Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirniyyat
Şirniyyat — şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatları.
Bamiyə (şirniyyat)
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.
Şirniyyat müharibəsi
Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər Fransa və Meksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu. Birinci Meksika Respublikasının ilk illərində ölkə daxilindəki xaos güclənməkdə idi. Qarışıqlıqlardan əziyyət çəkənlər daha çox varlı mülk və torpaq sahibləri olmuşdur. Belə ki, onlara məxsus mülklərin yağmalanması ölkə boyu geniş fürsət almışdı. Məhkəmə və idarəetmə sistemi tam formalaşmadığından vətəndaşlar onlara dəyən zərərlə bağlı müraciət edəcək orqan tapa bilmirdilər. Dəymiş zərərin ödənilməsi ilə bağlı mexanizmin olmaması nəticəsində, əhalinin hökumətə qarşı olan etirazı genişlənməyə və zamanla bütün ölkəni əhatə etməyə başlamışdı.
Banan şirniyyatı
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Profitrol şirniyyatı
Profitrol (fr. profiterole, profit) — Bişmə xəmirdən hazırlanmış Fransız şirniyyatıdır. Ölçüsü azı 4 sm olur. İçərisinə müxtəlif içliklər qoyulur. Bəzən şirin bəzən də şirin olmayan içliklərdən hazırlanır. Məs, bişmiş krem, salat, göbələk, ət və s. Fransız dilindən tərcümədə mənası xırda pul mükafatı kimi başa düşülür.Sonradan bu ad altında xırda dadlı şirniyyatlar başa düşülürdü. Şirin profitrollları ayrıca desert kimi təqdim etmək olar. Bəzən südlü supun da yanında ətli və göbələkli profitrolları təqdim etmək mümkündür. Ən çox profitrollu bulyon ən məşhurudur.
Trayfl şirniyyatı
Trayfl- İngilis mətbəxinin yeməyi.Biskvit xəmirdən hazırlanmış bişmə kremlə hazırlanmış desertdir. Çox vaxt spirtlə bəzən isə meyvə soku, jele və ya qaymaqla isladılır. Sadalananları trayfla qat qat çəkirlər. Trayflın ilk resepti 1596-cı ilə aiddir. Belə ki, qatı krem, şəkər tozu, imbir və çəhrayı sudan ibarətdir. Resept 60 il sonra açıqlandı ki, bu zaman ona yumurta əlavə edildi. Spirtin xəmirə əlavə edilməsi də bu zaman məlum oldu. 1747-ci ildə isə trayfla jelenin də əlavə edilməsi məlum oldu. İngilislərə görə trayfl Şotlandiyada və ABŞ da geniş yayılıb.Həmçinin reseptin bir neçə fərqlilikləri də mövcuddur.
Kamal paşa şirniyyatı
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन ; Urdu dili: گلاب جامن ; Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Şirniyyatlar
Şirniyyat — şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatları.
Türk şirniyyatları siyahısı
Türk şirniyyatları (siyahı)