Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artur Bleyk
Artur Bleyk (d. 26 yanvar 1872; Boston, Birləşmiş Ştatlar - ö. 22 oktyabr 1944) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Artur Bleyk 1872-ci ilin 26 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1944-cü ilin 22 oktyabr tarixində isə ömrünün 72-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Artur Bleyk 1896-cı ildə Yunanıstanın Afina şəhərində baş tutan I Yay Olimpiya Oyunlarına qatıldı. 1500 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Artur Bleyk 4 saat 33.8 saniyə nəticə ilə 2-ci yeri tutdu və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Artur Bleyk Afina Olimpiadasında həmdə marafon yarışlarında qüvvəsini sınadı. Amma Bleyk məsafəni sona gədər qət edə bilmədi.
Bleyk Blossom
Bleyk Blossom (ing. Blake Blossom; 14 fevral 2000[…], Kaliforniya) — amerikalı pornoaktrisa. == Karyerası == Blossom 20 yaşından sonra porno sektoru ilə maraqlanmağa başladı. Bleyk ilk öncə 2020-ci ilin yazında dostunun vasitəsi ilə Hussie Models rezervasiya agentliyindən Ryan ilə əlaqəyə keçdi. Porno aktrisası olaraq ilk filmi 17 aprel 2020-ci ildə yayımlanan Exploited Collage Girls adlı səhnə idi. Bang Bross, Brazzers, Naughty America, SeeHimFuck, TeamSkeet, Vixen Media Group (Deeper, Blacked, Tushy) kimi şirkətlərdə masturbasiya, ənənəvi və lezbiyən seks səhnələrində çəkildi. 2020 dekabr ayında Penthouse jurnalı tərəfindən "Ayın Ulduzu" adlandırıldı. 2021 oktyabr ayında NightMoves jurnalının editorları tərəfindən "Ən Yaxşı Yeni Starlet" adı altında NightMoves Mükafatı qazandı. IAFD veb saytına görə Bleyk, 2021-ci il oktyabr ayına qədər 100-dən çox film və səhnədə rol almışdır.
Bleyk Bləkbörn
Bleyk Bləkbörn (3 avqust 1992) — Avstraliyalı atıcı. Bleyk Bləkbörn Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bleyk Bləkbörn birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 570 xal toplayaraq 36-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Bleyk Klark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Bleyk Qriffin
Corc Bleyk
Corc Bleyk (ing. George Blake) anadan olanda George Blake (George Behar) 1966-cı ildən Georgi İvanoviç Bexter (11 noyabr 1922 ci il, Rotterdam — 26 dekabr 2020 ci il, Moskva) — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı. 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır. Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir. "Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" - deyə BBC qeyd edirdi. "Əfsanəvi Sovet kəşfiyyatçısı" - Rusiyada Corc Bleyki belə adlandırırlar."Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi №1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür."Şəffaf divarlar" tərcümeyi-halına görə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (2007) mükafatı laureatı. == Həyatı == Georq (Corc) Behar (İngiltərə kralı V Georqun şərəfinə belə adlandırılıb) 1922-ci ildə Niderlandda, Rotterdam şəhərində anadan olub.
Uilyam Bleyk
Vilyam Bleyk (ing. William Blake; 28 noyabr 1757-ci il, London — 12 avqust 1827-ci il, London) — ingilis şairi və rəssamı, mistik.
Vilyam Bleyk
Vilyam Bleyk (ing. William Blake; 28 noyabr 1757-ci il, London — 12 avqust 1827-ci il, London) — ingilis şairi və rəssamı, mistik.
Yohan Bleyk
Yohan Bleyk (26 dekabr 1989) — Yamaykalı 100 metr və 200 metr qaçan atlet. 2012 Yay Olimpiya Oyunlarında 100 metr yarışında 9.75 dərəcəsi ilə şəxsi rekordunu vurmaqla Useyn Boltun ardından ikinci yer tutmuşdur. Sonraki "Diamond League" yarışında 9.69 dərəcəsi ilə Tayson Geyi geridə qoymuşdur.
Əleyh (Urmiya)
Əleyh (fars. ‎‎‎عليه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 702 nəfər yaşayır (113 ailə).
Kold-Leyk
Kold-Leyk — Kanadanın Alberta vilayətində şəhər.
Kold Leyk
Kold-Leyk — Kanadanın Alberta vilayətində şəhər.
