ƏFRAYIL

sevinclər, fərəhlər.
ƏFRASİYAB
ƏFRAYIM
OBASTAN VİKİ
Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant. == Həyatı == Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub. "Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir. Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.