Dadli Robert Herşbax

Dadli Robert Herşbax (18 iyun 1932[1][2][…], San-Xose, Kaliforniya[8]) — ABŞ alimi.

Dadli Robert Herşbax
Doğum tarixi 18 iyun 1932(1932-06-18)[1][2][…] (92 yaş)
Doğum yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
ABŞ Milli Elmlər medalı American Institute of Chemists Gold Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerika kimyaçısı Herşbax 1932-ci ilin iyunun 18-də Kaliforniya ştatında San Xosedə doğulmuşdur. Stanford Universitetini 1954-cü ildə bitirmiş, 1958-ci ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır.

1958–1963-cü illərdə Kaliforniya Universitetində işləmişdir. 1963-cü ildən Harvard Universitetinin professorudur.

Əsas işləri fiziki kimyaya aiddir. Kimyəvi reaksiyaların sürətini və mexanizmini müfəssəl öyrənmək məqsədilə 1961-ci ildə bir elementar fiziki-kimyəvi prosesi digərindən ayırmaq məsələsini həll etmişdir. Bunun üçün reaksiyaya girən hissəciklərin – atomların və ya molekulların təcrid olunmuş, cüt toqquşmaları üçün şərait yaratmışdır. Bu halda əvvəlki və sonrakı toqquşmaların bu verilən elementar reaksiya aktına təsiri olmur. Reaksiyaya girən hissəciklərin dəstələrinin toqquşması üsulu ilə belə şərait yaratmaq mümkün olmuşdur. 1960–1970-ci illərdə bir başa elementar proseslər adlanan ("qopma", "rikoşet" (səkdirmə) və aralıq mexanizmləri), prinsipcə üç yeni mexanizmi kəşf etmişdir.

Bu hallarda uzun və ya qısamüddət yaşayan aktivləşdirilmiş aralıq komplekslər yaranmır (kimyəvi reaksiyaların mütləq sürəti nəzəriyyəsinə görə yaranmalı idi).

Elementar kimyəvi prosesləri öyrənərkən bütün eksperimentləri qələvi metalların atomlarının iştirakı ilə obyektlər üzərində aparmışdır. Bu da səpələnmiş hissəciklərin o vaxtkı detektorlarının fiziki qüsurları ilə əlaqədar idi.

1967-ci ildə Li Yan ilə birlikdə kəsişən molekulyar dəstələr üsulunu işləyib hazırlamışdır.

1986-cı ildə Li Yan və Con Çarlz Polani ilə birlikdə "Kimyəvi elementar proseslərin dinamikası üzrə işlərinə görə" Nobel mükafatına layiq görülmüşdür. Məşhur "Simpsonlar" multserialda "Dəhşətlər evi 14" epizodunda Herşbax fizika üzrə Nobel mükafatının professor Frinkə təqdim edilməsini səsləndirmidir.

  1. 1 2 Dudley R. Herschbach // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Dudley Robert Herschbach // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  4. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  5. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  6. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  7. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  8. 1 2 Deutsche Nationalbibliothek Record #139397442 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.