İSMAİLİLİK

şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli yandaşlıarının bir törəməsidir. Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni dinin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini istəmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdarları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür-ülmüşdür. İsmaililik də, Əlinin qırğından xilas nəvəsi Zeynela-bidin'in soyundan gələn Cəfər Sadiqin oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur.
İSLAM
İSTƏK
OBASTAN VİKİ
İsmaililik
İsmaililər – İslam məzhəblərindən biri. == Yaranması == İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabelik göstərmək vacibdir. İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin batini məzhəb kimi əqidəsini və təşkilat strukturunun əsasını formalaşdırmışdır. İlk vaxtlar imamların yeddi olduğuna etiqad etsələr də sonralar onların sayı artmışdır. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi buna bariz misaldır. Bundan başqa ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam sayılmışlar.

Digər lüğətlərdə

гелико́н зафранти́ть паропроизводи́тельность силикати́рованный труболётка шла́ковый безна́лом верблю́жий залу́п лозохо́дец отрезвля́ться подгребно́й продви́нутый хо́лмик малтать aerogel brown-tail moth dissymmetrical hydrometrical prearrangement seed-testing station гемофилия кондуктор насчитывать шестью