Əbdülağalı

Abdalağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[2]

Abdalağalı
40°08′16″ şm. e. 45°19′45″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.956 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.267 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Abdalağalı xəritədə
Abdalağalı
Abdalağalı

Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu formasında qeyd edilir[3]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].

Toponim türkmənşəli abdal etnonimi[5] əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur.

Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır[6].

XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.l
  5. Пигулевская Н. Сирийские источники по истории народов СССР, М.Л., АН СССР, 1941. s. 165
  6. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.67