Əbdülrza Şamməd oğlu Rəfibəyli (2 iyun 1998; Xətai rayonu, Bakı, Azərbaycan — 23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əbdülrza Rəfibəyli | |
---|---|
Əbdülrza Şamməd oğlu Rəfibəyli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xətai rayonu, Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2018; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2022 2021 |
Əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuşdur.[1] Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil almışdır.
27 iyul 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanan Əbdülrza Rəfibəyli Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 4 yanvar 2018-ci ildə hərbi xidmət müddətini başa vurmuşdur. Topçu ixtisasıyla bağlı təcrübələr qazanmışdır.
2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Əbdülrza Rəfibəyli sentyabr ayında çağırılmışdır. 21 sentyabr tarixindən başlayan hərbi təlim toplantılarında da iştirak etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 23 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]