Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülhəsən Məmmədov
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Azərbaycan SSR – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı. == Həyatı == Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur.
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. == Həyatı == 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. === Təhsili === Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. == Elmi fəaliyyəti == Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. === Elmi göstəriciləri === O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.
Tofiq Əbdülhəsənli
Tofiq Əbdülhəsənli — Filologiya elmləri doktoru, professordur. Əməkdar Mədəniyyət İsçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi” və “Araz Ali Ədəbi” mükafatları laureatıdır. == Həyatı == 1955-ci il dekabrın 30-da Neftçala rаyоnunun Pirəbbə kəndində аnаdаn оlmuşdur. 1973-1981-ci illərdə Azərbaycan Dövlət Univеrsitеtinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. 2000-cı ildə Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışmışdır. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1985-1990-cı illərdə “Gənclik” nəşriyyatının redaktoru işləyib.
Əbülhəsən
Əbülhəsən — kişi adı. Əbülhəsən Ələkbərzadə — Azərbaycan SSR xalq yazıçısı (1979) Əbülhəsən Marağayi — Məşhur Azərbaycan həkimi və alimi Əbülhəsən Bəhmənyar — Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Əbülhəsən Anaplı — aktyor. Əbülhəsən Əşəri — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Əbülhəsən xan Səba — İranın ustad misiqiçisi, bəstəkar Əbülhəsən Raci — şair Əbülhəsən Vaqif — XIX əsr Azərbaycan şairi. Əbülhəsən xan İqbali Azər — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Əbülhəsən bəy Baharlı — Dekanın sultanı, qütbşah.
Əbülhəsən Abbasov
Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub. == Həyatı == 12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi. == Əmək fəaliyyəti == 1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub.
Əbülhəsən Anaplı
Əbülhəsən Anaplı — Azərbaycan teatrının ən görkəmli komiklərindən biri, aktyor. == Həyatı == 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib. == Yaradıcılığı == Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib. == Çıxış etdiyi tamaşalar və oynadığı rollar == Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur.
Əbülhəsən Banisədr
Əbülhəsən Bənisədr (tam adı: Səyyid Əbülhəsən Bənisədr, fars. سیدابوالحسن بنی‌صدر‎; 22 mart 1933[…], Həmədan – 9 oktyabr 2021, Parisin 13-cü dairəsi[d]) — İran dövlət xadimi, 1979-cu ildə baş tutan İran İslam İnqilabından sonra ölkənin demokratik yolla seçilən ilk prezidenti.Əbülhəsən Bənisədr uzun müddətdir ki, Fransada yaşayır. 1960-cı illərdə İrandakı şah əleyhinə tələbə hərəkatında iştirak elədiyi üçün iki dəfə tutulub və 1963-cü ildə yaralandıqdan sonra Fransaya köçərək 1979-cu ildə Xomeyni ilə birgə İrana qayıdanadək burada məskunlaşıb. 5 fevral 1980 — 20 iyun 1981-ci illər arasında prezident kimi fəaliyyət göstərmişdir. Hakimiyyətdəki dindar qüvvələrə qarşı hərəkət etməsi səbəbi ilə vəzifədən uzaqlaşdırılıb. Bənisədr 22 Mart 1933 -cü ildə Həmədan şəhərində anadan olmuşdur. Atası ayətullah idi və Ruhullah Xomeyniyə yaxın idi. İran İnqilabından sonra Banisadr 4 fevral 1979 -cu ildə maliyyə nazirinin müavini oldu və 27 fevral 1979 -cu ilədək vəzifədə oldu. Bazargan və başqaları müvəqqəti hökuməti qurmaq üçün məclisdən çıxanda da inqilabi məclisin üzvü oldu. 27 Fevral 1979 -cu ildə müvəqqəti maliyyə naziri Əli Ardalanın istefasından sonra o vaxtkı baş nazir Mehdi Bazarqan tərəfindən maliyyə naziri təyin edildi.
Əbülhəsən Bəhmənyar
Əbülhəsən Bəhmənyar Azərbaycani (993 – 1067) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır. == Həyatı == Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar.
Əbülhəsən Eyvazov
Əbülhəsən Balaş oğlu Eyvazov (1 noyabr 1996, Mollakənd, Kürdəmir rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eyvazov Əbülhəsən Balaş oğlu 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı. == Hərbi xidməti == 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir.
Əbülhəsən Həsənzadə
Əbülhəsən Mirzə oğlu Həsənzadə (20 avqust 1997; Havzova, Lənkəran rayonu, Azərbaycan — 4 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzova kəndində anadan olmuşdur. Ailəsində 2 qardaş və 1 bacı olmuşdur. 2003-2014-cü illərdə şəhid Aydın Əliyev adına Lənkəran rayon Havzova kənd tam orta məktəbində təhsil almışdır. Təhsil müddətində 2012-2014-cü illərdə Lənkəran İslam Kollecində oxumuşdur. Hərbi xidmətini bitirdikdən sonra Rusiyada yaşamış və işləmişdir. Subay idi. == Hərbi xidməti == Əbülhəsən Həsənzadə 2015-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, Tərtər rayonu istiqamətində fərqlənmişdir.
