Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülağalı
Abdalağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu formasında qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türkmənşəli abdal etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur. == Əhalisi == Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.
Əbdülbağı Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bugünə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir.
Əbdülrza Rəfibəyli
Əbdülrza Şamməd oğlu Rəfibəyli (2 iyun 1998; Xətai rayonu, Bakı, Azərbaycan — 23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == 27 iyul 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanan Əbdülrza Rəfibəyli Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 4 yanvar 2018-ci ildə hərbi xidmət müddətini başa vurmuşdur. Topçu ixtisasıyla bağlı təcrübələr qazanmışdır. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Əbdülrza Rəfibəyli sentyabr ayında çağırılmışdır. 21 sentyabr tarixindən başlayan hərbi təlim toplantılarında da iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Əbdülbaqi Fövzi
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920). 1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928).
Əbdülbaqi Yusifzadə

Əbdülbaqi Yəzdi
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van vilayəti) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı. == Həyatı == İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur. == Vəkillik == 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur. == Yaradıcılığı == Baqi təxəllüsü ilə şeirlər yazmışdır. == Ailəsi == Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir.
Əbdülbaqi Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bugünə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir.
Əbdülhaq Abdullayev
Əbdülhaq Ağsaqqal oğlu Abdullayev (özb. Abdulhaq Oqsoqolovich Abdullayev; 30 dekabr 1918, Türkistan – 29 oktyabr 2001, Daşkənd) — Özbəkistan portret rəssamı, Özbəkistan SSR xalq rəssamı (1968), Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü. == Həyatı == Əbdülhaq Ağsaqqal oğlu Abdullayev 30 dekabr 1918-ci ildə Türkistan şəhərində anadan olmuşdur. Uşaqlıq illərində rəsm çəkməyə meyli müəyyən edilmişdir. 1928-ci ildə o, Daşkənddəki fəhlə məktəbinə daxil olmuş, burada digər fənlərlə yanaşı, rəsm çəkməyin əsasları ilə də tanış olmuşdur. Abdullayev məktəbdə rəssamlıq peşəsi haqqında ciddi düşünməyə başlamışdır. 1931-ci ildə rəssamlıq məktəbi yerləşdiyi Səmərqənd şəhərinə köçürülmüşdür. Abdullayev hansısa aktyorun portretinin surətini yazmışdı və məktəbdə yoxlanılanda onu imtahansız tələbə kimi qəbul etmişdilər. 1938–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.1940-cı, 1946-cı, 1953-cü illərdə Daşkənddə rəssamın əsərlərindən ibarət sərgilər keçirilmişdir. Abdullayev sənətlə bağlı bir sıra məqalələrin müəllifidir.
Əbdülbaqi Təbrizi
Mir Əbdülbaqi Təbrizi (az.-əbcəd میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əbcəd باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi == Həyatı == Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir. === Vəfatı === Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur.
Əbdülhaq Adnan Adıvar
Əbdülhaq Adnan Adıvar (1882, Gelibolu, Çanaqqala vilayəti – 1 iyul 1955, İstanbul) — Türk siyasətçi, yazıçı, tarixçi, akademik və həkim. Respublikasının ilk tarixçisi, Parlament dövrünün ilk səhiyyə naziridir. (Cümhuriyyət dövrünün ilk səhiyyə naziri Adnan Adıvardan sonra gələn Refik Saydam idi). Birinci Parlamentdə millət vəkili olmuş və parlamentin ikinci sədri olmuşdur. Türkiyənin ilk müxalifət partiyası olan Tərəqqipərvər Cumhuriyyət Partiyasının qurucularından biridir. Romançı Halide Edipin həyat yoldaşıdır. == Həyatı == 1882-ci ildə Gəliboluda anadan olub. Kadi Ahmet Bahai Əfəndi və Sabiha Hanımın oğludur. Məktəb həyatı İstanbulda keçdi. İbtidai təhsilini Tərəqqinin Nümunəsi Məktəbində, orta məktəb təhsilini "Mülki İdadi"-də bitirmişdir.
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair == Həyatı == Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. == Yaradıcılığı == Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.
Mir Əbdülbaqi Təbrizi