Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədşah Atayev
Məmmədşah Qədim oğlu Atayev — sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent teatrşünas, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri, teatr muzeyinin direktoru(1955-1985). 1941-ci ildə müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil verilmişlər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə, 1939-cu il dekabr ayının 20-nə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər. Məmmədşah Atayevin 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada uğurlu çıxışları olmuşdur. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı. 1968 –ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1983–cü ildə Tbilisidə, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır.
Əhmədcan Kasimi
Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.
Əhmədcan Qasimi
Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.
Əhmədxan Bakıxanov
Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur. 26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əhmədxan Sultan
Əhmədxan Sultan (rus. Амет-хан Султан; 20 oktyabr 1920, Alupka – 1 fevral 1971, Moskva vilayəti) — Krım tatarı əsilli sovet hərbi pilotu. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı və Stalin mükafatına layiq görülmüşdür. Əhmədxan Sultan müharibə dövründə 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini vurmuşdur. Atası etnik lak, anası etnik krım tatarı olan Əhməd Xan 1920-ci ilin 25 oktyabr tarixində Krımda yerləşən Tavrida Quberniyasına bağlı Alupka adlı sahil qəsəbəsində anadan olmuşdur. Əhmədxanın şəxsi səyləri nəticəsində ailəsinin bir çox fərdi Krım tatarlarının deportasiyasından xilas olmağı bacarsa da, qardaşı QULAQ düşərgələrinə göndərilmiş və bir müddətdən sonra burada vəfat etmişdir. İkinci dünya müharibəsinə qırıcı təyyarə pilotu kimi qatılan Əhmədxan qısa zamanda özünü müsbət tərəfdən göstərməyi bacarır. Müharibə dövründə ümumilikdə 150-dən çox hava hücumundan iştirak edərək, fərdi şəkildə 30, qrup şəklində isə 19 alman qırıcı təyyarəsini zərərsizləşdirmişdir. Müharibədən sonrakı illərdə test pilotu olaraq peşəsinə davam etmişdir. Əhmədxan 1971-ci ilin 1 fevral tarixində növbəti test uçuşunu gercəkləşdirdiyi zaman baş verən qəza nəticəsində həlak olmuşdur.
Əhmədxan Əhmədov
II Əhmədxan sultan
II Əhmədxan sultan (? - 1830) — İlisu sultanı. Çar ordusu qvardiya polkovniki, sonuncu İlisu hakimi general-mayor Daniyal sultanın atası. == Həyatı == Əhmədxan sultan İlisu sultanı Alxas bəyin ailəsində doğulmuşdur. Anası Qazıqumuq hakimi Məhəmməd xanın qızı olmuşdur.Əhmədxan sultan 1803-cü ildə əmisi Xanbaba bəyi hakimiyyətdən kənarlaşdıraraq İlisu sultanı seçilmişdir.Bununla da sultanlığın ərazisinə qoşun yeritmək istəyən General Sisianovla sülh müqaviləsi bağlıyaraq Çar Rusiyasının vassallığını qəbul etmişdir. Hakimiyyətdə olduğu dövrdə Çar Rusiyasının İran şahzadəsi Abbas Mirzəyə qarşı apardığı hərbi əməliyyatlarda ilisu süvarilərinə başçılıq etmişdir. Belə əməliyyatlardan birində 1813-cü ildə General Kotlyarevskinin qoşununun tərkibində vuruşan Əhməd xanın süvariləri Aslandüz döyüşündə Qaradağ hakimi Allahyar xanı da əsir almışlar. 1826-cı ildə Əhmədxan İran şahından dəstək alan öz qaynı Balaağa bəy tərəfindən hakimiyyətdən kənarlaşdırılsa da yenidən rusların köməkliyi ilə sultanlığa sahib olmuşdur. Əhmədxan sultan cənubi Dağıstan və Şimali Azərbaycan hakimləri ilə sıx qohumluq əlaqələrinə malik olmuşdur.Onun iki arvadından 11 övladı olmuşdur.Oğlanları İmran ağa, Məhəmməd bəy, Xəlil bəy, Alxas bəy, Musa ağa, Daniyal bəy və iki qızı. Digər övladları uşaq yaşlarınd vəfat etmişlər.
Əhmədxan Əbu-Bakar
Musa Maqomedoviç Əhmədov (12 dekabr 1931, Kubaçi[d], Dağıstan MSSR – 23 oktyabr 1991, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — SSRİ, Dağıstan roman yazarı, yazıçısı, şairi, publisisti, ssenaristi, dramaturqu. Milliyətcə dargidir. Dağıstan ASSR xalq yazıçısı (1969). 'Musa Maqomedoviç Əhmədov 12 dekabr 1931-ci ildə Dağıstanın ucqar Kubaçı kəndində anadan olub. Milliyətcə dargi-kubaçidir. Musa Əhmədov ilk təhsilini kəndə almışdır. Sonradan Mahaçqalada oxumuşdur. Əhmədxan Əbu-Bakar 1956-cı ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Onun debütü şair kimi olmuşdur. Əbu-Bakarın ilk nəşrləri 1949-cu ildə "Dostluq" almanaxının Dargin nəşrinin səhifələrində çıxmışdır.
Əşrəf Qəni Əhmədzay
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Əhmədsər Gurab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.