Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbubəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. == Həyatı == 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib.
Əbubəkr (ad)
Əbu Bəkr, Əbubəkr — ad.
Əbubəkr Tehrani
Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی‎ ) - Şahrux, Cahanşah və Uzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi == Həyatı == Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır. Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır. Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir".
Əbubəkr Urməvi
Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdinyar Urməvi (?-944) — Azərbaycan sufi alimi. == Həyatı == Şeyx Mahmud Xoyi özündən əvvəl Azərbaycanda yaşamış məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvinin (ölümü 944) ideyalarına əsaslanaraq "Əxilik" adı ilə məşhurlaşmış hərəkatın əsasını qoymuş və bu hərəkat Azərbaycanın və Türkiyənin tarixində dərin izlər buraxmışdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yezdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyətləri ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami "Nəfaxat-ul-Üns", Əlişir Nəvayi isə "Nəsayim-ul-Məhəbbə min Şəmayim-ul-Futuvvə" adlı əsərlərində geniş məlumat vermişdirlər. X əsrdə yaşamış İbn Yezdanyar öz dövründə yayılmış batil inam və xürafələrə, o cümlədən bunların əsas yayıcısı olan sufi cərəyanlarına qarşı ciddi mübarizə aparmışdır. Məlum olduğu kimi XIII əsrdə yaşamış İbn Teymiyyə sufilik və digər bidətçi cərəyanlara qarşı öz əsərləri ilə ciddi mübarizə apardığı üçün istər öz dövründə, istərsə də bu gün tənqidlərə məruz qalmışdır.
Hacı Əbubəkr Paşa
Hacı Əbubəkr Paşa (d. 1670 — ö. yanvar 1759) — Osmanlı sultanı III Əhməd və I Mahmudun dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Alanyalı olub, saraydakı yaxınlarının vasitəsilə öncə gömrükçü, daha sonra qapıçıbaşı olaraq çalışdı. 1718-ci ilin aprelində baş çavuş, 1722-ci ilin mayında zərbxana əmini, 1723-cü ilin aprelində isə yenidən baş çavuş təyin edildi. Daha sonra 1724-cü ilin noyabrında Ciddə və Həbəşistan, 1727-ci ilin sentyabrında Misir, 1729-cu ilin iyulunda yenidən Ciddə bəylərbəyi oldu. 1731-ci ilin oktyabrında Anadolu bəylərbəyi, 1732-ci ildə kaptan-ı dərya, 1733-cü ilin mayında nişançı vəzir, 1734-cü ildə Rumeli bəylərbəyi, 1740-cı ildə Moreya valisi, 1743-cü ilin oktyabrında yenidən Ciddə valisi oldu. 1749-cu ildə Bosniya bəylərbəyi, 1750-ci ildə ikinci dəfə kaptan-ı dərya seçildi. 1751-ci ilin fevralında təqaüəd ayrılsa da, çox keçmədən yenidən Ciddəyə təyin olundu. Bahir Mustafa Paşanın sədarətə gəlməsinin ardından Gəliboluya sürgün edilsə də, 3 il sonra yaşlılığı səbəb göstərilərək geri çağırıldı.
Əbubəkr (Eldəniz hökmdarı)
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Əbubəkr Tahiran Əbhəri
Abdullah bin Tahir bin Haris Tayi (d.940) — Şeyx Əbubəkr Əbhəri bin Tahirtiyan adıyla da tanınan arif, zahid və alim ki, nəsəbi Hatəm Tayiyə yetişirdi və Əbhər şəhərində dünyaya gəlmişdir. Yusif bin Hüseyn Razi, Rey və Qohistan şeyxi və Müzəffər Fərmisinin yanında təhsil almışdır. və Əbhər şəhərində vəfat edib və türbəsi bu şəhərdədir. == İstinadlar == == Mənbə == سلمی، محمدبن حسین، طبقات الصوفیه، لیدن، 1960م Sələmi, Məhəmməd bin Hüseyn, Sufiyə mərtəbələri, Liden, 1960. نوربخش، سیدمحمد، "سلسله الاولیاء"، جشن نامۀ هانری کربن، تهران، 1345ش/1397ق. Nurbəxş, Seyid Məhəmməd, Silsileyi Oliya(Oliya silsiləsi),Henri Korbənin anım mərasimi ,Tehran,1966.
Əbubəkr mirzə Dərbəndi
Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı. == Uşaqlığı == Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır. == Taxta iddiası == 1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir.
Əcəmi Əbubəkr oğlu
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır.
Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi
Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi == Həyatı == IX əsrin sonu X əsrin birinci yarısında yaşayıb yaratmış əbubəkr Məhəmməd ibn Abdullah Bərdəi olmuşdur. O təqribən 890-cı illərdə Bərdədə anadan olmuşdur. Gələcəyin görkəmli hüquqşünas və ortadoksal demokratı əbubəkr ilk təhsilini doğma şəhərdə almış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mədəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, səbəbsiz də deyildi. X əsrin ortalarından Bərdə şəhəri ziddiyətlərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və dövlətli Bərdədə böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedirdi. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən yerli xristianlıq və ona xidmət edən əhalinin gəlmə dinə müqaviməti, üçüncü tərəfdən çoxallahlılıqla əlaqədar azlıqda qalan əhalinin öz dinini mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə hərki-hərkiliyə səbəb olmuşdur. Belə ki, ziddiyətli dövrdə gənc mötəziləçi güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir. əbubəkr Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatını özünün "əlfihristi" (göstərici) əsərində təsvir etmiş ərəb müəllifi Məhəmməd İbn İsaq ən-Nədm əl-Vərraq əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haqqında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci ildə görüşmüşlər.
Əbubəkr ibn Xosrov əl-Ustad
Əbubəkr ibn Xosrov əl-Ustad — XII əsr Azərbaycan yazıçısı, şair, alim və pedaqoq == Həyatı == Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında anadan olmuşdur. Parlaq istedadlı, mükəmməl təhsili, ensiklopedik bilikləri sayəsində hələ gənc ikən bir ədib və müəllim kimi şöhrət tapmışdır. Məhz bu keyfiyyətlərinə görə o, hələ Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə (1136-1175) saraya dəvət olunmuş, gənc şahzadələrin müəllimi təyin edilmiş və otuz ildən artıq bir müddətdə bu sahədə fəaliyyət göstərmişdir. Yazıçının «əl-Ustad» təxəllüsü də, şübhəsiz, onun pedaqoji fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin Əbubəkr ibn Xosrov sarayda yalnız müəllimlik etməklə kifayətlənməmiş, geniş bədii yaradıcılıqla məşğul olmuş, nəzm və nəsrlə bir sıra iri həcmli əsərlər yazmışdır. Əbubəkr ibn Xosrovun həyatı Atabəylər dövlətinin mərkəzi şəhərlərində, ilk növbədə, Naxçıvanda, Həmədanda, Gəncədə, Təbrizdə keçmişdir. Yazıçı bu baxımdan dövrümüzə qədər gəlib çatmış yeganə əsəri olan «Munisnamə»də yalnız bir faktı xatırlayır: 1181-ci ildə Zəncanda olduğunu və şeyx Cəmaləddin Əbül-Məhasin Zəncani ilə görüşdüyünü qeyd edir. Əl-Ustad istər əvvəlki əsrlərdə, istərsə də öz dövründə yaradılmış ədəbi, fəlsəfi, dini, elmi irsə dərindən bələd olmuşdur. «Munisnamə»nin təkcə giriş hissəsində o, Əscədi, Firdovsi, Sənai, Rəşidəddin Vətvat kimi görkəmli klassiklərin şeirlərindən misallar vermişdir. == Əsərləri == “Munisnamə”nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir: 1.
Əbubəkir (Xaybulla)
Əbubəkir kəndi (başq. Әбүбәкир) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Fyodorovka kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əbubəkir kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 18 km., kənd sovetliyindən (Fyodorovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 74 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Əbunəsr Farabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Əbunəsr Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Abubakr Abakarov
Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Abubakr İslambəyoviç Abakarov 1999-cu il yanvarın 28-də Rusiyanın Xasavyurt şəhərində anadan olub. Milliyyətcə çeçendir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Zəlimxan Hüseynovdur. == Karyerası == Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu. 2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu.
Əbuzər Gəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Əbuzər İbrahim Türkman
Əbuzər İbrahim Türkman (1968, Tehran) — Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri == Həyatı == == Təhsili == O, Mofid Universitetində xüsusi hüquq sahəsi üzrə doktorluq müdafiə etmişdir.
Əbuzər İbrahimi Türkman
Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. == Çalışdığı vəzifələr == Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. == Əsərləri == Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. == İstinadlar == https://icro.ir/. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı".
Əbuzər əl-Gifari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Əbuzər əl-Ğəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Martin Buber
Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri. == Həyatı == 1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur. == Fəaliyyəti == İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: “Mən və Sən” (“Ich und Du”, 1923), “İlahi Çarlığı” (“Königtum Gottes”, 1932), “İnsanın problemi” (“Das Prob lem des Menschen”, 1948) “Etiqadın iki obrazı”, (“Zwei Glaubensweisen”, 1950), “Xeyir və Şərin obrazları” (“Bilder von Gut und Böse”, 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında “dialoq” kimidir. Yunan monologizminə qarşı duran “dialoq” ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.
Yeşim Büber
Yeşim Büber (18 avqust 1977, Aydın) — Türkiyəli aktrisa .