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
Papus Leyk
Papus Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. «51-ci Bölgə» adlı ərazisinə daxildir. Qrum Leykdən bir necə km cənub-qərbdə, eyni adlı silsilənin yaxınlığında yerləşir.
Qrum Leyk
Qrum Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. Burada Nellis bombardımançı aviabazasının poliqonu yerləşir. Sadə şəkildə «51-ci Bölgə» adlanır. Qrum Leyk dəniz səviyyəsindən 1344 m hündürlüyə malikdir. Şoranlıq şimaldan cənuba 6 km, şərqdən qərbə 4,8 km uzunluğa malikdir. Şoranlıq Qrum Leyk Velli vadisinə daxildir (ing. Groom Lake Valley). Qurumuş göl Papus Leyk şimal-qərbdə, Reyçel şəhərindəmn isə 40 km cənubda yerləşir. == Tarixi == 1864-cü ildə Rrum rayonu ərazisində qurğuşun və gümüş yataqları aşkarlanır. 1870-ci illərdə ingilis «Groome Lead Mines Limited» şirkəti hasilatı maliyyələşdirir və üstəlik regiona öz adını verir.
Veronika Leyk
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. == Həyatı == Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Stenli Tatçer Bleyk
Stenli Tatçer Bleyk (ing. Stanley Thatcher Blake; 1910 – 24 fevral 1973) - Avstraliya botaniki. == Elmi işləri == The honey flora of South-Eastern Queensland (avec C. Roff), Queensland Department of Agriculture and Stock, 1958, 199 p., 175 pl. A Revision of Melaleuca leucadendron and its Allies (Myrtaceae), Contributions from the Queensland Herbarium, N°1, 1969, 114 p. A revision of Carpobrotus and Sarcozona in Australia, genera allied to Mesembryanthemum (Aizoaceae), Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°7, 65 p., 11 plates. Studies in Cyperaceae, Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°8, 48 p. A revision of Plectranthus (Labiatae) in Australia, Brisbane, 1971, Contributions from the Queensland Herbarium, N°9, 120 p. Idiospermum (Idiospermaceae), a new genus and family for Calycanthus australiensis, Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°12, 37 p. Neurachne and its allies (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°13, 53 p. Plinthanthesis and Danthonia and a review of the Australian species of Leptochloa (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°14, 19 p.
Leyk qraflığı (Kaliforniya)
Leyk — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 64,665 nəfər olmuşdur. Mərkəzi Leykport şəhəridir.
Solt-Leyk-Siti
Solt-Leyk-Siti (ing. Salt Lake City) — ABŞ-də şəhər, Yuta ştatının paytaxtı.
Solt Leyk Siti
Solt-Leyk-Siti (ing. Salt Lake City) — ABŞ-də şəhər, Yuta ştatının paytaxtı.
Böyük memar (Vilyam Bleyk)
Böyük memar — ilk dəfə Uilyam Bleykin 1794-cü ildə yayımlanmış “Avropa peyğəmbərliyi” əsərinin frontispisində yayımlanmış qravürdür. == Təsviri və tədqiqi == Əsər adını Danielin kitabında xatırlanan tanrının adlarından birindən almışdır. Rəsmdə buludlu fon qarşısında dayanaraq sirkulla ölçü götürən Urizen təsvir edilmişdir. Onun uzanmış əli daha qaranlıq ərazi üzərində kompas tutur. Oxşar təsvir Bleykin növbəti il tamamlanmış “Nyuton” adlı əsərində də vardır. Bioqraf Aleksandr Qilkrist “Uilyam Bleykin həyatı” adlı əsərində qeyd edir ki, “Böyük memar” Bleykin ən sevimli əsəri olmuş və sənətkar onun kopyalarını yaratmaqdan həzz almışdır. Buna görə də əsərin müxtəlif kopyaları mövcuddur ki, onlardan da birini Bleyk ölümündən bir neçə həftə əvvəl Frederik Tetam üçün tamamlamışdır.Britaniya muzeyi qeyd edir ki, 1885-ci ildə aşkara çıxarılmış nüsxə, 1982-ci ildə Bleykin əsərlərinin kataloq-rezinesini yaratmış Böyük Britaniya sənət tarixçisi Martin Butlin nəzərindən yayınmışdır.Bleykin erkən tənqidçiləri rəsmin onun əsərləri arasında ən yaxşılardan biri olmaqla yanaşı, həm də sənətkarın özü tərəfindən sevildiyini qeyd etmişlər. Riçard Tompsonun