BÜRUZ

[ ər. ] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) – bax büruzə vermək.
Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə. S.Ə.Şirvani.
Gah-gah, bir para əfradi-bəninövi-bəşərdən büruz edir. M.F. Axundzadə;
büruzə çıxarmaq – bax büruzə vermək 2-ci mənada; büruzə vermək – 1) üzə çıxarmaq, aşkara çıxarmaq, göstərmək.
Yenə Mirzə Məmmədəli narazılığını büruzə verib başını bulayır. C.Məmmədquluzadə.
Lakin Tərlanın səsi titrəyirdi.
Böyümüş gözləri içindəki həyəcanı ancaq aydın büruzə verirdi. M.Hüseyn;

2) aşkara çıxmaq, üzə çıxmaq, özünü göstərmək, görünmək.
[Ov itlərinin] xasiyyətləri ovda büruzə verərdi. S.S.Axundov;
büruzə verməmək – üzə verməmək, göstərməmək, aşkara çıxarmamaq.
[Şəfiqə] öz narazılığını büruzə verməmək üçün çölə çıxdı. Ə.Vəliyev.

BÜRUDƏT
BÜRÜMƏ

Digər lüğətlərdə

вышёптывать зачмо́кать избира́тельный изохро́нный ква́рта маразмати́чески мили́ция мило́рд перечека́нка под спу́д тороси́ться хиппи́зм защепи́ть маркиро́вочный проду́мать простонаро́дье фестива́льный шу́йца American ash arboret Ogden vert англосакс антиамериканский прорезинивать