Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlinasir İmanlı
Əlinasir Fərzulla oğlu İmanlı (19 yanvar 1962, Xıllı, Salyan rayonu) — Azərbaycan publisist və rejissoru. == Həyatı == Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib. Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İnstututda qalaraq elmi işçi kimi çalışıb. == Kitabları == Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh.
Əlinağı Vəziri
Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlisaab Babayev
Babayev Əlisaab Baba oğlu — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı == Həyatı == Əlisaab Baba oğlu Babayev 1927-ci ilin mart ayının 10-da Ucar rayonunun Müsüslü kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuşdu. 4 qız, 1 oğul övladı vardır. == Təhsili == 1947-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. == Fəaliyyəti haqqında == 1951-ci ildən 1953-cü ilə kimi Müsüslü kənd məktəbində müəllim işləmişdir. 1953–1954-cü illərdə Ucar rayon Komsomol Komitəsinin ikinci katibi işləmişdir. Ə. B. Babayev 1954-cü ildə partiya işinə keçirilmişdir. Ucar rayonundakı Müsüslü MTS partiya təşkilatının katibi, Azərbaycan KP Ucar rayon Komitəsinin təlimatçısı, katibi və ikinci katibi olmuşdur. 1963-cü ildə Ucar rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilmişdir. 1966-cı İlə kimi həmin vəzifədə çalışmışdır.
Əlisaab Orucov
Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992). == Həyatı == Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990) və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir.
Əlisahib Orucov

Əlisahib Ələkbərov
Əlisahib Selman oğlu Ələkbərov (15 yanvar 1994; Salyan rayonu, Azərbaycan — 1 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlisahib Ələkbərov 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Əlisahib Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əlisahib Ələkbərov noyabrın 1-də şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. == Əmək və İctimai fəaliyyəti == Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir.
Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Əlinin öldürülməsi

Mirzə Əlinağı Gərmərudi
Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Gərmərudi (?-?) — şair, xəttat. == Həyatı == Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Əlinağı Gərmərudi şair idi. Xoştəb şeirlər yazırdı. Xəttat kimi ad çıxarmışdı.
Əlinağı xan Müfaxxarülməmalik
Əlinağı xan Sadıq xan oğlu Müfaxxarülməmalik (?-1909) — Xoy, Salmas və Tehranın hakimi. == Həyatı == Əlinağı xan Sadıq xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası bu şəhərin darğası vəzifəsində çalışmışdı. Müzəffərəddin şah Qacar yaxınlarından sayılırdı. Əlinağı xan mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə vəliəhd Məhəmmədəli mirzənin diqqətini cəlb etmişdi. Müfaxxarülməmalik ləqəbini almışdı. 1906-cı ildə Xoy və Salmasın hakimi təyin edilmişdi. Ona ciddi tapşırılmışdı ki, məşrutəpərəstləri göz açmağa imkan verməsin. Tapşırılan işlərin öhdəsindən lazımınca gəlmişdi.
Əlinağı mirzə Qovanlı-Qacar
Əlinağı mirzə Qovanlı-Qacar-İran şahzadəsi, Vali, Fətəli şahın oğlu == Həyatı == Əlinаğı mirzə Fətəli şаh оğlu (аnаsı Bəyimcаn хаnım Hаcı Sаdıq хаn qızı Qəzvini) 1790-cı ildə dünyаyа göz аçmışdı. Sаrаy təhsili аlmışdı. Rüкnəddövlə ləqəbinə lаyiq görülmüşdü. Qəzvin vilаyətinin hакimi оlmuşdu. Abbas mirzə Qəzvində onun qonağı olmuşdu. Tarixçi Əminə Pakrəvan yazır: "Ancaq Qəzvində böyük bir istiqbal törəni gerçəkləşdi. Qəzvinin elbayı (valisi-Ə.Ç.) Əlinağı mirzə böyük bir törənlə böyük qardaşının istiqbalına vardı. İki qardaşın görüş zamanı bir-birlərinə göstərdikləri ilgi onların qarşılıqlı səmimiyətlərini ortaya qoymaqda idi". Abbas mirzə Qovanlı-Qacar Əlinağı mirzənin xətrini çoz istəyirdi. Tarixçi Əminə Pakrəvan daha sonra yazır: "Abbas mirzə kiçik qardaşlarından biri olan Əlinağı mirzəni öz yanında bulundurmaqda idi.
Əlinağı xan Qasımlı-Avşar
Əlinağı xan Hacı Məhəmməd xan oğlu Qasımlı-Avşar - elbəyi, şah ordusunun polkovniki. == Həyatı == Əlinağı xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Yəminülləşkər ləqəbini daşıyırdı. == Ailəsi == Əlinağı xan Kiçik xanım Mövləvi ilə ailə qurmuşdu. Zəhra Sultan xanım adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, 298 səh.