Əbülhəsən Marağayi
Əbülhəsən Marağayi və ya Əl-Məraği — Azərbaycan həkimi və alimi. == Həyatı == Əbülhəsən Marağayi İranın Marağa şəhərində anadan olmuşdur. 1775/1756-cı ildə fars dilində tibb və əczaçılıq üzrə "Müalicəti-münfəridə" əsərini yazmışdır. Bu kitabda müxtəlif xəstəliklərin müalicəsindən və bir çox dərman otlarının, mineral və heyvanların sağaldıcı keyfiyyətlərindən bəhs olunur. Sinir sistemi xəstəliklərindən migren, meningit, yaddaşın pozulması, depressiya, qarabasmalar, epilepsiya, insult, iflic və sair xəstəliklər haqqında ardıcıl məlumat verilir. Məsələn, Əbülhəsən Mərağayi qıcolmalara qarşı süsən, maral piyi, çödükotu, bal, sədəfotu və kastordan (qunduzun qoxu vəzisindən) hazırlanmış yağdan istifadə etməyi tövsiyə edirdi.Kitab həcmcə böyük olmasa da, ensiklopedik xarakter daşıyır, tibb və əczaçılıq elmlərinin əsas məsələlərini əhatə edir. Əsəri yazarkən, müəllif ondan öncə yaşamış məşhur azərbaycanlı alimlərin kitablarından, xüsusilə də Yusif İbn İsmayıl Xoyinin "Cəmül-Bağdadi" əsərindən yararlanmışdır. Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.
Əbülhəsən Raci
Əbülhəsən Raci (1831, Təbriz – 1876, Qırmızı dəniz) — şair. == Həyatı == Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu".
Əbülhəsən Rahibi
Əbülhəsən Şəvtir oğlu Rahibi - coğrafiyaçı , tarixçi , şair. == Həyatı == Rahibi 1848-ci ildə İranda doğulmuşdur. 1859-1860-cı ildə ilk səyahəti olan Lib səyahətinə başlamışdır. Bu səyahətdə bütün İranı gəzmiş və çoxlu məlumatlar yazmışdır.1861-1863-cü ildə Ərəbistanı gəzmişdir sonra yenidən (1864-cü ildə) İrana qayıtmışdır. 1865 və 1869-cu ildə Türkiyəni , 1871-ci ildə isə Rusiyanı gəzmişdir. 1872-ci ildə Azərbaycanda olmuş və bu ölkə haqda çoxlu məlumatlar yazmışdır. Həm də bu ildə Civkəri adli bir əsər yazmışdır. 1873-cü ildə İrana qayıdanda ajanlar tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür. Deyilənə görə ürəyinə 23-dən çox xəncər batırılmışdır.
Əbülhəsən Vaqif
Əbülhəsən Vaqif (1845, Salyan – 1914, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Əbülhəsən Vaqif 1845-ci ildə Salyan şəhərində bərəçi ailəsində doğulmuşdur. İlk təhsilini Salyanda mədrəsədə almış, fars dilini və klassik ədəbiyyatı öyrənmişdir, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən çıxaraq atasının yanında işləmişdir. Yalançı ruhanilər əleyhinə yazdığı tənqidi şeirlər onun təqibinə səbəb olmuş və şair 1888-ci ildə Salyanı tərk edərək Bakıya köçmüşdür. Vaqif Bakıda yaşayarkən "Məcməüş şüzra" ədəbi məclisinin yığıncaqlarına getmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə yaxınlıq vs dostluq etmişdir, O, 1914-cü ildə Bakıda vəfat etmiş və Şıx (Bibiheybəi) qəbristanlığında dəfn olunmuşdur. İlk şeirlərini gənclik illərində yazan Vaqifin bəzi qəzəlləri XX əsrin əvvəllərində mətbuat səhifələrində görünmüşdür, lakin onun əsərləri tam halda əldə yoxdur. Ədəbiyyatşünas — alim Cənnət Nağıyeva şairin boyük zəhmət bahasına ələ gətirə bildiyi əsərlərini toplayaraq, 2000-ci ildə Bakıda nəşr etdirmişdir.
Əbülhəsən Ələkbərzadə
Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979). == Həyatı == Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir. "Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur. 1986-cı ildə vəfat etmişdir.
