ƏFRAD

is. [ ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar.
Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır. C.Məmmədquluzadə.
[Əbülhəsən bəy:] Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik. M.S.Ordubadi.

□ Əfradi-məclis köhn. – səhnə əsərində iştirak edən şəxslər.
Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. M.F.Axundzadə.

ƏFLATUNİ
ƏFSANƏ

Digər lüğətlərdə

аванпо́ст боязли́вость изборозди́ться Псалти́рь разверну́ть рекламораспространи́тель выслу́живаться карьери́стка отёчность соскреба́ние франкмасо́нский answering service clock-glass cranial determinism hild localization plating psephitic quarrelling обмериться преминуть разделиться ставленник фаэтон