Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant. == Həyatı == Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub. "Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir. Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). == Həyatı == Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Əfrahim Hüseynli
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Əfrahim Hüseynov
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Efraim Zuroff
Efraim Zuroff (ing. Efraim Zuroff; 5 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — ABŞ əsilli İsrail tarixçisi, nasist ovçusu Simon Vizental Mərkəzinin Qüds şöbəsinin rəhbəri. Nasist cinayətkarlarının axtarışında fəal fəaliyyəti ilə tanınıb. O, Baltikyanı ölkələrin Holokosta dair tarixi qiymətləndirmələri pozmaq və nasist və kommunist cinayətlərinin ekvivalentliyini təşviq etmək üçün bir sıra nasistləri məhkəməyə verməkdən imtina etdiklərinə görə tənqid edir. == Həyatı == Nyu-York şəhərində anadan olan Efraim Zuroff 1970-ci ildə İsrailə köçüb. Yeşiva Universitetində tarix üzrə bakalavr dərəcəsi alıb və Yeşiva Universitetinin Oğlan Liseyində oxuyub. O, Yerusəlim Yəhudi Universitetinin Müasir Yəhudilik İnstitutunda Holokost Tədqiqatları üzrə magistr dərəcəsi alıb və burada o, eyni zamanda ABŞ-dakı ortadoksal yəhudilərinin Holokosta reaksiyası haqqında doktorluq dissertasiyasını tamamlayıb. Dissertasiyada o, diqqətini ABŞ-da ortadoksal yəhudilərinin başlatdığı yəhudilərin xilasetmə cəhdlərinə həsr edir. 1939-cu də Amerika ortadoksal yəhudi ravvinləri tərəfindən yaradılan "Vaad ha-Hatzala"nın xilasetmə komitəsinin fəaliyyətini araşdırır. 2000-ci ildə Yeşiva Universiteti Nəşriyyatı və KTAV Nəşriyyatı "Vaad ha-Hatzala" tarixinə dair onun araşdırmasını nəşr edirlər.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 20 yanvar 1729 - 15 fevral 1781) - alman şairi, dramaturqu, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. Alman klassik ədəbiyyatının banisidir. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. == Həyatı == Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kamenç şəhərində kasıb pastor ailəsində doğulmuşdur. ailəsi belə hesab edir ki, nəsl ənənəsinə görə o da pastor olacaqdır. Lakin kiçik yaşlarından mütaliyəyə meyl göstərən Lessinq ilk təhsilini Maysendə knyaz məktəbində alır. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Xorayım (Nir)
Xorayım (fars. خراييم‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə).
Əbu Əzrayıl
Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (1 yanvar 1970, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. == Həyatı == İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür.
Ebrahim Əlidoxt
Ebrahim Əlidoxt (26 oktyabr 1967) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ebrahim Əlidoxt İranı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Fərahim Novruzov
Fərahim Nadir oğlu Novruzov (d. 1 sentyabr 1996; Səmədabad, Biləsuvar rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.