Əbülhəsən Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər – təq. 935, Bağdad, İraq, Abbasilər) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Mirzə Əbülhəsən Kamiranizadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən Kamranzadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən Şəhid
Mirzə Əbülhəsən Kərbəlayı Kazım oğlu Şəhid – şair, qazı. == Həyatı == Mirzə Əbülhəsən Şəhid 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Merdinli obasındandır. İbtidai təhsilini molla yanında almışdı. Bir müddət sərraclıq etmişdi. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa məscidinin axundu, sonra Cavanşir qəzasının qazısı olmuşdu. Şair idi. Şəhid təxəllüsü ilə klassik üslubda şeir yazırdı. Mirzə Əbülhəsən Şəhid 1884-cü ildə vəfat edib.
Şeyx Əbülhəsən Xərqani
Şeyx Əbülhəsən Xərqani (963-1033)— sufi şair, arif. == Həyatı == Bu görkəmli arif 351 ya 352-ci hicri ilində Qəleno kəndində anadan olub və 425-ci hicri ilində 73 yaşında anadan olduğu kənddə əbədiyyətə qovuşub.Şeyx Əbülhəsən Xərqaninin tanınmış şagirdlərindən olan Xacə Abdullah Ənsari 5-ci hicri əsrinin tanınmış ariflərindən olub. == Kəraməti == Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbülhəsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə mə᾽ruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir. Yolçu deyilən istiqamətdə yola çıxıb, bir müddət sonra şeyxin çır-çırpı ilə qayıtdığını görür.
Əbülhəsən Tana Şah
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlılar sülaləsi – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. == Həyatı == Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. == Hakimiyyəti == 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Əbülhəsən bəy Baharlı
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlılar sülaləsi – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. == Həyatı == Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. == Hakimiyyəti == 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Əbülhəsən xan Səba
Əbülhəsən xan Səba (15 aprel 1902, Tehran – 19 dekabr 1957)— İranın ustad misiqiçisi, bəstəkar == Həyatı == O,1902-ci ildə Əbülqasım xan Kamaləssəltənə bin Məhəmmədcəfər xan Sədrülhükəma bin Mahmud xan Məlikəşşüara, Səbaəlşüəara bin Məhəmmədhüseyn xan Məlikəşşüara Kaşinin ocağında dünyaya gəlmişdi. Əbülhəsən xan İranın böyük ustadları Mirzə Abdulla və Dərviş xanın yanında şərq musiqisinin sirlərini öyrənmişdi. Hacı xan Zərbidən dünbək çalmağı, Əliəkbərşahdan santur ifa etməyi əxz etmişdi. Sonra Hüseyn xan İsmayılzadənin yanında kamança çalmağı mənimsəmişdi. Skripkaya meyl salmış, bu aləti də Hüseyn Həngafərindən öyrənmişdi. Bunlara qane olmamış, ustad Əlinağı Vəzirinin musiqi məktəbinə yazılmışdı. Burda musiqi nəzəriyyəsini, ney, fleyta və başqa nəfəs alətlərini də tamam-kamal əxz etmişdi. Özü ustad dərəcəsinə çatandan sonra İran musiqisinin tacı sayılmışdı. Onun istedadını görən Əlinağı Vəziri dərs deməyə həvəsləndirmişdi. Səba 1927-ci ildə Rəşt şəhərində musiqi məktəbi yaratmışdı.
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Ağa Əbülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Avşar(Urmiya – 1888) — Azərbaycan rəssamı. == Həyatı == Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı. Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. ("Əl-məsair vəl-asar"-"Hünərlər və əsərlər") == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh.
Mirzə Əbülhəsən xan Şirazi
Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi (1776-4 avqust 1846) — Qacarlar dövlətinin xarici işlər naziri, şair. == Həyatı == Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı.
