Əbubəkr ibn Xosrov əl-Ustad
Əbubəkr ibn Xosrov əl-Ustad — XII əsr Azərbaycan yazıçısı, şair, alim və pedaqoq
Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında anadan olmuşdur. Parlaq istedadlı, mükəmməl təhsili, ensiklopedik bilikləri sayəsində hələ gənc ikən bir ədib və müəllim kimi şöhrət tapmışdır. Məhz bu keyfiyyətlərinə görə o, hələ Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə (1136–1175) saraya dəvət olunmuş, gənc şahzadələrin müəllimi təyin edilmiş və otuz ildən artıq bir müddətdə bu sahədə fəaliyyət göstərmişdir. Yazıçının "əl-Ustad" təxəllüsü də, şübhəsiz, onun pedaqoji fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin Əbubəkr ibn Xosrov sarayda yalnız müəllimlik etməklə kifayətlənməmiş, geniş bədii yaradıcılıqla məşğul olmuş, nəzm və nəsrlə bir sıra iri həcmli əsərlər yazmışdır.
Əbubəkr ibn Xosrovun həyatı Atabəylər dövlətinin mərkəzi şəhərlərində, ilk növbədə, Naxçıvanda, Həmədanda, Gəncədə, Təbrizdə keçmişdir. Yazıçı bu baxımdan dövrümüzə qədər gəlib çatmış yeganə əsəri olan "Munisnamə"də yalnız bir faktı xatırlayır: 1181-ci ildə Zəncanda olduğunu və şeyx Cəmaləddin Əbül-Məhasin Zəncani ilə görüşdüyünü qeyd edir.
Əl-Ustad istər əvvəlki əsrlərdə, istərsə də öz dövründə yaradılmış ədəbi, fəlsəfi, dini, elmi irsə dərindən bələd olmuşdur. "Munisnamə"nin təkcə giriş hissəsində o, Əscədi, Firdovsi, Sənai, Rəşidəddin Vətvat kimi görkəmli klassiklərin şeirlərindən misallar vermişdir.
"Munisnamə"nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir:
1.