhəng yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğlu. == Doğulması == Nəhənglərin məhv edilməsindən sonra hiddətə gələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirmiş olur. Bu dəhşətli məxluq Geyanın uşaqlarınin içində ən güclüsü və qadiri sayılırmış. Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər əli şərqə çatarmış. Tifon öküz kimi böyürər, aslan kimi nərildəyər və it kimi hürərmiş. Doğulmasından sonra tanrılar ondan qorxaraq heyvan cildlərinə girərək Misirdə gizlənirlər. tanrılardan təkcə Zevs və qızı ilahə Afina Tifonu ram etmək qərarına gəlirlər. Zevs uzaqdan Tifona ildrımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur.
Şimon Bartko
Şimon Bartko (11 iyul 1996) — Slovakiyalı biatlonçu. Şimon Bartko Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şimon Bartko birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Bartko 26:18.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 74-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Şimon Buskila
Şimon Buskila (ivr. ‏שמעון בוסקילה‏‎; 2 fevral 1966) — İsrailli musiqiçi, musiqiçi, musiqi müəllifi. == Həyatı == Şimon Buskila 1966-cı ildə Ofakimdə anadan olub. 9 yaşında anası vəfat etdi və 1976-cı ildə, 10 yaşında olanda atası ilə birlikdə Netivota köçdü. Musiqi karyerası Netivotda, nağaraçı kimi başladı və daha sonra yaşında gitara çalmağa başladı. Hərbi xidmətini başa vurduqdan sonra "Sahara" və "Gün gələcək" adlı iki albomu çıxardığı "Sevinc" qrupunu yaratdı. 1999-cu ilin may ayında 2-ci kanalda Aşer Nahmiasın rejissoru olduğu Şimon Buskilanın həyatından bəhs edən "Sahara gitara" adlı sənədli film nümayiş olundu. Film Buskilanın irəliləməsinə və Şlomo Artzi ilə mahnılar buaxmağa səbəb oldu. Daha sonra o, Artzi ilə "Onların sevgisi" mahnısını ifa etdi.2003-cü ildə Buskila "Bu dəfə sənin növbəndir" mahnısını ifa etdi.
Şimon Marsinyak
Şimon Marsinyak - 1981-ci ilin yanvarın 7-də Polşanın Plosk şəhərində doğulub. 2011-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcəli fit sahibi olan Marsinyak, UEFA və FİFA-nın təşkilatçılığı il keçirilən turnirlərdə oyunlara təyinat alır. === Karyera === FİFA bayrağı altında ilk oyununu 2014-cü il Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində F qrupunun Portuqaliya və Azərbaycan milli komandaları arasında keçirilən matçı idarə edib. 2015-ci ildə UEFA Avropa Liqasının oyunlarıına təyinat alıb. 2016-ci ildə keçirilən Avropa Çempionatında da oyunları idarə etmk üçün təyinat alıb. Marsinyak 2018-ci il Dünya Kubokunun final mərhləsinin oyunlarına da təyinat alıb.
Şimon Peres
Şimon Peres (Perski) (1 avqust 1923[…] və ya 2 avqust 1923 – 28 sentyabr 2016[…]) — 1984–1986 və 1995–1996-cı illərdə İsrailin Baş naziri, 2007–2014-cü illərdə İsrailin prezidenti. == Həyatı == Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. Ş. Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş. Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir. 1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur.
Şimon Xolloşi
Şimon Xolloşi (mac. Hollósy Simon; 2 fevral 1857, Siqet, indiki Rumıniya — 8 may 1918, Tyaçev, indiki Ukrayna) — macar rəssam. Budapeştdə Bertalan Sekeydən , sonra müxtəlif şəhərlərdə və ölkələrdə geniş şəkildə gəzdi. Yazda, adətən, Nagybanya şəhərinin ətrafında tələbələrlə işləyirdi, bir sıra kənd səhnələri və landşaftları tərk etdi.
Şinon (rayon)
Şinon (fr. Chinon) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Şinon. Rayon əhalisi 2006-cı ildə 83 170 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 49 nəf / km². Rayon sahəsi — 1694 km².
