Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ştrisel
Ştrisel (alm. Striezel‎) — maya xəmirindən bişirilən şirniyyat növü. Mərkəzi Avropada geniş yayılmış bu piroq adətən xaşxaş və ya almanın içindən avstriya və alman mətbəxində hazırlanır. Adətən uzunsov formada, ştollen kimi (ştrisel —ştollenin sinonimidir, Almaniyanın Drezden şəhərində Avropanın ən qədim bazarlarından olan Ştriselmarkın adından götürülmüşdür.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos-Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Ernst Qotlib Şteydel
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783–1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). == Mənbə == Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17–24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Teksel adasında gürcü üsyanı
Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur. Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış Atlantik divarının mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
Stephen Carpenter
Stiven Karpenter (ing. Stephen Carpenter; 3 avqust 1970, Sakramento) — ABŞ musiqiçisi. Yaradıcısı olduğu alternativ metal qrupu Deftones-in gitaraçısıdır. Stiven Karpenter 3 avqust 1970-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olub. Atası amerikalı anası isə meksikalıdır. Onun Marsi adlı bacısı var. O, Testament qrupunun üzvü Çak Billinin əmisi oğludur. Stiven Sakramentoda böyüyüb və gənc yaşlarında skeytbord həvəskarı olub.
Stepped Reckoner
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır. 1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə anadan olub. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Seyşel adaları
Seyşellər (ing. Seychelles; fr. Seychelles; sey-kreol. Sesel) və ya rəsmi adı ilə Seyşellər Respublikası (ing. Republic of Seychelles; fr. République des Seychelles; sey-kreol. Repiblik Sesel) — Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın ölkələr Komor adaları, Madaqaskar və Mavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur.
Seyşel rupisi
Seyşel rupisi — Seyşel adaları dövlətinin pul vahididir. Bir seyşel rupisi 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — SCR-dir. Pul dövriyyəsində 10, 25, 50, 100 və 500 rupi nominallı əsginaslardan, həmçinin 1 və 5 seyşel rupisi və 1, 5, 10, 25 sentlik sikkələrdən istifadə olunur. Dövriyyədə əsginaslar müxtəlif buraxılış illərinə məxsus 10, 25, 50, 100 və 500 rupi nominalında olur. Əvvəlki buraxılışların əsginasları 1983 və 1989-cu il ödəmə vasitəsidir, amma son dərəcə nadir olduqları üçün hal-hazırda onlara rast gəlinmir.
Seyşel qızılquşu
Seyşel qızılquşu (lat. Falco araeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Stephen Demetre Georgiou
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Sesel (En)
Sesel (fr. Seyssel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01407. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 80 km şərqdə və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 942 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 617 nəfər (15-64 yaş arasında) arasında 485 nəfər iqtisadi fəal, 132 hərəkətsiz (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə bu 72,4%) olmuşdur. 485 fəal sakindən 422 nəfər (242 kişi və 180 qadın) işləyir, 63 nəfər işsizdir (32 kişi və 31 qadın).
Seyşel Adaları Respublikası
Seyşellər (ing. Seychelles; fr. Seychelles; sey-kreol. Sesel) və ya rəsmi adı ilə Seyşellər Respublikası (ing. Republic of Seychelles; fr. République des Seychelles; sey-kreol. Repiblik Sesel) — Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın ölkələr Komor adaları, Madaqaskar və Mavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur.
Seyşel Kreol dili
Seyşel Kreol dili - maskaren kreol dilinə məxsus danışıqdır. Bu dil İngilis və Fransız dilləri ilə bərabər Seyşel adaları ölkəsinin rəsmi dilidir. 1976-cı ildə bu dilin ilk qrammatik qaydaları tətbiq edilmişdir.
Seyşel adaları bayrağı
Seyşel adaları bayrağı — Seyşel adalarının Dövlət bayrağı
Seyşel adaları himni
Bütün Seyşellilər, birləşək! (Seyşel dilində:Koste Seselva) - Seyşel adalarının himnidir. Seyşel adaları müstəqil olduqdan sonra 1976-cı ildə "Qürurlu Seyşel" adanın dövlət himni olaraq qəbul edildi.1996-cı ildə himn ləğv edildi və iyun aylarında himn müsabiqəsi keçirildi.Himn müsabiqəsi gizli keçirilirdi, buna görə də, namizəd marşlar və bəstəkarlar bilinmədi. Himn Seyşel fransızı Devid Fransua Mark Andre və Corc Çarlz Robert Payet tərəfindən yazılıb. Payetin sözlərinə görə, himn bir gündə yazılaraq müsabiqəyə namizəd olub. Əslində, Devid Andre başqa bir yazıçı ilə-Antuan Azemiya ilə işləməli imiş.Lakin, Azemiya bu təklifi qəbul etməyib və çox böyük bir fürsəti əldən verib. Nəticədə, 1996-cı ilin 18 iyunu həmin mahnı qalib gələrək Seyşelin himni oldu. Mahnı həmin gün Dirijor Anatoli Savantinovun rəhbərlik etdiyi orkestr tərəfindən səsləndi. Sesel ou menm nou sel patri Kot nou viv dan larmoni. Lazva, lanmour ek lape.
