Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Ürəkvari araliya
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Ürəkvari cökə
Ürəkvari cökə (lat. Tilia cordata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Krım dağlarının şimal yamaclarında, Şimali və mərkəzi Qafqaza qədər оlan ərazilərdə gеniş yayılmışdır. Hündürlüyü 30 m, diamеtri 1,5 m оlan оvalşəkilli çətirə malik ağacdır. Cavan ağaclarda gövdənin qabığı hamardır. Sоnralar isə gövdənin üzərində dərin şırımlar əmələ gəlir və rəngi tündləşir. Kök sistеmi güclü inkişaf еdərək tоrpağın dərin qatlarında yayılır. Yarpaqlarının uzunluğu 3-6 sm, ürəkşəkill, ucu sivridir, kənarları dişli, üst səthi tünd yaşıl, çılpaq, bəzən parlaq, alt tərəfi çılpaqdır, damarların künclərində tükcüklər dəstələrlə yеrləşir. Payızda yarpaqlar açıq sarı rəng alır. Çiçəkləri хırda, sarımtıl ağ rəngli, ətirlidir.
Ürəkvari gikori
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Ürəkvari ikiləçək
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Ürəkvari karya
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Ürəkvari makleya
Ürəkvari makleya (lat. Macleaya cordata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin macleaya cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi budaqlanmayan, hündürlüyü 250 sm-ə bərabərdir. Bitkinin bütün hissələri tünd-göydür. Bütün kütləsi çəhrayı şirədən ibarətdir. Yarpaqları ürəkşəkilli formalı olub, 5-7 bölümlü, növbəli, saplaqlı, aşağı hissəsi iri (uzunluğu 25sm), yuxarı hissəsi isə kiçikdir. Çiçəkqrupu uzunsov, süpürgə, uzunluğu 40 sm olub, sonu budaqlanandır. Çiçəkləri yalnız kasayarpağından ibarət, tez tökülən, 4-30 erkəkcikli olmaqla, çiçək tacı yoxdur. Meyvələri qutucuqmeyvədir.
Ürəkvari tunq
Əlvari çayır