Şinon qəsri
Şinon qəsri (fr. Château de Chinon) – Şinon şəhərində Vyenna çayının sahilində yerləşən kral Luara qəsrlərindən biridir. Keçmiş Roma müdafiə tikililərinin yerində tikilmiş və tarixi ehtiyaclara əsasən 3 hissədən ibarətdir. == Tarixi == Qəsrin əsas binası Dələdüz ləqəbli qraf I Tibo de Blua tərəfindən 954-cü ildə dağlıq sahədə tikilmişdir. 1044-cü ildə ağacdan hazırlanan əvvəlki konstruksiyanı daş qala ilə əvəz olunmuş və bu tikili onun rəqibi Anjü hersoqu Jofrey Martelin hakimiyyəti altına keçmişdir. Hersoq iki müdafiə tikilisini birləşdirmişdir. Qəsrin şərq hissəsi İngiltərə kralı II Henrix Plantaqenet və Anjü hersoqlarının nəslinin nümayəndələri tərəfindən tikilmişdir. Bu hissə İngiltərənin himayədarı Müqəddəs Georginin şərəfinə adlanmışdır. Şərq qalasının, kilsənin, kiçik qüllələrin və digər müdafiə qüllələrinin ucaldılması II Henrix və onun davamçıları tərəfindən 1205-ci ilə qədər aparılmışdır. Həmin ildə qala uzunmüddətli mühasirədən sonra Fransa kralı Filipp Avqustun əlinə keçmişdir.
Şato-Şinon (rayon)
Şato-Şinon (fr. Château-Chinon) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Şato-Şinon. Rayon əhalisi 2006-cı ildə 27 460 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1929 km².
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Sibon nebulata
Sibon nebulata — suilanıkimilər fəsiləsindən olan ilan növü. Ümumi uzunluğu 80 sm. Başı genişdir, böyürlərdən bir az sıxılmış və gövdəsindən yaxşı ayırılıb. Gözləri böyükdür. Gövdəsi incədir və hamar pulla örtülüb. Çənəsi molyuskları qovuqdan çıxardılmasına uyğunlaşıb. Əlvan boyanmaya sahibdir: əsas qəhvəyi fonda çoxlu açıq rəngli ləkə və ya zolaq olur. Leysan meşələrini sevir. Ağaclarda, səhləb və hava bitkilərdə rast gəlinir. Gecələr aktiv həyat yaşayır.
Simon Açıqgözyan
Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir. Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur. == Həyatı == Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.
Simon Baxmann
Simon Baxmann (d. 17 fevral 1999) — Seyşel adalarını təmsil edən üzgüçü. Simon Baxmann Seyşel adalarını 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Simon Baxmann birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 58:32.0 saniyəlik nəticə ilə 50-ci yeri tutdu və yarışı başa vurdu.
Simon Bolivar
Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır. O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, Perunun və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur. Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı. 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Simon Hoytvill
Simon Hoytvill (1093 və ya 1089, Palermo – 28 sentyabr 1105) — Norman əsilli Siciliya qrafı. Taxta çıxanda hələ 8 yaşı olan Simon anasının qəyyumluğu ilə hakimiyyətdə idi. Yenə cavan yaşında 1105-ci ildə vəfat etmişdi. Yerinə kiçik qardaşı Rocer keçdi.
Simon Kozhin
Simon Kozhin (rus. Кожин, Семён Леонидович) — Rus rəssamı.
Simon Kyer
Simon Torup Kyer (26 mart 1989[…]) — Danimarkalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və Danimarka millisinin müdafiəçisi. O, 2007-ci ildə 19 yaşadək futbolçular arasında Danimarkada ilin istedadlı futbolçusu seçilib. Həmçinin 2009-cu ildə Danimarkada ilin istedadlı futbolçusu seçilir. Kyer 2010 və 2018-ci illərdə FIFA Dünya Kubokunda və 2012 və 2020 — ci illərdə UEFA Avropa Çempionatında iştirak da daxil olmaqla, Danimarka yığmasında 110-dan çox oyun keçirib.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. == Cinayətlər == Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.Avropada məhkumluğu bitdikdən sonra yenidən mühakimə edilmək üçün İsrailə geri qayıtdı.