Viktoriya (Seyşel adaları)
Viktoriya (fr. Victoria [viktɔʁja]) — Seyşel adalarının paytaxtı, yeganə şəhəri və limanı. Mae adasının şimal-şərq sahilində yerləşir. Viktoriya adanın əhalisinin 1/3-ni təşkil edir. 1841-ci ildə adada limanın əsası qoyulmuş və Böyük Britaniya Kraliçası Viktoriyanın şərəfinə Port Viktoriya, 1960-cı ildən isə Viktoriya adlandırılmışdır. Liman olduqca dərindir, bu, eyni zamanda bir neçə gəminin olduğu kimi böyük gəmilərin qəbuluna imkan verir. Limanın daxili su sahəsi kiçik gəmilər üçün lazımi avadanlıq təmin edir. 1971-ci ildə Viktoriya yaxınlığında beynəlxalq hava limanı tikildi. Maliyyələşdirmə mənbəyi İngiltərə dövlət istiqrazları və dövlət zəmanəti ilə qiymətli kağızlar idi. Beləliklə, Böyük Britaniya 1965-ci ildə bir sıra adaların dövlətdən müvəqqəti çıxarılması üçün kompensasiya etdi.
Xarici Seyşel adaları
Xarici Seyşel adaları (seyş. Zil Elwannyen Sesel) — əsl (daxili) Seyşel adaları istisna olmaqla, Seyşel adaları daxilindəki bir neçə adanın şərti adı. Hind okeanının qərbində yerləşir. Tək bütöv bir coğrafi yer təşkil etmir. Əsas Seyşel adalarından olan Mae adasından 230 ilə 1150 km məsafədə yerləşir. Əksər daxili adalardan fərqli olaraq, onlar yalnız mərcan rifləridir və buna görə də tez-tez Mərcan adaları kimi adlandırılır. Əhali sayının az olduğuna görə bu adalar ölkənin inzibati və seçmə bölgüsü sisteminə daxil deyildir. Mərcan adaları okeanın cəmi 4-8 m yüksəkliyində qalxan düz atolllardır.Onları meydana gətirən əhəngdaşlar praktik olaraq mussonların (ildə 1500 mm-ə qədər) gətirdiyi rütubəti saxlamır və buna görə quraqlıq atolllarda tez-tez baş verir. Xarici adalar münbit torpaqlarda zəifdir və demək olar ki, təmiz su yoxdur. Buna görə, onların bir çoxunun kokos palmalarından başqa bitkisi yoxdur və nəticədə daimi əhali yaşamır.
Baku Steel Company
== "Baku Steel Company" QSC (BSC) == Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Cənubi Qafqazın ən böyük və müasir metallurgiya təsisatı olan "Baku Steel Company" QSC ağır sənayenin Azərbaycanda inkişafında əsas rolu olan qabaqcıl poladəritmə və yayma xətlərinə malik şirkətdir. Şirkətin rəsmi açılışı 2001-ci ilin iyun ayının 21-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Uzun illər məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət göstərən "Baku Steel Company" 2022-ci ilin əvvəlindən idarəetmə formasını dəyişərək qapalı tipli səhmdar cəmiyyətinə (QSC) çevrilmişdir. Hazırda "Baku Steel Company" QSC Azərbaycanda qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən biridir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət öz məhsullarını Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, İtaliya, İspaniya da daxil olmaqla 20-dən çox ölkəyə ixrac edir. 2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub. == İstehsalat == "Baku Steel Company" QSC-nin poladəritmə üzrə ümumi istehsal gücü ildə 700000 tondur. Hazırda müəssisədə en kəsiyi 125x125 və 150x150 mm-lik, uzunluğu 3000-12000 mm olan müxtəlif markalı polad pəstahlar, diametri 10-32 mm olan Avropa standartlarına uyğun armaturlar, həmçinin, 80-160 mm ölçülü şveller,40-125 mm ölçülü künclük, 100-160 mm ölçülü ikitavr və 5,5-8 mm diametrli polad məftil (katanka) istehsal edilir. Bundan əlavə zavodun en kəsiyi 100x100, 120x120, 130x130 və 140x140 mm ölçülü polad pəstahlar da istehsal etmək imkanı var.
Azərbaycan–Seyşel adaları münasibətləri
Azərbaycan–Seyşel adaları münasibətləri — Azərbaycan Respublikası ilə Seyşel Adaları Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 2-də qurulmuşdur.
Fallout Tactics: Brotherhood of Steel
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.
Seyşel adaları qadın milli voleybol komandası
Seyşel adaları qadın milli voleybol komandası — Afrika çempionluğu yaşamış milli komanda. Seyşel adaları Voleybol Federasiyasının nəzarəti ilə Afrika Voleybol Konfederasiyasının təşkilatçılıq etdiyi və digər yarışlarda öz ölkəsini təmsil edir. Seyşel adaları 14 dəfə təşkil edilən Afrika çempionatına yalnız 2 dəfə vəsiqə qazana bilmişdir. 2001-ci ildə ilk dəfə bu turnirə vəsiqə qazanan komandanın turnirdə nə edəcəyi böyük maraq doğururdu. Debüt ilindəcə heç kimin gözləmədiyi bir anda çempionluq yaşayan Seyşel adaları qadın millisi tarixi nailiyyət əldə etmişdi. Bu böyük sensassiya Seyşel adalarınının milli komandalar çərçivəsində qazandığı ilk uğur idi. Yaşanan çempionluq bu kiçik ada ölkəsinin idmanı üçün, hətta tarixi üçün önəmli bir uğur idi. İki il sonra keçirilən qitə çempionatında da iştirak edən yığma bir daha bu tip nüfuzlu yarışlara qatıla bilməmişdir. Seyşel adalarının iştirak etdiyi başqa bir turnir isə Afrika Oyunlarıdır. Son dörd Afrika Oyunlarının hamısına qatılmağı bacaran Seyşellərin bu turnirdəki ən böyük uğuru 2007-ci ildə yarımfinal oynamasıdır.