Con Tomas Smitin “Nollekens və onun dövrü” təsvirində əsər haqqında deyilir ki, “qeyri-adi gözəlliyə malik incəsənət nümunəsi demək olar ki, Rafael və Mikelancelo zirvəsinə yüksəlir” və “Süleyman məsəlləri kitabı viii. 27 (KJV)”ndakı hadisələrə əsaslanaraq yer kürəsinin üzünə kompas tutulmasını təsvir edir.Mövzu, Bleykin əsas “baxış”larından biri olmuş və sənətkar onun printlərini hazırlayarkən xüsusi həzz almışdır. Sənətkara daha əvvəl ödənilmiş bütün məbləğlərdən daha çox olan qiymətə Tetam tərəfindən sənətkarın ömrünün son günlərində sifariş edilmiş nüsxə Bleyk tərəfindən xəstə yatağında rənglənərək tamamlanmışdır.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Eleya məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon MelissusFəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Eratosfen ələyi
Eratosfen ələyi(sieve of Eratosthenes,решето Эратосфена,Eratosthenes eleği)-sadə ədədlərin (təkcə 1-ə və özünə qalıqsız bölünən ədədlərin) axtarışı üsulu. Qədim Yunanıstanda işlənmiş Eratosfen ələyindən kompüterin, yaxud proqramlaşdırma dilinin işləmə sürətini müəyyənləşdirəndə etalon testi kimi istifadə olunur. Bu üsul yoxetmə prosesinə əsaslanır. 2-dən başlamaqla və ədədi öz mövqeyində saxlamaqla proses aşağıdakı kimi gedir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2-dən başlayaraq bütün cüt ədədlər (2-nin misilləri) yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 3-dən başlayaraq 3-ün misli olan bütün ədədlər yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Proses verilmiş ədədlər sırasında ən böyük ədədin kvadrat kökündən böyük olan ədədədək davam etdirilir. Bu halda növbəti ədəd olan 5 sıranın ən böyük ədədi olan 20’nin kvadrat kökündən böyükdür, deməli, proses dayandırılmalıdır. Yerdə qalan bütün yox edilməmiş ədədlər sadədir: 2, 3, 5, 7, 11, 13,17 və 19. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 770 s.
Elek Benedek
Elek Benedek (mac. Benedek Elek; 30 sentyabr 1859 – 17 avqust 1929) — Macarıstan jurnalisti və yazıçısı. == Həyatı == Transilvaniyanın Betsaniy Miç yaşayış məskənində anadan olmuşdur. İlk olaraq Sekeyudvarxey, daha sonra isə Budapeştdə təhsil almışdır. Şagird olarkən Cob Şebeşi ilə Macarıstan folklor elementlərini toplamağa başlamışdı. Nəticəsə "Transilvaniyanın xalq nağılları" (ing. Transylvanian Folk Tales) adlı kitab toplusunu formalaşdırdı. İlk dəfə Budapeşt qəzetində və daha sonra isə, digər mətbu orqanlarda journalist kimi fəaliyyət göstərməyə başladı. 1887–1892-ci illərdə Budapeştdə Macarıstan Parlamentinin üzvü olmuşdur. Parlamentdəki çıxışlarında gənclərin ədəbiyyata marağı və "Folklor poeziyası", xalq yaradıcılığının dili və ictimai təhsillə bağlı bir sıra məsələlərə toxunmuşdur.
İlona Elek
İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt – 24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır. == Karyerası == İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir. O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.
Aleysk
Aleysk — Rusiya Federasiyasında yerləşən şəhər, Altay diyarına daxildir.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlley
Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir.
Pleyku
Pleyku (vyet. Pleiku) — Vyetnamın mərkəzi hissəsində şəhər. Zyalay vilayətinin paytaxtı. Mütləq hündürlüyü dəniz səviyyəsindən 755 metrdir. 2013-cü il tarixinə əhalinin sayı 146,073 nəfər idi.
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər.Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır. Bu sahə, Türkiyənin Turizm Nazirliyinin onsuz da böyük investisiyalarından bəhrələnmiş Türkiyənin ümumi turizm planlarının açarıdır.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Eresk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.