ELBƏY

elin bəyi, elin böyüyü; elin başçısı.
ELBƏKÇİ
ELBƏYİ
OBASTAN VİKİ
Elbəy Aslanov
Elbəy Babayev
Elbəy Babayev (tam adı: Elbəy Rasim oğlu Babayev; 30 mart 1974) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi. == Həyatı == Elbəy Babayev 1974-cü il martın 30-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 160 saylı məktəbdə aldıqdan sonra, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiya fakültəsinə qəbul olunub. E. Babayev 1995–1996-cı illərdə Almaniyanın Frankfurt-Mayn şəhərinin VHS institutunda alman dilini təkmilləşdirmiş və 1996–2001-ci illərdə Frankfurt-Mayn şəhərinin J. V. Göthe Universitetində Biokimya ixtisası üzrə təhsil almışdır. E. R. Babayev əmək fəaliyyətinə 2000-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərinin Grüner-Domek klinikasının laboratoriyasında başlamışdır. Sonradan Almaniyanın J. V. Göthe Universitetində Ətraf mühitin Analitikası İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda 2011-ci ilin iyun ayından əvəzçiliklə mühəndis, 2013-cü ilin sentyabr ayından əvəzçiliklə elmi işçi, 2016-cı ilin aprel ayından əvəzçiliklə böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ilin yanvar ayından o, əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində çalışır. E. R. Babayev 26 aprel 2013-cü il tarixində Azərbaycan MEA akademik Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən D.01.031 Dissertasiya Şurasında 2314.01 — "Neft kimyası" ixtisası üzrə "Abşeron yarımadasının neftlə çirklənmiş müxtəlif ərazilərində gedən biodestruksiya prosesləri nəticəsində çirklənmələrin tərkib və xassələrinin dəyişmə xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir E. R. Babayev 2014-cü ildə 2314.01 — "Neft kimyası" ixtisası üzrə elmlər doktoru hazırlığından qiyabi doktoranturaya qəbul olmuşdur. Hal-hazırda o, "Mühafizəedici aşqarlar" laboratoriyasında "Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin işlənib hazırlanması" mövzusu üzərində çalışır.
Elbəy Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Elbəy Rzaquliyev
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17 iyun 1926, Bakı, Azərbaycan SSR – 15 sentyabr 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). == Həyatı == Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur.Burada rəssamlıq fakültəsində oxuyan gənc rəssam Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı. Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib. 1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir.
Elbəy Nigülesügçi xan
Elbəy Nigülesügçi xan (monqolca: Элбэг нигүүлсэгч хаан, (1361–1399) — Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı. Elbəy Coriğtu xanın kiçik qardaşı olmuş və 7 il hökmdarlıq etmişdir. Onun hakimiyyəti illəri "Nigülesügçi xaqan" ləqəbi daşıyır, mənası mərhəmətli xaqan deməkdir. Çinin Min sülaləsi ilə sərhəd münaqişələri və Oyrat üsyanları onun hakimiyyəti zamanı problemlər yaratmışdır. == Hakimiyyəti == Hakimiyyəti dövründə Oyratlar Börçigin ailəsinə açıq formada meydan oxumağa başladılar və Min sülaləsi monqol hücumlarını dəf etdilər. Tsaqaan Seçnə görə, Elbəy bütün bu mənfi hadisələrə görə məsuliyyət daşımışdır. Taifunun ailəsi ilə olan münaqişəni sonlandırmaq üçün o öz qızı Samur Gunju Taifunun oğluna ərə vermişdir. Oyratların o dövrki hökmdarı Ugetçi Xaşixa xaqanın tayfasına yeni hökmdar təyinə qarşı çıxdı. O, Batulanı öz qohumunu öldürən qəsbkarın xaqan olmağa layiq olmadığına inandırdı, həmçinin Batula atasının intiqamını almaq istəyirdi. 1399-cu ildə Elbəy Nigülesügçi xan Oyrat xanlığı tərəfindən məğlub edildi və Oyrat xanlığını hökmdarları Ugetçi Xaşixa və Batula onu qətlə yetirdi.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Elbəyi Quliyev
Elbəyi Quliyev (14 oktyabr 1995, Yekaterinburq) — Azərbaycanın keçmiş peşəkar futbolçusu. == Klub karyerası == === Ural FK === Elbəyi Quliyev "Ural FK"-nın gənclər komandasının yetirməsidir. O, "Ural"da peşəkar debütünü 19 mart 2016-cı ildə Rusiya Premyer Liqasında "Terek"lə səfərdə 1:1 hesablı heç-heçə bitmiş oyunda etmiş, matçın ikinci hissədə əvəzedici kimi meydana çıxmışdı. Quliyev məşqlərini "Ural FK"-nın əvəzedici heyətində etmiş, bu səbəbdən də klubda çıxış etdiyi dövrdə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri zamanı həmin döyüşlər səbəbilə klubun digər üzvü, əsas heyətdə çıxış edən erməni əsilli Edqar Manuçaryan ilə arasında problem yaranmadığını və həmin futbolçu ilə ünsiyyətdə olmadığını bildirmişdir. === Jetısu FK === Elbəyi Quliyev 8 iyul 2015-ci ildə Qazaxıstanın "Jetısu FK" komandasına icarəyə verilmişdir. O, klubda ilk qoluna 31 oktyabr 2015-ci ildə Qazaxıstanın "Kaysar FK" komandasına qarşı ev oyununda 2-1 hesabı ilə qalib gələrkən imza atmışdır. === Neftçi FK === Elbəyi Quliyev "Neftçi PFK"-da icarə əsasında çıxış etmək istəsə də, klub rəhbərliyi ilə razılaşa bilməmiş, ona futbolla daha əvvəl məşğul olmayan şəxs kimi münasibət göstərildiyini və ikinci bir şans verilsə, nəinki "Neftçi PFK"-da, hətta Azərbaycan Premyer Liqasının heç bir klubunda çıxış etmək istəmədiyini bildirmişdir. Bu iddialara cavab olaraq klubun baş məşqçisi Vəli Qasımov əsas komanda ilə əvəzedici komandanın yoxlama oyunu keçirilərkən Elbəyi Quliyevin əsas heyətdə oyuna çıxdığını, lakin ilk hissə başa çatmamış məşqçilər heyətinin onu əvəz etdiyini, bu səbəbdən də özünü doğrultmayan idmançı ilə yolları ayırdıqlarını qeyd etmişdir. == Milli Komanda == Elbəyi Quliyev 2014-cü ilin oktyabrında Frankfurtda, 2015-ci ilin martında isə Bakıda keçirilən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına çağırılıb. Almaniyada keçirilən təlim-məşq toplanışında olarkən Rusiyanın “Ural FK” komandasının şərəfini qoruyan Elbəyi Quliyev yığma komandanın “Pirmazens FK”-ya qarşı keçirdiyi və 4:1 hesabı ilə qalib gəldiyi yoxlama oyununda qol vuraraq fərqlənmişdir.