Simon Minyole
Simon Minyole (nid. Simon Luc Hildebert Mignolet; 6 mart 1988[…], Sent-Trüden, Flamand regionu[d]) — Belçikalı qapıçı. Brügge klubunda oynayır. Karyerasına Sent-Trüyden klubunda başlamış, daha sonra Sanderlend və Liverpulda forma geyinmişdir.
Simon Pegg
Simon Pegg (14 fevral 1970, Gloucestershire) — Britaniyalı teatr və kino aktyoru.
Simon Qerada
Simon Qerada (20 mart 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Simon Qerada Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Simon Ramirez
Simon Alonso Ramirez Kuevas (isp. Simón Alonso Ramírez Cuevas; 3 noyabr 1998, Konsepsion, Çili) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Klub karyerası == Ramirez peşəkar karyerasına Uaçipato klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 5 mart 2016-cı ildə Çili Premyer Liqasında San Markos de Arika klubuna qarşı oyunda etmişdir. Ramirez 2017-ci ildə Lissabon təmsilçisi olan Benfika FK klubu ilə müqavilə imzalamışdır. Transferin dəyəri isə 700 min avro olmuşdur. == Milli karyerası == 2015-ci ildə Ramirez Çilinin gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Ramirez Ekvador, Boliviya və Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin il Ramirez Çilinin ev sahibliyi etdiyi gənclərin Dünya Çempionatında iştirak etmişdir. Ramirez ABŞ və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Simon Riekhoff
Simon Riekhoff (d. 28 iyun 1999) — İsveçrəli suya tullanan. Simon Riekhoff İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Simon Riekhoff birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 314.25 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Simon Sequan
Simon Sequan həmçinin Nikol Mine kimi tanınan (3 oktyabr 1925, Thivars[d], Fransa[…] – 21 fevral 2023, Kurvil-sur-Er[d], Fransa) — Fransız atıcılar və dəstəkçilər partizan qrupunun tərkibində Fransa Müqavimət Hərəkatının sabiq döyüşçüsü. Müharibə başlamazdan öncə o, üç qardaşı və atası ilə birgə fermada işləyirdi. Onun atası Birinci Dünya Müharibəsinin iştirakçısı idi və Tivar şəhərinin əsas məsləhətçisi idi. Partizan dəstəsinə qoşulduqdan sonra o, Nikol Mine adı ilə fəaliyyət göstərmişdir. Başlanğıcda Simon silah istifadə etmədən sadə tapşırıqları yerinə yetirdi. Onun müqavimət xarakterli ilk hərəkətlərindən birincisi Alman ordusuna məxsus velosipedi oğurlamaq idi ki, sonradan o, bununla məktubların daşınmasına yardım edirdi. Sonralar o, Alman əsgərlərinin yaxalanması, vaqonların relsdən çıxarılması və körpülərin partladılması kimi çox təhlükəli vəzifələri icra etmişdir.O, 1944-cü ilin 23 avqustunda Şartr şəhərinin və 2 gün sonra Parisin azad edilməsində iştirak etmişdir. Nəticədə o, leytenant rütbəsinə layiq görülmüş və Hərbi xaç medalı ilə təltif olunmuşdur. Müharibədən sonra Sequan pediatr tibb bacısı kimi işləməyə başladı. Kurvil Su Er-də yerləşən bir küçəyə onun adı verilmişdir.
Simon Simonyan
Simonyan Simon (q.erm. Սիմոն Սիմոնեան; 11 (24) mart 1914, Qaziantep, Hələb vilayəti – 11 mart 1986, Beyrut) — yazıçı, publisist, müəllim. 11 mart 1914–cü ildə Osmanlı İmperiyasında anadan olmuşdur. Cavan yaşlarında Livanda yerləşən "Kilikiya erməni katalikosluğu"nun arxivlərinə rəhbərlik etmiş, həmçinin Livandakı erməni məktəblərində dərs demişdir. Erməni dilinə və tarixinə dair bir neçə dərsliyin müəllifidir. 1958-ci ildə "Sprük" jurnalının əsasını qoyur və uzun müddət onun redaktoru olur. Sonralar "Sevan" nəşriyyatına rəhbərlik etmişdir. Simonyan erməni diasporası içərisində məşhur adam idi. "Hay dat" (Erməni məhkəməsi) termininin müəllifi məhz Simon Simonyandır. Simonyanın ənənəvi erməni partiyaları ilə münasibətləri gərgin idi, çünki o fərqli siyasi xəttin tərəfdarı idi.
