Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türk (türklərin əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.
Türk (türk xalqalrının əfsanəvi əcdadı)

Türk (türk xalqlarının əfsanəvi əcdadı)

Əcdad
Əcdad və ya ata-baba — valideyn və ya (rekursiv olaraq) bir antesedentin valideyni (yəni, baba, nənə, ulu baba, ulu nənə və s.). Əcdad "şəxsin törədiyi hər hansı bir şəxsdir. Qanunda bu, mülkün miras buraxıldığı şəxsdir". Əgər biri digərinin əcdadıdırsa və ya ortaq əcdadı paylaşırsa, iki fərd genetik əlaqəyə malikdir. Təkamül nəzəriyyəsində təkamül əcdadı paylaşan növlərin ortaq mənşəli olduğu deyilir, lakin bu əcdad anlayışı bəzi bakteriyalara və üfüqi gen köçürmə qabiliyyətinə malik digər orqanizmlərə aid edilmir. Bəzi araşdırmalar göstərir ki, ortastatistik insanın kişi əcdadlarından iki dəfə çox qadın əcdadı var. Bu, keçmişdə poliginiya münasibətlərin və qadın hiperqamiyanın yayılması ilə bağlı ola bilər.
Qışlaq Mədadlı (Xudafərin)
Qışlaq Mədadlı (fars. قشلاق مددلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (28 ailə).
Dadlı.az
Dadlı (Miyanə)
Dadlı (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 711 nəfər yaşayır (128 ailə).
Dadli
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər. == Ərazisi == Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir. == Tarixi == Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir.
Ədadil Qadınəfəndi
Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı. Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır. Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir.
Anna Dadli
Anna Dallas Dadli (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. == Erkən illəri və ailəsi == Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır. Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır.
Robert Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
Dadli Robert Herşbax
Dadli Robert Herşbax (18 iyun 1932[…], San-Xose, Kaliforniya) — ABŞ alimi. == Həyatı == Amerika kimyaçısı Herşbax 1932-ci ilin iyunun 18-də Kaliforniya ştatında San Xosedə doğulmuşdur. Stanford Universitetini 1954-cü ildə bitirmiş, 1958-ci ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1958–1963-cü illərdə Kaliforniya Universitetində işləmişdir. 1963-cü ildən Harvard Universitetinin professorudur. Əsas işləri fiziki kimyaya aiddir. Kimyəvi reaksiyaların sürətini və mexanizmini müfəssəl öyrənmək məqsədilə 1961-ci ildə bir elementar fiziki-kimyəvi prosesi digərindən ayırmaq məsələsini həll etmişdir. Bunun üçün reaksiyaya girən hissəciklərin – atomların və ya molekulların təcrid olunmuş, cüt toqquşmaları üçün şərait yaratmışdır. Bu halda əvvəlki və sonrakı toqquşmaların bu verilən elementar reaksiya aktına təsiri olmur. Reaksiyaya girən hissəciklərin dəstələrinin toqquşması üsulu ilə belə şərait yaratmaq mümkün olmuşdur.
Robert Uorren Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
Robert Vorren Dadli