Məşədi Molla Əlinin bağ yeri
Məşədi Molla Əlinin bağ yeri-Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Məşədi Molla Əlinin bağ yeri coğrafi adı Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. Bu bağı kəndin nüfuzlu, hörmətli sakini Məşədi Molla Əli Vəliyev (1875-1937) saldırdığına görə o belə adlanmışdır.Həmin bağ yerində çoxlu sayda meyvə ağacları vardır.
Euseius elinae
Euseius elinae (lat. Euseius elinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Elina Bıstritskaya
Elina Bıstritskaya (4 aprel 1928, Kiyev – 26 aprel 2019, Moskva) — SSRİ-nin görkəmli teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978). == Həyatı == Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953–1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956–1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.
Elina Hacıyeva
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.
Elina Neçayeva
Elina Neçayeva (est. Elina Netšajeva, rus. Элина Нечаева; 10 noyabr 1991, Tallin) — rus mənşəli Estoniya sopranosu. O, "La Forza" mahnısı ilə Estoniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elina Neçayeva 10 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində rus ailəsində anadan olmuşdur. O, 2011-ci ildə Tallin Fransız Məktəbində təhsilini başa vurmuşdur. 2016-cı ildə Estoniya Musiqi və Teatr Akademiyasını klassik musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.Estoniya televiziyasında Elina ilk dəfə 2009-cu ildə Eesti otsib superstaari musiqi yarışmasındakı iştirakı ilə görülmüşdür. Daha sonra ifaçı 2014-cü ildə Estoniyanın Klassikatähed yarışmasında iştirak etmiş və nəticə olaraq finaladək yüksələ bilmişdir.2017-ci ildə Neçayeva Estoniyanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eesti Laul milli seçim turuna aparıcılıq etmişdir. 2017-ci ilin sonlarında Elina Neçayevanın "La Forza" mahnısı ilə Estoniyanın ERR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Mart ayında baş tutan yarışmanın finalında Neçayeva səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və italyan dilində olan "La Forza" mahnısı ilə Estoniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Elina 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır.
Elina Svitolina
Elina Mixailovna Svitolina (ukr. Еліна Світоліна; 12 sentyabr 1994, Odessa, Ukrayna) - Ukraynalı peşəkar tennisçi; 16 WTA turnirinin qalibi (bunlardan 14-ü təkdir); təklikdə WTA-2018 Tour Finalın qalibi; keçmiş dünyanın üçüncü raketkası. Bütün Böyük Dəbilqə turnirlərində ən azı dörddə bir finalda oynamış tennisçi. Yeniyetmələrdə Böyük Dəbilqə tək turnirinin qalibi (French Open 2010); təklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2012); cütlüklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2010); gənclər sıralamasında dünyanın keçmiş birinci raketkası. == Ümumi məlumat == Elina Yelena və Mixail Svitolinaların ailəsində anadan olub; valideynləri onun böyük qardaşı Yulianı bir müddət peşəkar bir tennisçi kimi yetişdirmək istəyirdilər. Paralel olaraq Elinanı da bu idman növünə cəlb etmişdilər. Beş yaşından bəri ukraynalı tennislə məşğul olmağa başlamışdır. Sevimli örtük - torpaqdır. 2019-cu ilin sentyabr ayından etibarən fransız tennisçi Qael Monfils ilə görüşür.2010-cu ildə, karyerasının yeniyetməlik çağında, Svitolina qızlar arasında Fransa Açıq Çempionatını qazana bildi. Elə həmin il cütlüklərdə rusiyalı İrina Xromaçova ilə birlikdə yeniyetmələrin Uimbldon turnirinin finalına çıxdı.
Elina Hacıyevanın ölümü
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.
La Forza (Elina Neçayeva mahnısı)
"La Forza" (azərb. Güc‎) — Estoniyalı soprano Elina Neçayevanın, operatik-pop üslublu mahnısı. Mahnı sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsində, Estoniyanı uğurla təmsil etmişdir. == Mahnı == İtalyan dilində səsləndirilən opera-pop janrlı "La forza" musiqi əsərinin söz yazarları Kseniya Kuçukova və Elina Neçayevadır. Adında da olduğu kimi, insan ruhuna "İlahi güc" bağışlayan möhtəşəm opera əsərinin musiqi bəstəsi isə, Mikel Mattisen və Timo Ventə məxsusdur. Adıçəkilən bəstəkarlar mahnının ifasında, bek-vokalçı olaraq da iştirak etmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "La forza" Estoniyanın milli seçim yarışması olan "Eesti Laul"un 2018-ci il buraxılışında, Elina Neçayevanın ifası ilə qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2018 İstedadlı soprano sənətçisi Elina Neçayeva sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "La forza" mahnısı ilə iştirak etmiş və ümumilikdə 201 xal toplayaraq 5-ci sırada Estoniyanı böyük finala yüksəltmişdir. Möhtəşəm finalda, Avstriyadan sonra və Norveçdən əvvəl, səhnədə 6-cı nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən 245 xal toplayaraq, beynəlxalq yarışmanı 8-ci sırada tamamlamışdır.