Simon Stevin
Simon Stevin (ing. Simon Stevin; 1548[…], Brügge – fevral 1620 və ya ən tezi 20 fevral 1620 və ən geci 18 aprel 1620, Haaqa) — Holland riyaziyyatçısı və mühəndisidir; onluq kəsrləri (Avropada) tənliyin mənfi köklərini istifadəyə daxil etmişdir.
Simon Virsaladze
Simon Baqratoviç Virsaladze (13 yanvar 1908, Tiflis – 7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı. == Həyatı == Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır. Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir.Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır. Simon Virsaladze 1937-ci ildən S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrında işləyir (indiki Mariinski Teatrı).
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Simon Vollesen
Simon Moller Vollesen (26 yanvar 1998-ci ildə Danimarkada anadan olub) — Skyold Birkerod klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Vollesen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 77-ci dəqiqədə Kristofer Yakobsen ilə əvəz olunmuşdur.
Aidon
Aidon Oy — Şimali Avropada ağıllı şəbəkə üçün ağıllı ölçmənin həllərinə və xidmətlərinə diqqət yetirən Finlandiya texnologiya şirkəti. Şirkət 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində təsis edilmişdir. Şirkətin Finlandiya, Norveç və İsveçdə ofisləri mövcuddur. == Tarixi == Aidon 2004-cü ildə Finlandiyanın Yüvəskülə şəhərində yeddi nəfərlik startap şirkəti kimi təsis edilmişdir. 2004-cü ildən bəri Aidon Şimali Avropada 2,5 milyondan çox nöqtənin ölçülməsi üçün müqavilə imzalamışdır. == Xidmətləri == Aidon Şimali Avropa enerji paylayıcı sistem operatorlarına (DSOs) sənaye interneti və ağıllı şəbəkə texnologiyalarını paylayır və onları gündən-günə təkmilləşdirir. Şirkət Finlandiya, Norveç və İsveçdə fəaliyyət göstərir. Hal-hazırda şirkətin Şimali Avropada 2,5 milyondan çox hesablayıcısı var.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Bison
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Bizon
Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir.
Dijon
Dijon (IPA: [diʒɔ̃]) Fransanın şərqində bir şəhər olaraq, Kot-d'Or departamentin və Burqon bölgəsinin paytaxtıdır. Dijonun Divio adıyla Lyondan Parisə olan yolda Roma qəsəbəsi kimi əsəsı qoyulmuşdur. XI əsrin əvvəlindən XV əsrin sonuna qədər əyalət Burqon hersoqunun evi olmuşdur, və Dijon böyük güclü və varlı yer idi, həm də Avropanın incəsənət, təhsil və elm ən böyük mərkəzlərindən biriydir. == Məşhur yaşayanlar == Jan-Filip Ramo (fr. Jean-Philippe Rameau) - fransız bəstəkarı və barokko dövrünün musiqisinin nəzəriyyəçisi; Aleksandr Qüstav Eyfel (fr. Alexandre Gustave Eiffel) - fransız mühəndisi, metal konstruksiya planlaşdırılması üzrə mütəxəssis; Feliks Trüta (fr. Félix Trutat) - fransız rəssamı; Elizabet dö la Trinite (fr. Élisabeth de la Trinité) - Roma-katolik kilsəsinə xoşbəxt, lat. Ordo Fratrum Diacalceatorum Beatae Mariae Virginis de Monte Carmelo azərb. Ayaqyalın Karmelitkaların Ordenini'n‎ rahibəsi, mistik; Arno Kordye (fr.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlarFilon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Firon
Firon (yunanca Φαραώ / pharaōn)— Qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik.
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina, Attika – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.