Əbülhəsən mirzə Qovanlı-Qacar
Əbülhəsən mirzə Məhəmmədtağı mirzə оğlu Qоvanlı-Qacar (1847-1919)—şair, siyasətçi. == Həyatı == Əbülhəsən mirzə Məhəmmədtağı mirzə оğlu 1847-ci ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Şair və yazıçı idi. Hеyrət təxəllüsü, Şеyxürrəis ləqəbi vardı.Bir müddət о, Iran şəhərlərinə Misir, Hindistan və Оsmanlı ölkələrinə səyahət еtmiş, "Ittihadül-islam", "Kitabül-əbrar" ("Azad adamlarının kitabı") və "Müntəxəbi-nəfis" kimi bir nеçə əsər yazmışdır. Оnun fars və ərəb dillərində sеçilmiş şеirlərindən və nəsr yazılarınldan ibarət оlan sоn əsəri hicri qəməri 1312 (1894)-ci ildə Bоmbеydə çap еdilmişdir. Bu kitabın müəllifi (M.Tərbiyət) Iran Məclisi Şurasının ikinci çağırışı üçün Təbrizdən nümayəndə sеçildiyi zaman Şеyxürrəis də Mazandarandan nümayəndə sеçilmişdir. Şеyxürrəis aşagıdakı qəzəli Məclisi Şurada siyasi qruplar arasında оlan ixtilaflar haqqında ixtisarla nəzmə çəkmişdir: == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Əbdülhüseyn Babayev
Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957). == Həyat və yaradıcılığı == Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır.Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir.Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır.Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.Əbdülhüseyn Babayev bir neçə il Azərbaycan Dövlət Rəssamlıq Məktəbində şəbəkə emalatxanasına rəhbərlik etmişdir. Onun şagirdlərindən Ağasəf Cəfərov, Mirzəağa Qafarov, Amil Salamov bu sənəti öyrənmiş və müxtəlif şəbəkə kompozisiyaları yaratmışlar.Əbdülhüseyn Babayev müharibə illərindəki fəaliyyətinə görə "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmiş və ona xalq tətbiqi incəsənəti sahəsindəki xidmətlərinə görə 5 yanvar 1957-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.Əbdülhüseyn Babayev 1961-ci ildə Bakıda vəfat etmişdir. SSRİ xalq rəssamı Mikayıl Abdullayev 1961-ci ildə şəbəkə ustasına həsr etdiyi "Yüz yaşlı usta Əbdülhüseyn Babayev" portretini tamamlamış və bu əsər müxtəlif ölkələrdə nümayiş etdirilmiş, Tretyakov qalereyasında saxlanılmışdır.
Əbdülhüseyn Nuşin
Əbdülhüseyn Nuşin (fars. عبدالحسین نوشین‎; 1906, Məşhəd – 1971, Moskva) — İran teatr xadimi və yazıçısı. == Həyatı == Əbdülhüseyn Nuşin 1905-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. 1950-ci ildən SSRİ-də yaşamışdır. 2 may 1971-ci il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Fəaliyyəti == O, 1929-cu ildə Tehran aktyorluq məktəbini, 1940-cı illərdə isə "Firdovsi" və "Fərhənk" teatrlarını təşkil etmiş, milli teatr sənətinin inkişafında xidməti olmuşdur. Vilyam Şekspir, Moris Meterlink, Anton Çexov, İvan Turgenov, Maksim Qorki və başqalarının əsərlərini tərcümə etmiş və tamaşaya qoymuşdur. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin quruculuğunu vermişdir. Nuşin kəndli əhalisinin ağır həyatından bəhs edən "Əlimurad xan və başqaları" (1959) povestinin, ailə-məişət mövzusunda olan "Pozğun" və "Məryəm", eləcə də İran fəhlələrinin mübarizəsindən bəhs edən "Səhər xoruzu" pyeslərinin müəllifidir. 1952-ci ildə Tehran şəhərində çap olunan "Teatr sənəti" dərsliyinin müəllifidir.
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. == Həyatı == Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu.İbtidai təhsilini doğma şəhərində almışdı.Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı.Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib. == Yaradıcılığı == İranda Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V.Dostgerdi, S.Nəfisi, Ə.Şəhabi, M,Sərvət, Ə.Zərrinkub, B.Zəncani, S.Həmidi və başqalarını göstərmək olar.
Əbdülhüseyn Əmini
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini (1902-1970) — İslam alimi. Məşhur "Əl-Qədir" kitabının müəllifi. == Həyatı == Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1902-ci ildə Təbrizdə bütün nəsli alim, fəqih, abid, zahid və ədib olan bir ailədə dünyaya göz açmışdır. O, iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatmışdır. İbtidai təhsilini möhtərəm atası alim və fəqih Mirzə Məhəmməddən öyrəndi. Sonra o dövrün İslam elminin və mədəniyyətinin ən tanınmış mərkəzi sayılan Təbrizin Talibiyyə mədrəsəsində təhsil almışdır. Ərəb ədəbiyyatı, fiqh və üsuli-fiqh elmlərini Təbrizin məşhur alim və ariflərinin, o cümlədən Ayətullah Seyid Məhəmməd Hüseyn Musəvinin və Ayətullah Seyid Murtəzanın yanında öyrəndi. Əbdül-Hüseyn dərin istedada və zəkaya malik olduğu üçün Təbrizlə kifayətlənməyib təhsilini davam etdirmək üçün o dövrün ən məşhur dini və elmi mərkəzlərindən olan İraqın Nəcəf şəhərinə yollandı və oranın ən böyük alim və fəqihlərinin yanında dərs aldı. Əbdül-Hüseyn Nəcəfdə dini təhsilinin birinci mərhələsini başa vurduqdan sonra doğulduğu şəhərə, Təbrizə qayıdır və dini elmlərin tədrisi, təbliği və tədqiqatı ilə məşğul olur. Onun bu dövrdə qələmə aldığı kitablarından Quran haqqında olan "Fatihətül-kitab" əsəridir.