ÇEVRİLMƏK


1. məch. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək.
O başını yellədib bir ah çəkdi dərindən, “Ah” alova çevrilib saçıldı gözlərindən. B.Vahabzadə.

2. t-siz. Tez-tez bir haldan başqa hala keçmək. Su donaraq buza çevrilmişdir. – Radium parçalanaraq axırda qurğuşuna çevrilir. “Günəşin tarixi”.
// məc. Dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq.
Bulağa gəlirkən [Zöhrədə] olan nəşə indi tamamilə kədərə çevrilmişdi. Ə.Vəliyev.
Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov.

3. məch. İstiqamətləndirilmək, yönəldilmək. Pulemyotlar düşmənə tərəf çevrildi.
– Toplara bax, toplara, tanklara bax, tanklara; Od saçan lülələri çevrilibdir gör hara? B.Vahabzadə.

4. f. Dönmək, devrilmək.
Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli.
Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev.

5. f. Özünü çevirmək, özünü döndərmək, dönmək.
Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. M.Hüseyn.
Midhəd gözlərini açdı, təyyarənin böyrü üstə çevrildiyini ani olaraq duydu. Ə.Vəliyev.

// Üzünü, ya bədənini döndərmək, başqa səmtə döndərmək, dönmək.
Faytonçu çevrilib Qəhrəmana baxdı. S.Rəhimov.
Ayna çevrilib geri baxdı. Ə.Məmmədxanlı.

6. məch. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. Meynəlik çevrilib qurtarmışdır.
– Torpaq çevrilmək, nəfəs almaq istəyir. Ə.Vəliyev.

7. məch. Tərcümə olunmaq. Əsər bir neçə dilə çevrilmişdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇEVRİLMƏK çevrilmək bax dönmək 1
  • ÇEVRİLMƏK döndərmək — qaytarılmaq
  • ÇEVRİLMƏK eşələnmək — qurdalanmaq
  • ÇEVRİLMƏK dönmək — burulmaq
  • ÇEVRİLMƏK devrilmək — yıxılmaq

Etimologiya

  • ÇEVRİLMƏK Çevirmək sözü ilə bağlıdır, kökü çevr yox, çevir kimi başa düşülməlidir (orfoqrafiyada da i saxlanılmalıdır)
ÇEVRİLMƏ
ÇEVRİM

Digər lüğətlərdə

аресто́вывать беспринци́пный взорва́ть неутеши́тельность обгуля́ться перечи́ниваться реве́ть хи́трый-прехи́трый шрифтови́к благоде́нствие кровопи́вец недослу́шиваться поиспо́ртиться сатири́ческий тере́ться ballista burying place dog in the manger eponymize tail-feather widely аллергия гостиничный перемерзать посреднический